“M.S.S” tamaşasının premyerası keçirildi

 “M.S.S”  tamaşasının premyerası keçirildi
1 iyul 2025
# 17:10

Gəncə Dövlət Milli Dram Teatrında “M.S.S” tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “M.S.S” pyesi əsasında eyniadlı tamaşanın rejissoru Fuad Cavadzadədir.

Yeni səhnə əsərinin quruluşçu rəssamı Mirzə Mehdi, musiqi tərtibatı Zaur Rəşidov və Elşən Cəfərovdur.

Tamaşada “İkinci Nəfəs” teatr-studiyasının tələbələri ilə yanaşı teatrın aktrisaları Zəminə Cəfərova və Sevinc Hüseynova çıxış ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar olaraq respublikanın 5 teatrında kadr problemini aradan qaldırmaq məqsədilə teatr-studiyaları yaradılıb.

Həmin sərəncama əsasən, Gəncə Dövlət Milli Dram Teatrının nəzdində “İkinci nəfəs” teatr-studiyası fəaliyyətə başlayıb.

Tədris müddəti ərzində tələbələr teatr sənətinin sirləri ilə yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələnmiş eyni zamanda görkəmli teatr xadimlərinin ustad dərslərində və seminarlarında iştirak ediblər.

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

Kventin Tarantino teatr rejissoru kimi debüt edir:  Baş rolu Saşa Baron Koen oynayacaq

Kventin Tarantino teatr rejissoru kimi debüt edir: Baş rolu Saşa Baron Koen oynayacaq

13:13 12 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

12:44 12 oktyabr 2026
“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər