Evli qadınlar dişlərini niyə boyayırdılar? - FOTO

<b>Evli qadınlar dişlərini niyə boyayırdılar?</b> - <span style="color:red;">FOTO
22 dekabr 2017
# 09:00

Hər dövrün özünəxas, bir qayda olaraq qadınlara tətbiq olunan gözəllik standartları olub. Müxtəlif qurbanlar tələb edən bu normalar bu gün olduqca təəccüblü və ağlabatmaz görünür.

Kulis.az müxtəlif dövrlərə aid gözəllik standartlarını təqdim edir:

Renessans dövrü

Renessans zamanına aid gözəllik standartları qadından hündür, tamamən dəyirmi alın tələb edirdi. Saçlar mümkün qədər arxada bitməli alın çox geniş olmalı idi.

Bu gün bu görünüşü raxit xəstəliyinin əlaməti saya bilərik, lakin bizim əcdadlarımız bunu gözəllik sayıb. Buna görə də, əksər qızlar saçları başladığı yerdən qırxıb mümkün qədər alını genişlədirdilər.

İkinci Dünya müharibəsi

Çılpaq qadın ayaqları qeyri-etik görünürdü, neylon corablara pul xərcləməksə yolverilməz bir dəbdəbə idi. Bu üzdən hər səhər qızlar ayaqlarını tünd corablara oxşadan xüsusi rəng ilə boyayırdılar.

Bir az imkanlılar dəriləri nəfəs alsın deyə, axşamlar ayaqlarını yuya bilərdilər, kasıb qızlarsa silinənə qədər saxlamağa məcbur idilər. Bəzən rəng qadınlara allergiya verirdi, amma başqa seçim də yox idi.

Çin ənənələri

Ayaqların bintlənməsinə nadirən olsa belə, indi də rast gəlinir. Ideal qadın ayaqları haqda standartların nə zaman düşünüldüyü bəlli deyil, lakin tarixçilər bu ənənənin XIII əsrə aid olduğunu düşünürlər. Bu ənənələrə görə 5 yaşlı qızların ayaqlarını bintlə sarıyırdılar ki, onlar böyüməsin. Bu sümüklərdə deformasiyaya gətirib çıxarırdı. Hətta hərəkət məhdudluğu yaradırdı. Lakin gözəllik arzusu bunları nəzərə almırdı.

Qədim mayalar

Bu mayaların gözəllik haqda, daha dəqiqi desək kəllə sümüyü haqda öz təsəvvürləri vardı. Burnun ucundan kəllə nöqtəsinədək olan məsafə tamamən düz olmalı idi. Bu sa insan anatomiyasına ziddir. Lakin hindular çıxış yolu tapdılar: yenidoğulmuşlara xüsusi taxta qəliblər düzəltdilər. Uşağın yumşaq sümükləri tədricən bu formanı alırdı, üç yaşın tamamında tələb olunan ideala çatmaq mümkün idi.

Tsinin hakimiyyəti zamanı Çində

Qadınlar əl dırnaqlarını uzadırdılar. Dırnaq nə qədər uzundursa, bir o qədər gözəlsən. Bu həm də var-dövlət rəmzi idi: bu gözəl xanım əlləri ilə heç nə etmir.

Orta əsrlər

Qızlar ayaqlarını utanaraq gizləyirdilər, Lakin kişilərin ayaqlarını bugünkü kimi gizləmək fikirləri yox idi, onlar əzələli baldırlarını göstərmək üçün dar corablar geyinirdilər. Əgər əzələ yoxdursa, yaxşı görünsün deyə corabın altından parça da dolamaq olurdu.

Renesans

İntibah dövrünün qadınları çox əzab çəkirdi. Alının böyüklüyü və girdəliyi azmış kimi kirpiklərdən tamamən məhrum olmaq dəbə minmişdi. Qızlar kirpiklərini çıxarırdılar. Çalışırdılar ki, orada bircə dənə də tük qalmasın.

Yaponiya XIII-XVIII əsrlər

Tam beş əsr Yaponiyada ərli qadını subaydan ayırmaq asan bir iş idi. Ailə vəziyyətini bir gülüşlə bilmək olurdu: evlilikdən sonra yaponlar dişlərini qara rəngə boyayırdılar.

Огахуро - чернение зубов у японцев. | Фото: masterok.livejournal.com.

Avropa XVIII əsr

Ədəb-ərkanı gözləmək şərtilə, qarşı cinsə lazımi siqnal göndərmək üçün süni xallardan istifadə olunurdu. Məsələn, üst dodağa qoyulan xal qadının subay və təkliflərə açıq olduğunu göstərirdi, sağ yanaqdakı xal evliliyi göstərirdi. Sol yanaqdakı xalı isə “dullar” qoyurdu.

İngiltərə XVII əsr

Həddən artıq açıq dekolte dəbdə idi, heç kim burada qeyri-adi heç nə görmürdü. Qəribəsi isə o idi ki, hökm sürən kübar solğunluq dəbinə uyğun olaraq dəridə damar şəkli görünməli idi. Yüksək cəmiyyətə aid olduğunu göstərmək istəyən qadınlar boynunda, çiynində və sinəsində göy qələmlə damar xəttləri cızırdılar.

İngiltərə-viktorian dövrü

Puritanlıq, maksimal qapalı geyim, tünd rənglər təmkin və müdriklik rəmzi idi. Lakin elə məhz bu dövrdə intim bölgələrə pirsinqlər etmək dəbdə idi.

Qadınlar döş gilələrinə halqalar salıb onları bir-birinə zəncirlə birləşdirirdilər. Kişilərsə cinsi orqanlarına pirsinqlər edirdilər. Bunu isə sadə adamlar yox, şahzadə Albert özü dəb salmışdı.

Koloniya dövründə Amerika

Hinduların başdan başqa bədənin hər hansı bölgəsində tükləri qəbulolunmaz saymalarını eşidəndə amerikalılar heyrətlənmişdilər. Sən demə, hindular dəbi bir neçə əsr qabaqlamışdılar.

Avropa XIX əsr

Bu əsrdə rahatlığa qənim olan müxtəlif korsetlərdən sonra dəbə “ayırıcı” korsetlər mindi. Bu korsetlərin işi qadın döşlərini mükün qədər ayırmaq, onlar arasında mümkün qədər böyük yer yaratmaq idi.

Qədim Çin

Qədim Çində qadınlar öz qaşlarını dibindən qırxır , öz əhvallarına uyğun qaş çəkirdilər. əhvala görə, müxtəlif qaş növlər var idi: “kədərli”, “sevincli”, “əzabkeş”, “davakar”, “itaətkar” və s.

Qədim Yunanıstan

Çatmaqaşlıq əsil-nəcabət rəmzi idi. Anadan belə doğulmayan bəxtsizlər kömürlə qaşlarını birləşdirməli idi.

İntibah

Bu gözəllik baxımdan ən lənətli dövrdür. İntibah dövrü qurtarhaqurtarda qadınların dişlərini yondurmaq “fikrinə düşdü”. Birinci gözəl olmaq üçün qızlar dişlərini yonub kvadrat formasına salırdılar.

Tan hakimiyyəti illərində Çin

Yəqin ki, bu epoxada gözəl olmaq çox müşkül idi. Qızlar çox incə fiquraya, nazik biləklərə, bir də.. toppuş yanaqlara sahib olmalı idilər. Buna necə nail olmaq olar? Bu, hələ də aydın deyil...

# 2061 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #