Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - “Gözü yol çəkən məzarlar”

Borçalıda doğulan, Buenos-Ayresdə ölən, Varşavada basdırılan azərbaycanlı polkovnik - <span style="color:red;">“Gözü yol çəkən məzarlar”
1 fevral 2018
# 17:00

Harda bir azərbaycanlı uyuyursa ora vətənin bir parçasıdır. İnsan da bir vətəndir. İstər sağ olsun, istər ölü... Və dünyanın dörd bir yanında tanınmış-tanınmamış həmyerlilərimizin məzarları var. Bu barədə oxucuları məlumatlandırmaq üçün Kulis.az “Gözü yol çəkən məzarlar” adlı yeni layihəyə başlayır.

Polşanın paytaxtı Varşava şəhərinin mərkəzində, Volya qəsəbəsində, Povonzki qəbiristanlığı ilə yanaşı “Tatar-Müsəlman” məzarlığı yerləşir. Qəbiristanlıq, 1867-ci ildə Mlyrarska müsəlman qəbiristanlığında artıq yer olmadığına görə yaradılmışdı. İlk vaxtlar burda rus ordusunun müsəlman döyüşçülərini dəfn ediblər. Bundan əlavə Böyük Litva knyazlığının tatar tacir və sənətkarları da burda basdırılmışdır və " Tatar Qəbiristanlığı" adı ilə tanınmışdır.

Uzun illər, Birinci Dünya Müharibəsi zaman və hətta İkinci Reci Paspolitoyun hakimiyyəti vaxtı qəbiristanlıq əsgər məzarlığı kimi tanınırdı. Çünki əksər müsəlmanlar Polşa krallığının ordusunda xidmət edirdilər.

İkinci Dünya Müharibəsi zamanı qəbiristanlığın bir hissəsi dağılır. Bəzi qəbirlər isə bu günümüzə qədər qorunub saxlanılıb. Bu qəbirlər arasında hüquqşünas Aleksandr Axmatoviçin, Varşava universitetinin professoru Osman Axmatoviçin, Varşava müsəlman icmasının imamı Beker Eksanovun və polşalı yazıçı Eji Ediqeyin adlarına rast gəlmək olar.

Vəli bəy Yadigar

İyirminci əsr Avropa ölkələri üçün keşməkeşli dövr olub. Hər iki dünya müharibəsindən çox zərər çəkən, bəzən isə hər iki düşmən cəbhənin də hücumuna məruz qalan ölkə - Polşadır. Polşanın hərb tarixi polyak xalqının özünüdərk, yenidən dirçəlmə və qəhrəmanlıq tarixidir. Bu tarixdə azərbaycanlı zabit və əsgərlərin də danılmaz əməyi olub. Hərb həyatının böyük hissəsini Polşada yaşamış, bu ölkəyə xidmət etmiş azərbaycanlı zabitlərdən biri də polkovnik Vəli bəy Yadigarovdur.

Vəli bəy Yadigarov 1897-ci ildə Borçalının Təkəli kəndində anadan olub. Atası Sadıx bəy Yadigar, anası isə Olqa Russiva-Kroçibaşeva idi. Onun zadəgan ailəsi kəndin ən köklü nəsli sayılırdı. 1918-ci ilin sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Ordu Bakıya basqın edəndə üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərazisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur. Polkovnik rütbəsinə kimi qalxmışdır. İkinci Dünya Müharibəsinin sonlarında və Varşavada üsyanın başlanmasında fəal iştirak edir. İkinci vətəni Polşa uğrunda vuruşan Vəli bəy 1945-ci ildə Polşaya sovet qoşunları yeridiləndə onlara tabe olmaq istəmir. Artıq ikinci vətənini də itirdiyini düşünən Vəli bəy Vyana – İtaliya – Tilstok düşərgəsi marşrutu ilə hərəkət edərək Londona köçür.

O, Londonda uzun müddət yaşaya bilmir, ərizəsini yazaraq 1949-cu ildə istefaya çıxır. Ailəsi ilə birlikdə Argentinanın paytaxtı Buenos-Ayresə köçür.

Vəli bəy Yadigar 1971-ci il dekabrın 13-də, 3-cü infarktdan sonra Buenes-Ayresdə vəfat edir.

Hələ sağ ikən qızına vəsiyyətində müstəqil və azad Polşada dəfn olunmağı arzu etdiyini demişdi. Qızı Züleyxa xanım atasının vəsiyyətini təxminən 20 ildən sonra - Polşada sosialist rejim çökdükdən sonra həyata keçirə bilir. 1990-cı ildə Vəli bəy Yadigarın və həyat yoldaşının nəşi Polşaya gətirilir və avqustun 4-də Varşavada müsəlman-tatar qəbiristanlığında fəxri qarovulun müşayiəti ilə təkrar dəfn edilir.

İsrafil bəy Yadigar

Vəli bəy Yadigarovun məzarının tam qarşısında daha bir azərbaycanlı hərbiçi uyuyur. Azərbaycanlı hərbçi İsrafil bəy Yadigar da Polşa ordusunda xidmət edib. Belə ki, İsrafil bəy Yadigar Polşa ordusunun 29-cu piyada diviziyasında mayor rütbəsi, daha sonra isə 11-ci süvari polkunda podpolkovnik rütbəsi ilə xidmət göstərib.

O, Rusiya Çar Ordusunda xidmət etmiş türk əsilli yüksəkrütbəli hərbçi, General Yadigarlı Qarapapaq sülaləsinə mənsub Borçalı Ağası İsrafil bəy Yadigarovun nəvəsidir.

Xatırladaq ki, Varşavanın Tatar-Müsəlman məzarlığında onlarla qafqazlı mühacirlərin qəbirləri var. Bunlardan biri də Çar ordusunun tanınmış sərkərdəsi General –mayor inquş əsilli Safarbek Malsaqovdur. O, 1944-cü il Polşada vəfat edib.

Rus qəbiristanlığında uyuyan azərbaycanlılar – “Gözü yol çəkən məzarlar”

Hacı Zeynalabdin Tağıyevin Parisdə dəfn edilmiş nəvəsi

İtaliyada monqol adı ilə basdırılmış 120 azərbaycanlı - “Gözü yol çəkən məzarlar”

# 1312 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #