writer1

Aqil Abbas

Məqalə sayı

13
clock12:17 calendar-gray 16 Yanvar 2018 view-gray297 dəfə oxunub
view-gray297 dəfə oxunub

Dilimizin başına oyun açanlar

Cəmi bircə əsrin içində hamı bu millətin başında dəlləklik edib. Adını dəyişiblər, dörd dəfə əlifbasını dəyişiblər. Bu əlifba dəyişiklikləri ilə də milləti kökündən qoparıblar.

Millət kəndinə gələndən sonra 92-ci ildə həm Türkiyə ilə daha yaxından bağlanmaq üçün, həm də Avropaya çıxmaq üçün yenidən latın əlifbasına qayıtdıq. Burda da bir dəlləklik elədilər. Dünyanın, eləcə də Türkiyənin istifadə etdiyi latın əlifbasına da olduğu kimi keçmədik. Ona görə də internetdə nə qədər əziyyət çəkirik. Nə isə, o qatar çoxdan gedib.

İndi də ana dilimizlə oynayırıq. Əvvəla, XX əsrdə bir dəfə dillə oynadılar. Əvvəllər ədəbi dil kimi Gəncə, Qarabağ dialekti götürülürdüsə, sonra bunun üstündən xətt çəkdilər və keçdilər Bakı dialektinə. Düzdü, bu o qədər də ciddi bir fərq eləmədi.

İndi də yeni sözlər qayırırıq. Nə bilim, ipəzor, ipəsox,dilə yatmayan sözləri dilimizə soxuruq. Guya alınma sözləri tərcümə edirik.

O vaxt Türkiyədə bir Dil Üst Qurumu yaratdılar ki, dili təmizləyəcəklər, türk dilini məhv elədilər və Türkiyə türklərini bizlərdən, tatarlardan, ümumiyyətlə, Türkiyədən kənarda yaşayan türklərdən ayırdılar. Təmiz türk sözü «nənə» sözünü elədilər «babaanne, anaanne» «bacı»nı «qızqardaşı». Bir tərəfdən də fransız sözlərini gətirib çoxdular türk dilinin içinə. Nə isə, özləri bilər. Biz öz dərdimizi çəkək.

Akademiyanın alimləri elə bil dilimizin qəsdinə durublar. İndi də yeni bir Orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, «qəşəng» sözü «qəşənk» yazılmalıdır. Niyə, qaqa, «k»la yazanda hamımız qəşənk olacağıq? Nə bilim, day bir də hansısa hərfləri dəyişirlər. Orta məktəblərimizdə müəllimlərimiz «qəşəng» sözünü uşaqlara heç «qəşəng» kimi öyrədə bilmirlər, bir imla yazdırsaq, 80 faizində yüz orfoqrafik səhv taparıq. İndi də «qəşənk» yazmağı öyrədəcəyik.

Nə bilim iki samitin biri düşməlidi, «ədəbiyyat» yox, ədəbiyat» yazılmalıdı, «riyaziyyat» yox, «riyaziyat» yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, «Məhərrəm» yazılmalıdır «Məhərəm», adam da səhv elədi ortadakı «ə»ni yedi «Məhərəm» oldu «Məhrəm» . Məsələn, «eşşək» sözünü «eşək» yazmalıyıq. «Eşək» hara «eşşək» hara?! Hələ elə adamlar var ki, onlara «eşşək» deyəndə də ürəyin soyumur, üç «ş»la deyəndə ləzzət eləyir .

Hörmətli, alimlər! Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı sərəncam verib, başına oyun açılması ilə bağlı yox.

İndi iki samitdən birini ixtisar etsək, onda Azərbaycan Milli Elmlər Akademiyası day indən belə Azərbaycan Mili Elmlər Akademiyası yazılacaq?

Mən ölüm, nə təhər dedim?! Qəşşənggg! Üzr istəyirəm, qəşənk!

Hörmətli alimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü də təmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçi kimi Akademiyaya dəvət edin.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin - Səbuhi Məmmədli yazır...
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020