writer1

Könül Cəfərli

Məqalə sayı

71
clock11:30 calendar-gray 05 Dekabr 2017 view-gray469 dəfə oxunub
view-gray469 dəfə oxunub

Atası evinə qaytarılan gəlinin faciəvi sonu

Könül Cəfərli

Qonşudan gələn çığır-bağıra oyandıq. Məlum oldu ki, toy gecəsi qız bakirə çıxmayıb, əri və qohumları da gətirib atası evinə qaytarıb. “Brak” çıxmış mal kimi. Səhərin açılmağını da gözləməyiblər. Gəlinin baldızları qızın anasının üstünə çımxırır, təhqir edir. Ata əlinə bıçaq alıb namusu təmizləmək istəyir, qonşular imkan vermir. Nə isə, kişini maşına basıb qardaşıgilə apardılar ki, əlindən xəta çıxmasın. Oğlan evi də o ki var söyüb çıxıb getdi. Həyətdən ana-balanın hönkürtüləri eşidilirdi. Bir azdan səs kəsildi. Biz də yatdıq.

Səhər açılar-açılmaz növbəti qışqırıq qopdu. Bu dəfə qızın anası nalə çəkirdi. Təzə gəlin özünü asıb öldürmüşdü. Cəsədini tibbi ekspertizaya apardılar. Sən demə, bədbəxt bakirə imiş, qızlıq pərdəsində anomaliya olduğu üçün hamının intizarla gözlədiyi əlahəzrət qan damcılamayıb. Beləcə, mentalitet bir günahsız qızın ölümünə səbəb oldu.

Hadisədən sonra ginekoloqdan müsahibə aldım. Dedi ki, uşaqlıq yolunda anadangəlmə anomaliyalar olur. Qızlar gəlin olanadək ginekoloji müayinədən keçmədikləri üçün bunu ancaq toy gecəsi aşkar etmək olur. Hətta həkim maraqlı bir əhvalat da danışdı. Bir hamilə pasientini müayinə edərkən bakirə olduğu ortaya çıxıb. Gəlin qızlıq pərdəsi yırtılmadan uşağa qalıb.

Bu cür anomaliyalardan xəbərsiz olduğu üçün bəy, qaynana, baldız toy gecəsi ənənəvi qanı görməyəndə gəlinin əxlaqsız olduğunu düşünürlər. Cahillik və mentalitet qızların çırağını beləcə söndürür.

Mentalitetin başqa qurbanları da olur, amma ən çox qadınlar zərər çəkir. Bizim mental düşüncəmiz kişi mərkəzlidir. Kişi cinsi üstünlüyü, hegemonluğu üzərində qurulub. Fikir versəniz, əksər qınaqlar ancaq qadına yönəlir.

Məsələn, evlənmək üçün ancaq bakirə qız axtarırlar. Amma oğlanın əxlaqı heç kimə maraqlı deyil. Kimsə toydan əvvəl qadınla münasibəti olan bəyə pozğun demir. Qızı fahişəyə çevirən əməli oğlan edəndə problem olmur. Çox qəribə əxlaq normalarımız var.

Kişi özündən 10 yaş kiçik qızla evlənə bilər, amma qadın heç 5 yaş da balaca birinə ərə gedə bilməz. Camaat yaxşı baxmaz. Mentalitet var.

Ər qapı-pəncərəni sındırır, arvadını şil-küt edir, uşaqların ağlaşması küçənin başından eşidilir, bir qonşunun səsi çıxmır. Amma qadın döyüldüyünə görə polisə müraciət edəndə camaat reaksiya verir, üstəlik zərərçəkəni qınayır. Bizim ənənədə həyat yoldaşını şikayət etmək yoxdur axı.

Boşanmış kişi rahatlıqla ikinci dəfə bəy kürsüsündə əyləşir, amma dul qadının yenidən gəlinlik geyinməsi çətin məsələdir. Düzdür, istisnalar var. Məsələn, varlı kişinin qızı 10 dəfə boşansa da, onu alan tapılacaq. Heç belinə bağladığı qırmızı lentə görə də heç kim söz atmayacaq. Yazıq kasıb, nişanı qayıdanda ağız büzürlər.

Bizim mentalitetin kitabında qadın gücsüz, əzik, baş-qapazlı obrazındadır. Ər evinə ağ gəlinlikdə girib, ağ kəfənlə çıxmalıdır. Yəni kişi döyüb-öldürsə də başını aşağı salıb, razılaşmalıdır. İctimai şüur bunu tələb edir, qızlar müti, çarəsiz, ələbaxan böyüdülür. Xeyir-dua verəndə də deyirlər ki, əl çörəyi yox, ər çörəyi yeyəsən.

Mentalitetin qadına münasibəti şüur-altına da köç edib. Yəqin çox eşitmiş olarsınız, “kişi kimi mərd”, “kişi kimi qoçaq”, “kişi kimi qeyrətli” və s. Səxavətli, namuslu, dürüst xanımlardan adətən belə bəhs edirlər, kişiyə bənzədərək, kişinin yerinə qoyaraq. Guya qadın özü qeyrətli ola bilməzmiş, əgər qeyrəti varsa, mütləq ki, kişiyə oxşayır. Çünki milli şüurumuzda kişi sadaladığım müsbət xüsusiyyətlərin daşıyıcısı, qadın isə yarıtmaz, “toyuq” ağıllı, qorxaq, yaltaqdır. Ona görə yalançı, şərəfsiz, fərsiz kişilərə arvad deyirlər.

Kişinin arvada bənzədilməsi təhqir, qadının kişiyə oxşaması isə başucalığıdır. Əslində nə qədər bizi aşağılayan bir yanaşmadır.

Hələ atalar misalı da var: “Qadın üzük, kişi üzüyün qaşıdır”. Yəni xanım əri ilə qiymətlidir, kişi olmasa guya dəyəri aşağı düşür. Bu cür müqayisə və misallarla qadınlarımızın psixikasını da zədələyirlər. Xanımlarda natamamlıq kompleksi həm də bu rəftardan qaynaqlanır.

Oğul istəyimizin kökündə də qadına münasibət dayanır. Oğlan arzumuz tək həvəs deyil, təhtəlşüurdan gələn mesajlarla da bağlıdır. Düşüncəmizə sıxışmış o qadın təsəvvürü qız övladı arzulamağımıza maneə olur.

Ədalət naminə deməliyəm ki, mentalitetimizin yaxşı yönləri də var, tamam pisdir demirəm. Amma qadını əzən tərəfləri daha çoxdur. Biz o stereotiplərdən xilas olmalı, milli düşüncəmizdəki qadın obrazının dəyişməliyik. Ancaq o zaman tam ictimai inkişaf mümkün olacaq. Toplumun təxminən bir yarısı qadınlar, o biri yarısı isə qadınların böyütdükləridir. İnanıram ki, kişilərsiz, təkbaşına da mentalitetimizi dəyişə bilərik. Əlbəttə 1-2 günün işi deyil, buna illər, bəlkə də əsrlər lazım olacaq. Amma qadınlar istərsə, bir gün olacaq, mütləq olacaq...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Kamal Abdullanın romanı Almaniyada çap olunub
17:38 23 Yanvar 2021
Xudu Məmmədov Zəlimxan Yaquba onunla bağlı hansı sirri açdı? – Xatirə
16:30 23 Yanvar 2021
Aydın Kazımzadənin yeni kitabı işıq üzü gördü
15:30 23 Yanvar 2021
"Qaltan dərəsi" adlanan ərazidən tunc dövrünə aid tarixi abidələr tapılıb - Fotolar
14:20 23 Yanvar 2021
Yağışın xatırlatdığı qız – Eyvaz Əlləzoğlunun hekayəsi
13:31 23 Yanvar 2021
Cangüdəni və köməkçisi əfsanəvi modelyer haqqında kitab yazdı
12:23 23 Yanvar 2021
Pərakəndəlik Nizami ilinə heç nə verməyəcək - Filoloq yazır
11:01 23 Yanvar 2021
Xalq artisti TƏBİB-ə müraciət etdi: "Bu vəziyyət peşəkarların itkisinə aparır"
10:36 23 Yanvar 2021
Nazirlik qələbəmizlə bağlı film müsabiqəsi elan etdi
10:17 23 Yanvar 2021
Fuad Poladov: “Başımı qırxıb məni Sumqayıta göndərdilər” – Müsahibə
09:00 23 Yanvar 2021
“Qətibə İnanc” tamaşası nümayiş olunacaq
18:55 22 Yanvar 2021
Məşhur aparıcılar AzTV-də "ər-arvad" oldu - Foto
18:16 22 Yanvar 2021
Nizami Gəncəviyə həsr olunmuş sərgi açılıb
17:35 22 Yanvar 2021
Hayl Hitler! - Qısa hekayə
16:55 22 Yanvar 2021
Zəfər Muzeyi harda olacaq? - Rəsmi açıqlama
16:23 22 Yanvar 2021
Bakıda Fransa filmləri festivalı başladı
15:55 22 Yanvar 2021
Birinci yerə layiq görülən yazar: “Bizdə müsabiqələr hamının könlünü almağa hesablanır” – Müsahibə
15:18 22 Yanvar 2021
Məşhur aktrisa vəfat etdi
14:37 22 Yanvar 2021
Bağırov onu Müdafiə naziri təyin etdi, erməni general sui-qəsd törətdi, vəzifəyə gəlməyinə bir gün qalmış qətlə yetirdilər – Həzi Aslanovun müəmmalı ölümü
14:02 22 Yanvar 2021
Ceyms Bond silsiləsindən yeni filmin premyerası yenə təxirə salındı
13:29 22 Yanvar 2021