Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır

Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
30 aprel 2026
# 17:36

Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair daha bir müqavilə imzalanıb.

APA xəbər verir ki, Vatikanda keçirilən görüşdə sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini imzalayıblar.

Yeni layihə çərçivəsində Müqəddəs Pavel Bazilikasının daxilində yerləşən Müqəddəs Pavel və Müqəddəs Pyotr heykəllərinin, həmçinin Bazilikanın həyətində Müqəddəs Pavel və Müqəddəs Luka heykəllərinin bərpası nəzərdə tutulub.

Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilika kompleksinə baxış zamanı Heydər Əliyev Fondu tərəfindən aparılmış işlər və növbəti mərhələlərdə nəzərdə tutulan işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Müqəddəs Pyotr Kilsəsindən sonra Vatikanın ikinci ən böyük kilsəsi olan Müqəddəs Pavel Bazilikası Roma şəhərində dörd əsas papalıq bazilikalarından biridir. Monumental ölçüləri, zəngin mozaikaları və uzun sütun sıraları ilə seçilən bazilika dini, mədəni abidə kimi böyük əhəmiyyət daşıyır və hər il minlərlə zəvvar və turist tərəfindən ziyarət olunur.

Bərpa işləri zamanı müasir texnologiyaların tətbiq olunması nəzərdə tutulur. Xüsusilə lazer texnologiyası vasitəsilə səthin təmizlənməsi və təbiətə zərər verməyən bioloji vasitələrlə konservasiya işlərinin aparılması planlaşdırılır. Bu metodlar əvvəllər Vatikan bağlarında da uğurla tətbiq olunub.

Bazilikada, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmiş əvvəlki bərpa və tikinti işləri ilə tanışlıq olub.

Qeyd edək ki, 2024-cü il sentyabrın 11-də Müqəddəs Taxt-Tac tərəfindən 25 ildən bir qeyd edilən “Müqəddəs Yubiley İli” çərçivəsində Vatikan şəhər-dövlətinin qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin qorunmasını, təhlükəsizliyinin təmin olunmasını və bərpasını nəzərdə tutan sənəd imzalanmışdı. Həmin müqavilə çərçivəsində Bazilikada aparılan bərpa və konservasiya işləri artıq uğurla tamamlanıb.

# 70 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

Əməkdar artist Ədalət Vəzirovun xatirəsi anıldı

17:24 30 aprel 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - Sərəncam

17:04 30 aprel 2026
 “Magyar Rhapsody Projekt”  qrupu Bakıda çıxış etdi

“Magyar Rhapsody Projekt” qrupu Bakıda çıxış etdi

16:38 30 aprel 2026
Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

Xalq artisti Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı

15:45 30 aprel 2026
Coli və Kluni Epşteynlə bağlı serialda

Coli və Kluni Epşteynlə bağlı serialda

15:08 30 aprel 2026
Mabel Matizin həbsi tələb olunur

Mabel Matizin həbsi tələb olunur

14:32 30 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər