"Bu 250 min insan nöşün kitab oxumur?" - Şəhriyar del Gerani

"Bu 250 min insan nöşün kitab oxumur?" - Şəhriyar del Gerani
5 mart 2026
# 12:37

"Bu 250 min insan nöşün kitab oxumur?"

Bu fikirləri şair Şəhriyar del Gerani kulis.az-a müsahibəsində açıqlayıb. O qeyd edib: "Azərbaycan əhalisinin 90 faizi cəhalətdən şiddətli şəkildə əziyyət çəkir. Əvvəlcə necə deyərlər, əl-ələ verib bu adamlara kömək etməliyik, yazıb-oxumaq, düşünmək, oxuduqlarını başa düşməyin yollarını, üsullarını öyrətməliyik. Bu yaxınlarda bir balaca araşdırma apardım, məlum oldu ki, əhali sayı 10 milyonu ötən bir ölkədə kitablar 300-500, ən yaxşı halda 1 000 tirajla çap olunur. Belə olan halda hansı işıqlı, hansı adekvat, hansı normal cəmiyyətdən danışmaq olar? Başqa ixtisasları qoyaq bir kənara, məmləkətdə 145 000 müəllim, 35 000 həkim, 60 000 tələbə var. Televiziya-radio-sayt-qəzet-kitabxana işçilərini də nəzərə alsaq və yuvarlaq götürsək, toplam 250 000 (iki yüz əlli min) edər. Bu 250 000 insan ildə ən azı 2 kitab oxumalıdır. Heç olmasa, 2 kitab. Bu insanların oxumaqdan başqa variantları yoxdur çünki. Rəqəmlərin dili ilə danışsaq, görünən budur, vəziyyət sıfırın altından çox-çox aşağılarda. Rəqəmlərin dili ilə danışası olsaq, tam arxayınlıqla deyə bilərik, bəli, mərhum Mirzə Cəlil “Danabaş kəndinin əhvalatları”nda bir kənddən, bir mahaldan deyil, bütövlükdə bir ölkədən - Azərbaycandan bəhs etmiş. Yox, əgər belə deyilsə, o zaman bu müsahibəni oxuyan bir zirək, bir fərasətli adam çıxıb cavab versin görək, bu 250 min insan nöşün kitab oxumur? Kitab oxumurlarsa, bunlar necə müəllim, necə həkim, necə tələbə, necə jurnalistdirlər? Ümumiyyətlə, məqsədləri nədir bu 250 min insanın? Əvvəla bunu dəqiqləşdirək, sonra keçək əsas məsələyə. Bunları təkrar-təkrar deməkdə məqsədim var. Məqsədim budur, əvvəlcə adamları cəhalətin girdabından xilas edək, sonra keçək başqa söhbətlərə. Ki, qadın elə olmalıdır, kişi belə olmalıdır, lezlər nə etməli, geylər necə etməli və sair və ilaxır..."

# 749 dəfə oxunub

Oxşar xəbərlər

Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

15:00 11 iyun 2026
"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun  Şekspirlə münasibəti necə idi?

"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun Şekspirlə münasibəti necə idi?

13:30 11 iyun 2026
Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

12:27 11 iyun 2026
Həsən Bəy Zərdabinin qızının faciəvi həyatı

Həsən Bəy Zərdabinin qızının faciəvi həyatı

11:40 11 iyun 2026
"Kişilərin niyyətləri nə qədər xeyirxah olsa da..." - İngilis feminist yazıçıdan sitatlar

"Kişilərin niyyətləri nə qədər xeyirxah olsa da..." - İngilis feminist yazıçıdan sitatlar

11:00 11 iyun 2026
Beren Saatla Kenan Doğulu saxlanıldı

Beren Saatla Kenan Doğulu saxlanıldı

10:20 11 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər