writer1

Mehman Qaraxanoğlu

Məqalə sayı

23
clock16:10 calendar-gray 25 İyun 2019 view-gray288 dəfə oxunub
view-gray288 dəfə oxunub

Qarabağdan yaza-yaza nifrətimizi soyuduruq

Kulis.az yazıçı Mehman Qaraxanoğlunun “Soyudulmuş nifrət” (Ədəbi sezintilər) yazısını təqdim edir.

***

Görəsən, varaqları suda islanmayan kitab, ağ kağız və suda yaza bilən qələm varmı? Olsa, deyin mənə...

***

Mən Sizifi yavaş-yavaş sevməyə başlayıram və daha ona yazığım gəlmir, əksinə, əməlinə görə ona verilən cəzanın çox kiçik olduğunu düşünürəm...

***

Ədəbiyyatın da könüllü Sizifləri vardır...

***

“Qarabağ mövzusu”nun ədəbiyyatı belə sürətlə öz ağuşuna alması tendensiyası ilə heç cür barışa bilmirəm. Ağlıma bir zamanlar çox dəbdə olan “Cənub mövzusu” gəlir. Bu mövzunun axırı nə oldu? Gecə-gündüz “Təbrizim, Təbrizim” deyənlərin, “Vətən həsrəti ilə alışıb yananlar”ın özləri və ya övladları gözəlim Azərbaycandan oğurladıqları pullarla Təbrizin adının belə çəkilmədiyi çox-çox uzaqlarda yatırımlar qoyur, dəbdəbəli villalar alır, həyatlarını yağ-bal içərisində keçirirlər. Hələ kartlar indi-indi açılır, sən demə, “Cənub mövzusu” avtoritar rejim üçün uzunmüddətli ideoloji bir uyuşdurucu imiş. Təsiri hələ də getməyib. İndi isə bu mövzu az qala uzaq keçmişdə qalıb. Səhəndi də, Şəhriyarı da unutmaqdayıq. Yaddaşımızın qatı dumanlığından yalvarış dolu yorğun bir səs eşidirik: “Mənim də bir adım gəlsin diluzə”. (M,Şəhriyar) Xatırlayırsınızsa, “Gülüstan” poemasındakı müəyyən tünd boyalar, çağırış notları rejimin ürəyincə olmadı. Yəni, sənə mövzu vermişəm, onun adı “həsrət”dir, yaz, inildə özün üçün, burnunu siyasi deşiklərə soxma! Bu gün də eyni hallar təkrarlanır. Qarabağ mövzusu ilə bağlı sızlamalar, iniltilər incəsənətin bütün sahələrini - musiqini, rəssamlığı, başlıcası, ədəbiyyatı zəbt edib. Gör özümüzü hansı nağıllarla ovuduruq: “İrəvan qədim Azərbaycan ərazisidir”. Elədir! Bəs sonra? Dünən bunu Təbriz haqda deyirdik. Torpaqlarımız alınıb, əvəzində bizə mövzu veriblər: Qarabağ mövzusu!

Biz hələ də təcavüzkarı dünyaya bəyan edə bilmirik. Nəinki dünyaya, heç özümüz-özümüzə də pıçıltıyla deyə bilmirik. Biz yaza-yaza nifrətimizi soyuduruq. Xocalı yoxdur! Amma biz Xocalı haqda yazılan çoxsaylı mətnlərlə o yoxluğu hayqırıb demək əvəzinə, onun üzünə ev-ev, küçə-küçə, məhəllə-məhəllə niqab çəkib gizlədirik. Geniş anlamda yoxdur Qarabağ mövzusu! Müharibə mövzusu vardır! Bizim üçün bu müharibə müqəddəslik simvoluna çevrilməlidir! Necə ki, alman faşizminə qarşı rusların apardığı müharibəni, sovet bəstəkarı Aleksandr Aleksandroviç, Vasili Lebed Kumaçın eyniadlı şeirinə bəstələdiyi mahnısı ilə “svyaşennaya voyna” (müqəddəs müharibə) adlandırmışdır.

***

Yunan mifologiyasının qəhrəmanı Narsis Əks-sədanın sevgisini rədd etdi. Biz də klassik ədəbiyyatın əks-sədasını rədd edən Narsis kimiyik...

***

Biz öz yazdıqlarımıza dəlicəsinə vurulmuşuq. Nigahdan qaçıb bütün qadınlara aşırı nifrət edən, lakin yalnız fil sümüyündən düzəltdiyi gözəl qız heykəlinə vurulan qədim Kipr sənətkarı Pıqmalion kimi... Amma bir Əlahəzrət faktı heç bir zaman unutmamalıyıq. Pıqmalionun vurulduğu gözəl qız heykəlini məhəbbət ilahəsi Afrodita canlandırıb ona nəfəs verdi. Bəs cızma-qaralarımıza kim nəfəs verəcək, kim?!

***

Ədəbiyyatın da Adonisləri vardır. Onlar ilin yarısını öz qəhrəmanları ilə zülmət səltənətində, digər yarısını isə Yer üzündə keçirirlər...

***

Görkəmli yazıçımız Nəriman Əbdürrəhmanlı sosial şəbəkədə belə bir paylaşım etmişdi: “Bir tarixçinin araşdırdığı mövzuları artıq məşhur olan yazıçının çap etdirdiyi kitablarda görürəm. Bu, təsadüfdürmü, görəsən?” Fikrim belə oldu: Yox, təsadüf bu qədər olmaz. Bu, “tənbəl” baramaqurdunun hərəkətinə bənzəyir. Dadlı tut yarpağından yeyir, yeyir və o dad ona hördüyü “ipək” zindanı unutdurur... Bir başqası də qırmızı-qərmızı deyir ki, mən filan romanımı yazarkən filankəsin kitabından çox bəhrələnmişəm. Buna da deyərlər qabaqdangəlmişlik eləmək. Yəni, sezib eləsəniz, üzə vurmayın, bunu özüm də qabaqcadan demişəm də... Adamdan soruşarlar: Ay filankəs, filan kitab filan romanında nə edir? Əgər sənin romanında başqasının kitabı (araşdırması) təşəxxüslə gəzirsə, bəs sən hara baxırsan, ay roman müəllifi?! Bəhrələnmə sezilməməlidir. Kitab ərsəyə gələndən sonra heç müəllifin özü də bunu görməməlidir. Görürsə, deməli, başqası da görəcək. Belə çıxır ki, ya sənin bədii metaləritə sexin xarab olub, ya da ordan-burdan yığdığın köhnə dəmir-dümürü çeşidləmədən atmısan sobaya. Yaradıcılıq bilinməzlik aləmidir...

***

Şirməmməd Hüseynov öldü! Həqiqəti düz gözünün içinə söyləyəndən sonra ürəyi soyumayıb ardınca da üç qurşunu ehtiras və ilhamla ora boşaldan sonuncu mogikanlardan biri idi o: “Bildin nə deyirəm?”

***

Döşəməni “geydirmə” taxta ilə kip-kip örtəndən az sonra taxtalar tədricən ayrılır, aralanır və müəyyən boşluqlar yaranır. Peşəkarlar bunu səbəbini taxtanın nəmliyində görürlər. Olsun! Bu, onların qənaətidir. Mətndə ilk baxışdan mirvari kimi düzülüb kip oturan sözlər də belədir. Hər oxudan sonra ürəyinin hərarəti o sozlərdəki ilkin “nəmliyi” götürür və sözlərin, cümlələrin bir-birindən necə aralandığının şahidi olursan. Bəs nə etməli?! Oxunun sayını çoxaltmaq lazımdır! Yaranmış boşluqları doldurmaq isə rahat bir işdir...

Paylaş

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

“Son nəfəsədək” filmi nümayiş olunub
15:02 22 İyul 2019
Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb
15:01 22 İyul 2019
İntihar edən dostuma: Əlvida, Humay
14:22 22 İyul 2019
Mixaylonun ölməz ruhu - Sabir Rüstəmxanlı yazır
13:36 22 İyul 2019
Qardaş, ölüm nəmənədir? – Akif Səməddən seçmə şeirlər
13:02 22 İyul 2019
Evli, iki uşaqlı qadını sevirdim
12:23 22 İyul 2019
Əfsanəvi film qayıdır - Video
11:45 22 İyul 2019
Axundov onu sui-qəsdən xilas etmişdi... – Həsənbəy Zərdabinin həyatından qeyri-adi faktlar
11:12 22 İyul 2019
Yeseninin muzeyindən rəsmi açıqlama: "Şairin kabusu göründü" - Video
10:31 22 İyul 2019
“Real həyat - real incəsənət” müsabiqəsi davam edir
10:15 22 İyul 2019
“YUĞ” Teatrının şimal rayonlarına qastrolu başa çatıb
09:39 22 İyul 2019
Məşhur qayınana-kürəkən olayının gizlinləri – Günel Natiq yazır...
09:01 22 İyul 2019
Üç filmimiz İtaliyada mükafat qazanıb
07:48 22 İyul 2019
“İtalyan baharı” kinofestivalı keçiriləcək
17:01 20 İyul 2019
Bryus Li niyə lənətləndi?
16:20 20 İyul 2019
Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq
15:22 20 İyul 2019
Beynəlxalq Animasiya Festivalının münsiflər heyəti məlum olub
14:30 20 İyul 2019
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümünü başa vurub
13:46 20 İyul 2019
"Tərlan Əbilov 90-cı illərin şairidir" - Orxan Saffari yazır
12:25 20 İyul 2019
Xalq yazıçısı Elçin təqdim edir: Yuxu ölümü kimi gerçəklik var havada
11:40 20 İyul 2019