Prezident Kitabxanasında Tamilla Axundova ilə görüş təşkil olundu

Prezident Kitabxanasında Tamilla Axundova ilə görüş təşkil olundu
5 mart 2026
# 15:50

Prezident Kitabxanasında şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ali dərəcəli həkim-psixiatr Tamilla Axundovanın yaradıcılığına həsr olunan ədəbi-bədii görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Tamilla Axundovanın həm tibb sahəsindəki fəaliyyətinin, həm də bədii yaradıcılığının insan ruhuna toxunan məqamlarından bəhs edib.

Xalq yazıçıları Anar, Elmira Axundova, Xalq rəssamı Fərhad Xəlilov, Xalq artistləri Şəfiqə Məmmədova, Şükufə Yusupova və Faiq Sücəddinov, professorlar Flora Naci, Sevda Məmmədəliyeva, eləcə də Vaqif Mustafazadənin ev-muzeyinin direktoru Afaq Əliyeva, yazıçı-publisist Təranə Məmməd və digər ziyalılar, həmçinin rəssamlar Nigar Süleyman və Bəhram Xəlilov, hüquqşünas Fərid Haqverdiyev, həmçinin müxtəlif elm sahələrini təmsil edən Gülarə İmanova, Aybəniz Hacıyeva, Nərgiz Qulubəyova və Nigar Cuvarlinskaya və digər ziyalılar Tamilla Axundovanın yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Çıxışçılar qeyd edib ki, müəllifin yaradıcılığında məhəbbət-lirika mövzusu çoxşaxəli şəkildə və zəngin bədii təsvirlərlə öz təcəssümünü tapıb. Eyni zamanda, bu poetik nümunələrin həm psixoloji dərinliyi, həm də bədii-estetik dəyəri dinləyicilərin diqqətinə çatdırılıb.

Bəstəkar-ifaçı Sevinc İbrahimova, sənətşünas Alyona İnyakina və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın ifalarında Tamilla Axundovanın sözlərinə bəstələnən mahnılar səsləndirilib.

Tədbir zamanı Tamilla Axundova öz şeirlərini oxuyub. Görüş musiqili-bədii kompozisiyalarla davam edib.

# 1124 dəfə oxunub

Oxşar xəbərlər

Donan vicdan - Yeni hekayə

Donan vicdan - Yeni hekayə

13:45 15 avqust 2026
“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

“Kapellhaus Garden Hall”ın təqdimatında klassik musiqi axşamı

11:00 15 avqust 2026
"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

"Elə yaşamalısan ki, hətta əclafların da yadında qalasan..." - Məşhur aktrisadan aforizmlər

10:30 15 avqust 2026
Əkbər Qoşalının “Yol səni səslər”  şeirlər kitabı rus dilində nəşr olundu

Əkbər Qoşalının “Yol səni səslər” şeirlər kitabı rus dilində nəşr olundu

10:15 15 avqust 2026
Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya -  Prezident Kitabxanasında

Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya - Prezident Kitabxanasında

17:30 14 avqust 2026
Bakıda Çinin "İrs Keşikçisi"  sənədli filminin Azərbaycan dilində nümayişi oldu

Bakıda Çinin "İrs Keşikçisi" sənədli filminin Azərbaycan dilində nümayişi oldu

16:00 14 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər