news-inner
clock15:40 calendar-gray 22 İyul 2019 view-gray1288 dəfə oxunub
view-gray1288 dəfə oxunub

Qəddarlıq, komfort, qızlar, dizlər, dadlı yuxular... – Mehman Qaraxanoğlu yazır

Kulis.az tənqidçi Mehman Qaraxanoğlunun “ Bədbəxt Həqiqət” yazısını təqdim edir.

Ədəbi sezintilər

Çağdaş türk və dünya ədəbiyyatının ən ünlü isimlərindən biri olan Əziz Nesin yaradıcılığında gülüş cərrah stoluna (Bıçağına yox! Çünki onun korşalmaq ehtimalı çoxdur. Amma cərrah stolu varsa, avtomatik onun bıçağı da, qayçısı da, mişarı da, deşikaçanı da, qısası, hər cür kəsici alətləri də olur) bənzəyir. O yerdə ki, “profilaktik” tədbirlər, yüzillərin sınağından çıxmış müxtəlif təbii “müalicə” üsulları, “türkəçarələr”, lap olsun professional həkim müdaxiləsi, o cümlədən, ictimai qınaqlar kara gəlmir, effekt vermir, o zaman “xəstə”lər, onların mərəzləri və bu mərəzləri yaradan səbəblər cərrah stoluna qaldırılaraq onların “işi”nə (yox, “əməliyyat” kiçik sözdür!) baxılır. “Salamat” çıxanlar da olur və o stoldaca canını tapşıranlar da.

Yazıçının qəhrəmanları içərisində hər cür tipə - dama çıxıb ordan düşmək istəməyən dəliyə də, başıboş (danabaş!) siyasətçi və icra məmurlarına da, işəgötürmənin qəddar üsulunu icad edən “Lağlağı Sadıq”lara da, bir sözlə, dahi Mirzə Cəlilimizin tipajlarını xatırladan obrazlar qalereyasına rast gəlmək olur...

***

Gənc bir istedad vardır: Həmid Piriyev! Onun öz istedadından xəbəri yoxdur. Yox, düz olmadı, istedadın özündən xəbəri olur ki?! Amma bizim xəbərimiz vardır! Çünki ona “uzaqdan” baxırıq... Keçək mətləbə! Onun bir neçə tərcüməsini oxumuşdum. Son oxuduqlarımdan biri də Daniyil Xramsın “Qarı” povesti oldu. Heç nəyi şişirdib eləmədən deyirəm: Əgər əsərin üzərində öz adını yazsaydı, yanıldığımı bir damcı da hiss eləmədən müəllifinin özü olduğunu qəbul edərdim. “Niyə”sini ümumi sözlərlə deyə bilərəm. Amma... Əsər məni o qədər tutdu ki, onu digər bir professional ədəbiyyat adamı Nadir Qocabəylinin Knut Hamsundan tərcümə etdiyi “Aclıq” romanı ilə müqayisə etmək istədim. Çünki hər iki əsər ruhən bir-birinə çox bənzəyir. Hətta plagiatlıq səviyyəsində! Bu, həmin vaxtlar idi ki, dahi Mirzə Cəlili plagiatlıqda suçlayanlar “zühur” eləmişdi. Nədi-nədi, filankəsin əsərində də eşşək obrazı var, Mirzə Cəlildə də. Guya Mirzə tənbəllik eləməyib gürcü eşşəyini gətirib Danabaş kəndinə... Lakin araya başqa işlər girdi və həmin yazının taleyinə vaxtından əvvəl “qeysəriyyə əməliyyatı” ilə son qoyuldu...

Yalnız bir şeyi deyə bilərəm: Tamam yad bir dildən dilimizə çevirdiyin əsərə mənsub olduğun xalqın dil koloritini (Buraya, əsasən, daxildir: dilin daxili hərarəti - insanda olduğu kimi hər bir milli dildə də özünəməxsus sabit daxili temperatur olur və məhz o temperaturun düşüb qalxmasından “qorxmayıb” sərbəst improvizələr etmək) gətirmək, bununla bərabər bacardığın qədər müəllif üslubunu qoruyub saxlamaq hər kəsə müyəssər olmur. Bunu isə yalnız və yalnız bu dünyanın qəddarlığı ilə mübarizədə sözdən başqa heç bir “primitiv” silahı olmayan əsl yazıçılar bacara bilər... Hə, Həmidin istedadlı bir yazıçı olması faktoru burada başlıca rol oynayır! Onun “Şanapipik haqqında mahnı” miniatür romanını və bir neçə hekayəsini oxumuşam. Özünü yazır. Çox təbiidir. Montaj və imitasiya yoxdur. İstər-istəməz mənə dünyaca məşhur olan Abşeron rəssamlıq məktəbi nümayəndələrinin rəsmlərini xatırlatdı; sərt realizm özünəməxsus koloritli bir dillə verilir. Ümid edirəm və çox istərdim ki, “Abşeron nəsr məktəbi” terminini də o gətirsin ədəbiyyatımıza...

Üzləşmisinizmi?! Elə suallar olur ki, cavabları haqda çox düşündükcə sual tədricən öz suallığını itirir və mahiyyət baxımından nəqli intonasiya qazanır...

***

“Sehrbazlar dərəsi”nin ilk səhifəsini oxuyan kimi ağlıma gələn fikir bu oldu ki, bəlkə roman hansısa qədim və mistik bir musiqinin içərisinə yığılıb?! Və ya unutduğumuz hansısa qədim melodiyalar yığılıb bu romanın içərisinə?! O melodiyalar nə idisə, onları geri “qaytarmaq” gərək idi. Necə ki, romanın qəhrəmanı Səyyah Sehirbaz, karvanbaşının cəllad atası Məmmədqulunun ruhunu çağırıb geri qaytarır...

***

Səndən soruşuram: Nədən üstümüzə nəriltilərlə gəlib bizi uyğudan oyadan divlərin başına qılınc zərbələri endiririk?!

***

Niyə nazəninlər məhz yeddinci qapının arxasında olur? Onların dizləri üstə başlarını qoyub yatan divlər necə də sadəlövhdürlər!

***

İnsanlar həqiqəti ələ salmaqla məşğuldurlar. Çox zaman eşidirəm: Nə olsun ki, (yox, “noolsun ki...”) sənin dediklərini mən də deyə bilərəm...

***

“Qoyma, ayağımı milçək yedi”. Kosmik həqiqət ondan ibarətdir ki, Məlikməmməd divlərlə müqayisədə bir milçəkdir.

***

Qız, divin canının şüşədə olması sirrini açarkən dünyanın ən böyük ədalətsizliyinə yol vermiş olur. Qadına uyub quşun başını üzən Məlikməmməd Habili öldürən Qabil qədər qatildir.

***

İnsan öz qəddarlığının həddini aşarkən rahat olur. Xatırlayın: divin yalvarışlarına məhəl qoymayan Məlikməmməd onu öldürəndən sonra qəribə bir soyuqqanlılıqla başını qızın dizinə (Məhz dizinə!) qoyub yatır...

***

Dəyişən rollardır; bugünkü Məlikməmmədlər sələflərinin işlərini nümayişkaranə bir şəkildə təkrarlayırlar: Qəddarlıq, komfort yaşayış, qızlar, dizlər, dadlı yuxular...

***

Həqiqətin yazarlar içərisində bir fahişə qədər də hörməti yoxdu...

Oxşar xəbərlər

Xəbər lenti

Həqiqi sevgini duyan qəlb bir damcı suya da hörmətlə baxar - Mövlanədən hikmətli sözlər
21:00 30 Sentyabr 2020
Teatr rəhbəri Prezidentə müraciət etdi
18:45 30 Sentyabr 2020
Nazirliyin mükafatını alan pandemiya hekayəsi - Mətn
18:03 30 Sentyabr 2020
Müharibə mövzusunda ədəbi müsabiqə elan olundu - Şərtlər
17:15 30 Sentyabr 2020
ISESCO Qarabağla bağlı bəyanat yaydı
16:32 30 Sentyabr 2020
Xalq şairi: Qarabağı alacağımıza heç bir şübhəm yoxdur
15:42 30 Sentyabr 2020
Döyüşçülərə silah verib qayıdanda müəmmalı şəkildə öldü - Qəbri Ağdamda, baş daşı Bakıdakı evində olan sənətkar
15:01 30 Sentyabr 2020
Feminist müğənni vəfat etdi
14:19 30 Sentyabr 2020
Tanınmış yazıçı İsveçin xarici işlər nazirinə məktub yazdı
13:32 30 Sentyabr 2020
Teatr Xadimləri İttifaqı erməni təxribatı ilə bağlı bəyanat yaydı
12:51 30 Sentyabr 2020
Paşinyanın canlı efirdə danışdığı araq lətifəsi - Bir rus, bir erməni...
12:09 30 Sentyabr 2020
"Qarabağ - mədəniyyətimizin beşiyi" layihəsinə start verildi
11:39 30 Sentyabr 2020
Qarabağa gedən ailə - Ayxan Ayvaz yazır
11:08 30 Sentyabr 2020
Tanınmış şair cəbhəyə yola düşdü
10:20 30 Sentyabr 2020
Ermənilər Şeyx Babı türbəsinə ciddi ziyan vurdu
10:01 30 Sentyabr 2020
Müğənni Ayaz: “Qonşumuzun evinə mərmi düşdü” – Müsahibə
08:58 30 Sentyabr 2020
Pandemiya mövzusunda keçirilən hekayə müsabiqəsinin qaliblləri mükafatlandırıldı
19:58 29 Sentyabr 2020
Mədəniyyət Nazirliyi bəyanat yaydı
19:27 29 Sentyabr 2020
Erməni filmi Moskva kino festivalından çıxarıldı
18:19 29 Sentyabr 2020
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar - Ədəbiyyatımızın ən təsirli müharibə şeirləri...
17:42 29 Sentyabr 2020