Məşhur seriyadan iki yeni kitab çap olunacaq

Məşhur seriyadan iki yeni kitab çap olunacaq
6 mart 2026
# 12:00

Dünya miqyasında 75 milyondan çox kitabı satılan məşhur yazıçı Sara C. Maas "Güllər və tikanlar sarayı" seriyasından iki yeni romanının işıq üzü görəcəyini elan edib.

Kulis.az xəbər verir ki, 40 yaşlı amerikalı yazıçı bu xəbəri çərşənbə axşamı Aleks Kuperin "Call Her Daddy" podkastında paylaşıb.

"Bu, bir trilogiya deyil"

Əsərləri 40 dilə tərcümə olunan yazıçının yeni kitabları bu ilin oktyabrında və 2027-ci ilin yanvarında oxuculara təqdim olunacaq. Maas yeni layihəsinin quruluşu haqqında maraqlı detalları bölüşüb:

"Əslində, üç kitabın (ACOTAR 6, ACOTAR 7 və hələ elan olunmamış növbəti kitab) dörd hissədən ibarət vahid bir süjet xətti var. Bu, trilogiya deyil, hadisələr hər kitabın sonunda yekunlaşmır. Onu bir trilogiya kimi yox, bir nəhəng, bütöv hekayə kimi oxumaq lazımdır. Mən heç vaxt hekayəni bu cür danışmamışdım."

#BookTok fenomeninin hərəkətverici qüvvəsi

2021-ci ildən bəri kitab nəşr etdirməyən Sara C. Maas üçün bu dördillik fasilə onun karyerasındakı ən uzun sükut idi. Buna görə də, bir neçə ay fərqlə iki kitabın çap olunması yazıçı üçün gözlənilməz və cəsarətli addım hesab olunur.

Xatırladaq ki, Maasın yaradıcılığına maraq xüsusilə pandemiya dövründə kəskin şəkildə artıb. O, həmçinin TikTok-un ədəbiyyat seqmenti olan #BookTok-da "romantaziya" janrının (romantika və fantaziya) populyarlaşmasında əsas sima hesab olunur. Yazıçı həm də 8 kitabdan ibarət "Şüşə taxt" (Throne of Glass) və 3 kitabdan ibarət "Ayparalı şəhər" (Crescent City) seriyalarının müəllifidir.

# 862 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı müğənninin ölümü ilə  bağlı detallar ortaya çıxdı

Amerikalı müğənninin ölümü ilə bağlı detallar ortaya çıxdı

18:15 26 avqust 2026
Tanınmış macar yazıçı vəfat etdi

Tanınmış macar yazıçı vəfat etdi

17:00 26 avqust 2026
Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı

16:30 26 avqust 2026
Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

Laçın Şəhəri Günü münasibətilə Milli Kitabxanada kitab sərgisi

15:30 26 avqust 2026
Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

Türk dünyası özünü yenidən xatırlayır... - Tarixi səfər

14:50 26 avqust 2026
Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

Ortaq ruhun iki zirvəsi: Azərbaycan və Özbəkistanın ədəbi-mədəni bütövlük platforması

13:50 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər