writer1

Aliyə

Məqalə sayı

997
clock18:42 calendar-gray 23 Aprel 2019 view-gray827 dəfə oxunub
view-gray827 dəfə oxunub

İtləri necə öldürməli?

Bu dünyada bir etibar görmədim…

Şair deyib. Çox da düz deyib. Çünki bu dünyada bərabər yanaşılan heç nə yoxdur. Günəşin istiliyi belə hər kəsə eyni paylanmır. Qaldı ki, insan cəmiyyəti...

Canlıların haqları belə ierarxik ardıcıllıqla qorunur. Kişilərin, qadınların, uşaqların, itlərin, inəklərin, daha sonraotların... İt haqqından danışanda “guya adamların haqqı qorunur, qalmışdı itlərin” kimi güclü bir arqumentlə rastlaşırsan. Ona qalsa bunu sonsuza qədər uzatmaq olar: guya kişilərin haqqı qorunur ki, qadınlarınkı da qoruna və s...

Amma nə etsək, bu ierarxik yanaşma bir sxem olaraq yaddaş kartımıza düşüb. Düşüb nədi,canlıları şüursuz və şüurluya ayırmaqla öz cinsimizlədigərləri arasında bir sərhəd qoymuşuq. Bunu dəyişmək asan deyil.Dünyanı tanımağa həşəratları öldürməklə başlayan uşaqlar canlılara başqa cür münasibət də göstərməyəcəklər. İstəsək də başqa canlıları qəbul edə bilmirik. Bu haqda şairə Sevinc Elsevərin gözəl bir şeiri var:

doludur evlərimiz

it-pişik

hətta ilan-qurbağa

fiqurlu oyuncaqlarla

qovuruq qapımıza gələn

pişikləri itləri

bir qarın belə doyurmadan...

...tısbağa çizgili köynəklər

yastıq üzü

çətirlər

sarmış ikən hər yanımızı

nəsli tükənmədə ölkəmizdə

yox olub getməkdə gerçək tısbağalar...

Şeir deyir ki, canlıları olduğu kimi sevə bilmirik. Hər heyvanı nəyinəsə görə sevirik. Hətta şairlər belə hisslərinə görə itləri təsnifatlandırır, maldarlar qoyunun südünü sağıb, yununu qırxdığı kimi, şairlər də heyvani duyğuları şeirdə istifadə edirlər. Məsələn, Şəhriyar del Gerani darıxmaq məsələsində itdən istifadə edir, Zahir Əzəmət pişikdən...

Həqiqət budur ki, küçə itləri, zibillik pişikləri şairlərdən başqa kimsəyə lazım deyil. İndi bu itlərə ən çox şairlər sahib çıxmalıdırlar. İt haqqını qoruyanlar arasında isə şairlər yoxdur:şairlər itlərin ən çox sahibsizliyini sevirlər.

Hər şey bir yana, bir anlıq düşünək, heçitlərsiz şəhər olarmı?

“Yox bir, gəlib bizi qapsınlar”.

Əlbəttə, yox. Mən özüm də itlərin qorxusundan gecə vaxtı evə qayıtmağa qorxuram. İllah da yemlədiyim itlər sürü ilə dalımca düşəndə və bunu qonşular görəndə.

Canlılara bu həyata bizim qədər haqqı olan məxluq kimi yanaşmamıza çox var.

Amma həqiqət budurki, lazım gələndə “it deyil, dəxi bizim birimiz” deyə bilirik.

Biz istəyirik ki, uşaqlarımız təhlükəsizlikdə olsunlar, itlər onlara, elə bizə də cummasın. Amma həm də istəməliyik ki, uşaqlarımız ətraf aləmi kənar bilməsin, itə, ota, torpağa sevgiylə yanaşsın.

Hər canlıya bu həyatı onunla bölüşən, eyni haqqa sahib canlı kimi baxsın. Çünki yaşamağın başqa yolu qalmayıb.

İtləri öldürməməyin isə yolu var. Bunu da bilməyən yoxdur: onların artımına nəzarət etmək, quduzluq iynələri vurmaq və s. (Bu arada şairlərdən də sormalı, qulağı birkalı it nə qədər poetikdir?)

“Humanist” çıxmamışıq, human insan deməkdir. Biz itlərdən danışırıq. Buna da bir ad qoymaq lazımdır.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türkiyəni Avroviziyada təmsil edən qrupun solisti vəfat etdi
19:07 11 Avqust 2020
Azərbaycanda doğulmuş yəhudi rəssamın sərgisi olacaq
18:46 11 Avqust 2020
Tarantino filmdən imtina etdi
18:15 11 Avqust 2020
Nəşriyyat yeni müsabiqə elan etdi - Şərtlər
17:39 11 Avqust 2020
Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...
16:58 11 Avqust 2020
Nənəmin laylası öpür üzümdən – Şeirlər
15:44 11 Avqust 2020
Məşhur şairin məzarı tapıldı - Foto
14:52 11 Avqust 2020
İntihar edən məşhur aktyorun həyatı film olur
14:01 11 Avqust 2020
Sevdiyi kişidən məcbur ayırdılar, əri xalası qızıyla evləndi, gənc yaşında xiffətdən öldü – Faciələrə dözməyən “Nəsimi”nin Şəmsi
13:11 11 Avqust 2020
Uşaqlıqda hərbçi atamın, gənclikdə hərbçi sevgilimin yolunu gözləmiş adamam – Fəridə yazır...
12:06 11 Avqust 2020
"Azərbaycan Böyük Vətən müharibəsi illərində" kitabı nəşr olunub
11:27 11 Avqust 2020
Əri hamilə yoldaşını dənizdə niyə boğdu? - Günel Natiq yazır...
10:42 11 Avqust 2020
Sevda Ələkbərzadə yeni mahnısını təqdim etdi - Video
10:05 11 Avqust 2020
Atamın əlləri - Sərdar Aminin yeni hekayəsi
09:01 11 Avqust 2020
Özünü Ancelina Coliyə çevirən gənc oğlan - Fotolar
18:43 10 Avqust 2020
İlğım - Şəhla Nihanın yeni hekayəsi
17:59 10 Avqust 2020
Kinonun böhrana təsiri - Çarli Çaplin nə demək istəyirdi?
17:14 10 Avqust 2020
Mədəniyyət nazirinin müşaviri və şöbə müdirləri vəzifəsindən azad edildi
16:24 10 Avqust 2020
Rusların Yer planetində açdıqları "Cəhənnəm qapısı": Əlli ildir, bağlaya bilmirlər - Foto
16:02 10 Avqust 2020
Yazıçı Səfər Alışarlının yeni kitabı çap olundu
15:45 10 Avqust 2020