Kukla Teatrı “Sirli dolça”nın premyerasına hazırlaşır

Kukla Teatrı “Sirli dolça”nın premyerasına hazırlaşır
2 iyul 2025
# 14:00

İyulun 4-də Azərbaycan Dövlət Kukla Teatrında “Sirli dolça” tamaşasının premyerası olacaq.

Teatrdan Kulis.az-a verilən məlumata görə, “Ağ daşın sirri” adlı Azərbaycan xalq nağılı əsasında hazırlanan yeni tamaşanın səhnələşdirmə və quruluş müəllifi dəvətli rejissor, Əməkdar artist Rauf Avşarovdur.

Səhnə tərtibatçısı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkar Əməkdar artist Vüqar Camalzadə, mahnıların mətn müəllifi Sevinc Nuruqızıdır.

Birhissəli uşaq tamaşasında obrazları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Rəhim Rəhimov, Yasin Abbasov, Vüqar İsmayılov, Könül Nəsibova canlandıracaqlar.

Əyləncə və sehr dolu nağıl-tamaşada qəhrəmanlar izləyiciləri həm də bir sıra mətləblərdən agah edəcəklər: dürüstlüyün ən böyük güc olduğu, saf sevgi və sədaqət kimi hisslərin bütün maneələri dəf etdiyi, zəkanın fiziki gücdən daha öndə olduğu və s.

“Sirli dolça” tamaşasının hekayəti də maraqlıdır.

Qocalıb əldən düşən hökmdar taxt-tacının kimin əlinə keçəcəyi, xalqına kimin rəhbərlik edəcəyi barədə çox düşünür. Gözünün ağı-qarası bir qızı olan Padşah onu çoxdan narahat edən məsələni Vəziri ilə bölüşür. Vəzir ona qızının artıq həddi-buluğa çatdığını, ərə getməli olduğunu deyir.

Amma bu sözlər Padşahın ağlına batmır. Bilir ki, Şahzadə ilə evlənəcək şəxs mütləq taxt-tacına da sahib olacaq. Elə bu zaman bir Dərviş peyda olur və Padşah ondan kömək umur.

Sonra hiyləyə əl atan Padşah qızına elçi düşən bir çox gəncin həyatına son qoyur. Dolçaya bir qara və bir ağ daş əvəzinə iki qara daş qoyur və nəticədə qızı ilə evlənmək istəyənlər ağ daşı tapa bilməyərək dar ağacından asılırlar.

Atasının əməlindən xəbər tutan qızı onun planını pozur və bir dürüst gənc ağ daşı taparaq Şahzadə ilə evlənir.

Padşah da sonda əməlindən peşman olur...

Tamaşa klassik kukla texnikasında parket kuklalarla ərsəyə gətirilib.

# 3246 dəfə oxunub

Oxşar xəbərlər

“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
Teatrlarda yeni dövr:  Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

Teatrlarda yeni dövr: Uzunmüddətli tamaşalara maraq niyə azalıb?

13:30 7 oktyabr 2026
Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

15:30 5 oktyabr 2026
“İnanıram” tamaşası nümayiş olundu

“İnanıram” tamaşası nümayiş olundu

11:01 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər