writer1

Səhər Əhməd

Məqalə sayı

179
clock13:03 calendar-gray 02 Aprel 2019 view-gray697 dəfə oxunub
view-gray697 dəfə oxunub

Yazmaq üçün bədbəxt olmaq lazımdır

Bu fikir mənim beynimə qəfildən, heç əlaqəsi omadan, lap vəhy sayağı, ani qərar kimi gəldi; xoşbəxtlik yazmağa, ən azından yaxşı yazmağa mane olur. Başa düşürəm, mübahisəlidi, sakit olun, imkan verin, cavab haqqı tanıyın, izah eləyirəm.

Bax bütün dünya və bütün dövrlər ədəbiyyatında barmaqla sayılacaq qədər bəxti gətirən, həyatı dörd-dördlük olan yazıçı var, əksəriyyətinin həyatı ağır, güzəranı pis, səhhəti bərbad, ömrü zülm olub, eləmi? Zindanda çürüyən, adada güllənənən, daş-qalaq edilən, qəbri dağıdılan...saydıqca bitməz. Belə olan surətdə heç düşündünüzmü, əcəba, tanrı bu boyda istedad verdiyi adamlardan bir tikə xoşbəxtliyi, bir parça çörəyi, bir çimdik azadlığı, bir qırıq sağlamlığı niyə əsirgəyib?

Heç kəs öz süzgəcindən keçirmədiyi həqiqəti yaşadıqları qədər dolğun ifadə edə bilməz. Tolstoy bütün varidatına rəğmən tənha və mənəvi ehtiyac hiss edən biri olmasaydı, Tolstoy olmazdı. O ruh hallarını özü yaşamasaydı, Dosteyevski “Cinayət və Cəza”nı yaza bilməzdi.

Elə bu üzdən də yazılan ən gözəl sevgi romanları avtobioqrafik, yaradılan ən mükəmməl obrazlar prototiplərdi.

Uzağa getməyək, öz ədəbiyyatımızın ən nikbin şairini - Molla Pənah Vaqifi götürək, Vidadi ilə deyişməsində “toy-bayramdır bu dünyanın əzabı” deyib ustadını bədbinlikdə suçlayan şair zindanda ikən həm öz yaradıcılığının, həm də bütövlükdə ictimai lirikamızın şah əsərlərini-“Görmədim” müxəmməsi ilə “Bax” qəzəlini yazdı.

Təsəvvür edin, Füzulinin o doqquz axçaya o boyda ehtiyacı olmasaydı, ədəbiyyatımız “Şikayətnamə” kimi şedevrdən məhrum qalacaqdı. Bəlkə o doqquz axça o an şairə “Şikayətnamə”nin sonralar gətirəcəyi şöhrətdən daha vacib idi, təəssüf ki, bu, tarixin, necə deyərlər, heç vecinə də deyil. Ədəbi hadisələr, əslində elə bütün hadisələr daha çox gələcəyə hesablanır, odur ki, hanısısa əbədi ədəbiyyatın sahibinin öz dövründə qəhr olması hardasa başadüşüləndi. Bır az insafsız həqiqətdi, amma neyləmək olar, insafsızlıq həqiqətin qanındadı və bu artıq “alayı söhbətin” mövzusudu.

Axı oxucuların əksəriyyəti də məhz həyatında nəsə çatmayan və o “nəsə”ni ədəbiyyatda axtaran adamlardı, bu baxımdan, yazanlarla oxuyanlar arasındakı balans pozula bilməz. Acın toxdan xəbəri olmadığı kimi xoşbəxt bir müəllif bədbəxt bir oxucunu ovundura bilməz.

Misallar yüzlərlədi, əlimizi atıb, istənilən birini götürsək, söhbəti qapatmış sayılarıq, məsələn, elə Nitşenin bu aforizmi: “Yaxşı olduğun üçün insanlardan özünə qarşı ədalət gözləmək vegetirian oduğun üçün öküzün sənə hücum etməməsini gözləmək kimi bir şeydi”. Bu bir cümlənin fonunda hansı acı həyatın, hansı mübarizənin, xəyal qırıqlığının dayandığını, yəqin, görürsünüz. Odur ki, yazının əvvəlində qəribçiliyə saldığınız o fikri təzədən və daha inadla təkrarlayıram: Əsl yazıçıdan yaxşı yazmaqdan öncə yaxşıca bədbəxt olmaq tələb olunur...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Xalq artistinin xatirəsi yad edilib
09:49 24 Yanvar 2020
Qardaşımı görəndə əsə-əsə ağlamağa başladım - Bircənin romanı
09:00 24 Yanvar 2020
“Bu şəhərdə”nin Sumayıt konsertinə icazə verildi
21:26 23 Yanvar 2020
Şahmat... Ya da üç gedişə heç-heçə - Əyyub Qiyasdan hekayə
21:01 23 Yanvar 2020
Qiraətçilər Vaqif Səmədoğlunun şeirlərini səsləndirəcək – Xatirə gecəsi
18:40 23 Yanvar 2020
Ağıllıdırsa, ərini deputat da edər - Dahilərin qadınlar haqda aforizmləri
18:08 23 Yanvar 2020
Müğənni həmcinsi tərəfindən zorlandığını etiraf etdi
17:34 23 Yanvar 2020
Məşhur caz ustası Bakıda konsert verəcək
16:53 23 Yanvar 2020
Avstarliyalı musiqişünas Ərtoğrul Cavidin musiqilərini aranjeman edəcək
16:11 23 Yanvar 2020
Ekoloji tənqid: ədəbiyyatın təbiət qarşısında məsuliyyəti – Qismət yazır…
15:25 23 Yanvar 2020
Rüstəm İbrahimbəyov: “Məktəb açıb, izləyici yetişdirəcəyik”
14:18 23 Yanvar 2020
Moskvada Polad Bülbüloğlunun 75 illiyi qeyd edilib
13:29 23 Yanvar 2020
"LİBRAF" Avtovağzalda "Oxu zalı" yaratdı - Fotolar
12:50 23 Yanvar 2020
Fotoşopla başına tük əkdirən, kostyum reklamı edən, gülməli şüarlar səsləndirən namizədlər
12:21 23 Yanvar 2020
Anna Axmatova iki dəfə "Nobel"ə namizəd olubmuş - Fakt
12:00 23 Yanvar 2020
16 yaşda ərə verilən Əfsanə evdən niyə qaçdı?
11:21 23 Yanvar 2020
Komediya ulduzu nadir xəstəlikdən vəfat etdi
10:50 23 Yanvar 2020
Sağ əli ilə sol qulağını qaşıyanlar - Seymur Baycan yazır...
10:26 23 Yanvar 2020
"Sihirli annem" film olur
10:10 23 Yanvar 2020
Səməd Mənsurun kitabı çap olunub
09:51 23 Yanvar 2020