Bakıda türkiyəli rəssamın sərgisi açılacaq

Bakıda türkiyəli rəssamın sərgisi açılacaq
20 noyabr 2025
# 16:02

Noyabrın 28-də “Bakı” Rəsm Qalereyasında türkiyəli rəssam Zəkiyə İnanın “Payız yarpaqları” adlı fərdi yaradıcılıq sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, dekabrın 1-dək davam edəcək sərgidə türkiyəli rəssamın 80-dək yağlı boya, sulu boya, xəttatlıq nümunələri nümayiş olunacaq. Qardaş ölkənin rəssamı kimi Azərbaycanı doğuma diyar, Bakını isə doğma şəhər bilən Zəkiyə xanım yenidən sənətsevərləri öz füsunkar sənəti ilə heyrətləndirəcək.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və Azərbaycan Rəssamlar İttifaqının təşkilati dəstəyi ilə həyata keçirəcək.

Qeyd edək ki, Zəkiyə İnan 1962-ci ildə Türkiyənin İsparta şəhərində anadan olub. O, Antalya Akdeniz Universitetinin inşaat mühəndisləri fakültəsini bitirib.

Gənclik dövründə təsviri sənətə olan həvəsi sayəsində 1999-2004-cü illərdə İstanbulun “Ulduz” sarayında hüsnxət, “Taksim Pera” sənət məktəbində isə rəssamlıq sənətinin sirlərini öyrənmişdir. 2000-ci ildə rəssamın əsərləri İstanbulda “Camal Rəşid Rəy” sərgi salonunda nümayiş etdirilib.

2004-cü ildən Zəkiyə xanım Bakıya gələrək Azərbaycanın Xalq rəssamı, professor Arif Əzizovdan sənət dərsləri alıb. 2009-cu ildə “Bakı” Rəsm Qalereyasında ilk fərdi sərgisi açılıb.

# 999 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi  hazırlandı

Selin Dionun ikonik "Titanik" görünüşlü Barbi gəlinciyi hazırlandı

12:30 17 oktyabr 2026
Tanınmış portuqaliyalı yazıçı  vəfat etdi

Tanınmış portuqaliyalı yazıçı vəfat etdi

12:00 17 oktyabr 2026
Qadınları təhsildən uzaq tutanlara qarşı "Babayi-Əmir" jurnalında necə çıxış edirdilər?

Qadınları təhsildən uzaq tutanlara qarşı "Babayi-Əmir" jurnalında necə çıxış edirdilər?

11:30 17 oktyabr 2026
Azərbaycan mədəni irsi Peruda

Azərbaycan mədəni irsi Peruda

11:00 17 oktyabr 2026
Bu gün Füzuli Şəhəri Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür

10:30 17 oktyabr 2026
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları kimdir?

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları kimdir?

10:15 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər