news-inner
clock14:15 calendar-gray 14 Noyabr 2017 view-gray217 dəfə oxunub
view-gray217 dəfə oxunub

Allahı qoyub Darvinə inanan uşaqlarımız - Xanəmir yazır...

Kulis.az Xanəmir TelmanoğlununMeymun kommunist ola bilər, meymun dindar ola bilməz” yazısını təqdim edir.

...get, ey qafil, bu dünya derlər fanidir...

Söyləyin padişah heç asqırmasın...

Bir əsrdən çoxdur Azərbaycanın keçi, xoruz ruhlu şeriylə böyüyən bir nəsli Azərbaycanı yönəldib, hələ də bu məmləkətə sahib çıxmağa davam edir.

Azərbaycanı idarə edənlər o şeirlərlə böyüməyib, çünki onlar Azərbaycanın bağçasında, məktəbində təhsil almayıblar.

Ancaq məmləkətin idarə olunan kəsimi keçi, xoruz şeirlərinin əzbərləndiyi obyektlərdən keçib.

İllərdir bu şeirlərlə böyüyən uşaqlarımızın şüurunda keçi kimi tələskənlik, danışıqlarında bəyirti, tullanaraq yürümək, dağ mədəniyyətinə aludə kəsilib heyvani bir təbəssümlə yaşamaq, xoruz kimi vaxtsız banlayaraq özüylə birgə bu yurdu güdaza vermək, quru bəylik sədaları altında mətin addımlarla irəliləmək kimi simptomlar kök ataraq bir etnosun formalaşan sivil xislətini çəkinmədən ortaya qoydu.

Uşaqlıqdan başlanılan bu şüuraltı ideoloji təlqinlərin sonucu sosialistlər üçün meymun, milliyyətçilər üçün boz qurdla yekunlaşır. Demək, azərbaycanlı ya milliyyətçi olar, ya da uzaq başı kommunist.

Düşünürəm, görəsən bu keçinin, xoruzun arxeotipi nədir ki, bu məsum, uşaqlıq təfəkkürümüzün doyuzdurulmasında əvəzsiz milli rolu əskilməyən bu milli heyvanların təfəkkür müstəvisində şəcərə uzantısı qurdla meymuna dayanır. Görünür, bu fani dünyanın axarında uşaqlığımız gəncliyimizə, qocalığımıza qurban getdiyi kimi, uşaqlığımızın yaddaş yemi keçi qurda, xoruz da bir təhər meymuna qurban gedir. Demək, azərbaycanlı uşağının məsumluğunda keçiylə xoruz ortaq bir şeirin, ritmin, qafiyənin maraqlarından çıxaraq, heyvanlıqdan can qurtararaq bir havari totemi kimi qoruyucu missiya yüklənərək çıxış edir. Həm də bu heyvanlar üzərində sakrallaşmış düşüncə həyatımıza, taleyimizə köç edən o heyvan (keçi, xoruz) toteminin əsrlər, eralar sonrası yaranmış ritmini, görüntüsünü, şeirini bizim uşaqlığımız qoruyur.

Keçi tragikdir. Onun maskası hələ də yırtılmayıb. O öz missiyasını qədərincə oynamağı bacarır. Buna baxmayaraq Azərbaycan kültürünün uduzduğu yerdən keçi bəyirib saqqalını oynadaraq peyda olur. Onun min bir oyunu hələ də bitməyib. Qədim türklərin Alban dönəmi məbədlərində, inanc sistemində də keçi qudsal sayılır, ona tapınırdılar. Qəbilə rəislərinin məzarı çöldə qazılmasına baxmayaraq, keçinin qəbri məbədin içərisindən baş tərəfdə qazılırdı. Xoruz da Zərdüşdün törəməsidir. Üç kərəm sabahleyin banlamaqla hürmüzü çağırıb xeyri, işığı dünyaya dəvət edir.

İnancımızın başında xoruz, keçi kimi ban, bəyirti oturaraq, hər iki totem təbii şəkildə 20-ci əsrin əvvəllərində yenidən yaddaşımıza bu kərəm poetik rituallarla, ayinlərlə daxil olur. Hər iki heyvanın səsi, saqqalı gözəgirən, mədəniyyətə uzanandır. Hər ikisinin tükü məişət zəminində yararlıdır; birindən yastıq, birindən döşəkçə düzəldilir. Keçinin qəzilindən qaranlıq quyulardan çıxmaq üçün kəndir də yapılır. Məlikməmməd keçinin strateji məhsulu qəzilindən, sicimindən istifadə edərək yeraltı qaranlıq dünyalara enə bilməklə bir etnosun xəyal dünyasının milli qəhrəmanına çevrildi.

Keçinin dərisi isə yenidən bəyirtinin ritmlərini izləməklə nağara səslərini də doğurur.O ritmlə savaşa qatılmaq ruhlandırıcıdır. Buynuzu şərab içimində əvəzsiz estetika oyadır. Xoruz deyəsən çoxfunksiyalılıq baxımından bu məmləkətdə keçidən geri qalır.

Bir məsələ maraq doğurur. Qurd da, meymun da düşüncəmizə bu xoruz, keçi şeirləri yazılmamışdan hardasa yarım əsr əvvəl daxil ( peydah) olub. Keçinin qurda, xoruzun meymuna assosiasiyası məna, anlam, düşüncə bazında yerini dəyişə bilər. Xoruz işıq, qurd da işıq rəmzi kimi bir-birlərini tamamlayaraq inkar edir. Keçi qutu inanc olaraq meymun inancını tamamlayaraq inkar edir. Ona görə də təhtəlşüurumuzun qurd və meymun sindromu bir-biriylə anlaşaraq (ingilis, yəhudi düşüncəsi necə ki, dünyanı böldü) keçiylə xoruzu aralarında tarixin mazoxist zövqünə köklənmiş şəkildə bölüşərək uzun zaman kəsimində amansızca baş qatmağı bacardılar.

Meymun kommunist ola bilər, ama dindar deyil. Meymunu gündəmə Darvin gətirdi (Hətta mən deyərdim ki, Darvindən öncə meymun kimliyini eşələn ilk İbn Xəldun oldu.). Bu baxımdan materialist meymun həm də kommunistə, inqilabçı meymuna çevrilə bildi. Materialist meymun öz qızıl xoruzunun qanını axıdıb, parçalayıb qanından al don geyinərək məscidlərə it bağlatdı. Sözün bütün mənalarında o inqilabçıdır. Meymun burjuaziyanın və sosializmin təmsilçisidir. Afrika cəngəlliklərinin heç belə sevindiyi olmamışdır.

Ama milliyətçi qurd keçini tutub parçalaya bilmədi. Qaliblik missiyasını itirdi. Əvət, burdakı müstəsna sistem parçalamaqdan, qan tökməkdən gedir. Meymun özünə yeni ad qazana bildi: qırmızı meymun, komsomol meymun, kommunist meymun. Qurd, sadəcə, bozluğundan əl çəkməyərək, dəyişimə qarşı antipatiyası olan keçiyə rəhmlə yanaşmağa sövq etdi, rəngini əzab, yarlıq kimi öz üzərində hələ də daşıyır. Demək, turançılıq məfkurəsindən bu topraqlarda hələ də nəsə gözləmək mümkündür; o hələ bitməyib.

Materializmin qız nəvəsi sosializm isə ömrünü tez bitirdi.

Keçini, xoruzu yuxuda da əzbər bilən Azərbaycan uşaqları Allahı qoyub Darvinə, meymuna, qurda, turançılığa inam gətirmələri təbii idi. Çünki, təfəkkürümüzdəki elementlərin arxeotipləri həyatımızda dəhşətli rol oynayır. Qurdun apardığı yurd, ulusal savaşı, meymunun gətirdiyi sosial inqilablarla yaddaşımızda keçiylə xoruzu doğuraraq bizi çöllərdə qoydu. Adam olamadıq. Demək yanlışlıqlar əzəldən bizimlə qardaşlıq roluna girərək doyunca oynayıb.

Sosializmdən-meymunun qırmızılığından, Leninin keçi saqqalından qurtulan, qaçan indi birbaşa meymunun özünə-Darvinə-kapital anlayışa müraciət edir. Demək, meymun həm də iki sistemin mahiyyətini öz mistik varlığında ortaya çıxarır.

Artıq 100 ilin uşaqları, hər nəsil eyni ritmə köklənib, eyni şeirlərlə şüurunu tənzimləyə bilməz. İndi keçi, xoruz deyil, mümkünsə olmayan yerdə “ bilgisayar”, “televizor”, “mobil telefon” adlı, məzmunlu şeirlərlə öz həqiqətlərimizin arxeotipinə vararaq gələcəkdə qarşımıza çıxacaq təfəkkür elementlərinə bizzat həyatımızda məğlub olmadan bir yaşam sistemi quraq.

Bu günün “bilgisayar” şeri də öz məna şəcərəsini təbii olaraq Turanda, qurdda, keçidə deyil, xoruzda, meymunda, qırmızıda, Darvində, Lenində, pambıqda bulur. Demək, bu da keçicidir. Demək, bu şeir də debillər yetişdirəcək, tezliklə hansısa “keçicilərlə” əvəz olunacaq. Nə qədər ki, uşaqlarımız Yunus Əmrəni əzbərləməyəcəklərsə, bu ölüvay qovğamız, başaldatmalarımız sürüb gedəcək.

news-inner-user
Xanəmir

12 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Fermada yaşayan prezident
21:01 20 Fevral 2020
Yazıçımızın kitabı rus dilində - "Əsir qadın"
18:49 20 Fevral 2020
Coys ildırımdan, Hiçkok yumurtadan, Hitler sudan qorxurdu - Məşhurların qeyri-adi qorxuları
18:11 20 Fevral 2020
Rejissor və ailəsi koronavirusdan dünyasını dəyişdi
17:28 20 Fevral 2020
Albalı ağacı - Hekayə
17:04 20 Fevral 2020
Osmanlı sultanının cib saatı satışa çıxarıldı
16:30 20 Fevral 2020
Nüfuzlu film festivalına start verildi
15:48 20 Fevral 2020
Tanrının qısqandığı qadın - Şəhla Nihandan yeni hekayə
15:09 20 Fevral 2020
Gənc pianoçumuza "Qran-pri" verildi
14:30 20 Fevral 2020
"Qladiator"un qəhrəmanı vəfat etdi
13:52 20 Fevral 2020
Silvestr Stallone tanınmaz halda - Foto
13:12 20 Fevral 2020
Qızı ona görə özünü öldürdü - Tanınmış şairdən maraqlı faktlar
12:27 20 Fevral 2020
Qadın başı kəsən Manaf Ağayev
12:02 20 Fevral 2020
AYB-dən cavab gəldi: "Qurultayın vaxtı payızda təyin olunacaq"
11:20 20 Fevral 2020
Azərbaycanlı aktyorun rol aldığı "Tomris" filmi nümayiş olunacaq
10:47 20 Fevral 2020
Gənc yazar Anarı sərt tənqid etdi: “Qanun tanımırsız!”
10:22 20 Fevral 2020
Azər Paşa Nemətov böyüklüyün nümunəsidir – Cavid Zeynallı yazır...
10:01 20 Fevral 2020
Dünya şedevrinin baş qəhrəmanı Azərbaycan filmində
08:59 20 Fevral 2020
Umberto Eko nəyə nifrət edirdi? - Həyat hekayəti
21:01 19 Fevral 2020
“Xocalı-şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
18:35 19 Fevral 2020