175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?

175 ildir dəyişməyən siyasət - Çarın Şuşa həbsxanasına yarıçılpaq atdığı qadın kim idi?
1 iyul 2025
# 16:42

Kulis.az Filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın yeni yazısını təqdim edir.

Azərbaycan maarifçilik hərəkatının ən məşhur simalarından biri olan Qasım bəy Zakir Qarabağ xanlarının nəslindən olduğu üçün xanlığın işğalı və ləğvini qəbul edə bilmədi, etirazını çeşidli biçimlərdə dilə gətirdi.

Onun gənc və dəliqanlı qardaşı oğlu Behbud bəy isə böyük qardaşını rus məmurlarının şərə salaraq həbs etməsi, ardınca qətlə yetirməsinə dözə bilməyib qaçaqlara qoşuldu və qisas almaq niyyəti ilə rus məmurlarına qarşı mübarizəyə başladı.

Onun bu hərəkətlərinə qarşı çar məmurlarının keçirdiyi əməliyyat amansız və çox qəddar oldu.

Behbud bəy öldürülüb həbsxana divarlarının kənarına atıldı.

Dəfn edilmədi.

Qasım bəyin qeyrətli qızı Nənəş xanım əmisi oğlunun cəsədini gecə ikən oğurladıb dəfn etdirdi.

Qasım bəyin çox yoxsul və cəmi 20 evdən ibarət kəndinin altı üstünə çevrildi, viran qoyuldu.

Həm də bunu 20 evlik kəndə basqın edən 700 atlı həyata keçirdi. 65 yaşlı Qasım bəyin özü də daxil olmaqla 19 nəfər ailə üzvü (aralarında Behbudun 8 yaşlı qardaşı Mustafa da vardı) ağır sözlərlə təhqir edilərək, döyülərək, at döşündə ayaqyalın, yarıçılpaq halda Şuşa həbsxanasına gətirilir.

Şuşalı tədqiqatçı Kamran Məmmədov yazır ki, Qasım bəyin nüfuzundan qorxaraq, onlara məhkəmə qurulmur, məhkəməsiz hökm oxunur, şairimiz, oğlu və qardaşı oğlu sürgünə məhkum edilir...

Hətta sürgünə gediş və orada qalma xərcini də şairin ailəsinin öhdəsinə qoyurlar...

Son günlər Yekaterinburqda baş verən hadisələrlə bu əhvalat arasında bir çox paralellik tapmaq mümkündür.

Təəssüf ki, 1850-ci ildə Şuşada çar məmurlarının qeyri-qanuni hərəkətləri ilə 2025-ci ildə - 175 il sonra baş verən hadisələr arasında bir çox oxşarlıq və analogiyalar mövcuddur.

Demək ki, ad və qiyafə dəyişsə də, mahiyyət və niyyət dəyişməz qalıb.

# 2322 dəfə oxunub

Oxşar xəbərlər

Rəşad Məcidə ağır itki üz verdi

Rəşad Məcidə ağır itki üz verdi

10:33 15 noyabr 2026
Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

Deyv Qrolun qızı “Aclıq oyunları” üçün yeni mahnı yazdı – “Metal Birds” təqdim edildi

17:46 14 noyabr 2026
“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon”  ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

“Blink-182”, “Evanescence” və “Bring Me The Horizon” ilk dəfə Dounload Festivalının əsas səhnəsinə çıxacaq

16:55 14 noyabr 2026
Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

Stivi Uander səhnədən Maklemoru müdafiə etdi: “İstəyirsinizsə, məni də qadağan edin”

16:01 14 noyabr 2026
Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

Rozaliya üçüncü dəfə “Latin Grammy”nin ən böyük mükafatını qazandı

14:12 14 noyabr 2026
Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

Uşaqlara pis nümunə göstərməkdə ittiham olunurdu – "Uzuncorab Peppi" niyə bu qədər etiraz doğurmuşdu?

14:00 14 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər