news-inner
clock13:30 calendar-gray 24 Avqust 2016 view-gray369 dəfə oxunub
view-gray369 dəfə oxunub

“Özümə söyüş qoymuşam ki, yazmalıyam” - MÜSAHİBƏ

Kulis.Az Qazaxda yaşayan şair Bəxtiyar Hidayətlə müsahibəni təqdim edir.

- Bəxtiyar, bu yaxınlarda 42 yaşın tamam oldu. Necə hiss edirsən bu yaşda özünü?

- Ayağımın “razmerini” keçə bildim, görək başın “razmerinə” - 58-ə çata biləcəyikmi. Bu yaşda özümü hələ də cavan hiss edirəm. 40 yaşımda belə yazmışdım:

Ömür ot yeridi, zaman kərənti

İllər çalım-çalım ha yehrələndi

Yaşım göz açınca qırxa dirəndi

Amma hər saatım il kimi keçdi.

Özümü bir qədər sınıq hiss edirəm. Qayğılar artıb, problemlər başdan aşır. Yazı-pozuya baxan yox, kimsənin umurunda deyilsən. “Görüm açılmasın bu sabahları” deyirsən hər axşam. Gələcəyə ümid sfırın altındadır.

- Amma həmişə yazırsan. Maraqlıdır, Bəxtiyar, bu qədər çətinlikdə yazmaq necə bir şeydi? Yazmaq sənin üçün nə deməkdi?

- Mənim yazmağım “az-az uydururam yeri gələndə” üslubunda deyil. Həmin üslub şeirə aiddi. Nəsrə aid deyil. Nə bilim, yazmasam olmur. Yazmaq mənimçün yazmamaqdan daha yaxşı bir şeydi. Təsəvvür elə də, bilirsən bunun bir xeyri yoxdu, kitab çıxardıb pul qazana bilməyəcəksən, nə də tərcümə olunacaqsan. Stimul yoxdu yazmağa, amma yazırsan. Bu ya dəlilikdi, ya fədakarlıqdı, ya da hər nədirsə izah edə bilmirəm. Məsələn, bir rus, bir ingilis, ispan qoy yazsın, gör nə qədər oxunacaq, nə qədər kitabı satılacaq. Bizdə bu yoxdu - 100, 200 kitab çıxsın, onu da payla və yenə yaz. Və onu da bil ki, ölsən də xeyri yoxdu, səni xaricdə-zadda oxuyan olmayacaq. Onda niyə yazırsan, niyə ayrı işin qulpundan yapışmırsan? Bax bu suallara cavab verə bilmirəm.

- Mən Qazaxda görürdüm ki, hər gün yazırsan. Niyə belədir? Bir gün yazmasan olmur? Üstəlik də bu qədər qayğıların var...

- Özümə söyüş qoymuşam ki, hər gün iki saat yazmalıyam. Hər gün yazmaq mövzularımın çoxluğu ilə bağlıdır. Yalnız şeirlər yazsam ayda-ildə bir dəfə yaxın gedərdim yazıya. Mən nəsr də yazıram və yazdıqlarım şeirlərimdən heç də geri qalmaz. İndi iki roman üstündə işləyirəm. Əlavə də nə qədər hekayə mövzuları- filan. Gərək yazasan. Çatdırmaq olmur. Bayaq dediyim kimi, göz açınca 40 il getdi.

- Bəxtiyar, günün necə keçir? Mühit necədir orda? Əyalətdə yaşamaq sənin üçün çətindirmi?

– İnan, elə vəziyyətdəyəm, nə mühit düşünürəm, nə münbit şərait. Quru maaşla dolanmaq olmur. Özün də bilirsən yazıdan pul qazanmıram. Mən də hardasa yazıb beş-üç qəpik qazana bilərəm. Amma dəfələrlə olub - yazılarımın başına oyun açıblar, nə bilim, pulumu az veriblər, aldadıblar. Ona görə də əsəblərimi qorumaq istəyirəm. Bakıya yolum düşəndə də daha çox əsgər yoldaşlarım, tələbə yoldaşlarımla görüşməyə çalışıram. Qələm adamları ilə görüşməkdən daha cəlbedicidi mənə bu. Əlbəttə, bəzi istisnalar var. Sadəcə, xətrini istəyib görüşmək istədiyim o qələm adamları heç nə yazmasalar da, tamamilə başqa sahənin adamları olsalar da yenə onlarla görüşməyə can atardım.

Günüm də necə keçir deyim. Quru maaşla dolanmaq mümkün olmadığına görə özümə yardımçı təsərrüfat qurmuşam. Lobyaya, kartofa pul vermirəm. Mer-meyvə, xiyar-pomidor onun kimi. Cücə əti onun kimi. İndi mal damı tikmişəm, bir-iki inək da saxlayacam. Süd, qatıq, yağ da pulsuz olsun. Gedib kiməsə ağız açmaq, kiminsə minnətini götürmək istəmirəm. İki maşına yaxın ot tədarük eləmişəm. Yəni zəhmətsiz günüm yoxdu, əllərim qabar-qabardı.

- Kənddə, rayonda yaşayanların çox vaxt belə bir arzusu olur: “Bakıya gedəcəm, həyatımı quracam, xoşbəxt olacam”.

- Vallah başım o qədər qarışıqdır ki, o mühit dediyiniz Qazaxda olsa, hər gün yığışıb müzakirələr aparsa yenə gedə bilmərəm. Bir növ lazım deyil mənə. Mən ədəbi mühitin yaxın adamları ilə də nadir hallarda ədəbiyyatdan danışıram. Bu yaxınlarda gənc şair Hikmət Orhunun üstünə düşdüm ki, bir qədər pomidor təşkil elə, qışa bağlamağa. Bizim bostana xəstəlik düşdü. Yəni Hikmətin pomidor təşkil eləməyi daha vacibdi, nəinki bostanım orda yansın, mən də iki saat ədəbiyyatdan gəvəzələyim. Yazıram, çap olunuram, nəyimə lazım mühit, müzakirə...

- Ənənəvi şeirdə ustasan. Sənin qoşma və gəraylıların çox maraqla qarşılanıb. Ancaq sanki indiki zamana uyğunlaşa bilmədin. Sərbəst, modern şeirlərin ənənəvi şeirlərin qədər sevilmədi.

- Mənim necə şeir yazmağım özümə də aydın deyil. Bir vaxtlar davamlı sərbəstlər yazmışam. Yaxşı da qarşılanıb. Elə o vaxt da deyirdilər yaxşı qoşma yazırsan. Halbuki 3-5 qoşmam vardı. Sonra bir müddət təcnislər yazdım. Bir müddət də qoşmalar. Gəraylı havasına indilərdə düşmüşəm. Yəqin sərbəst havaya da düşərəm. Şeir də güləş kimidi, klassik növü də var, sərbəst növü də.

- Bəxtiyar, şeirlə bərabər nəsr də yazırsan. Nəsrə hazır hesab edirsən özünü?

- Rəhmətlik Rauf Soltanın sözüdü:

Xalx otuz yaşında günəşə dönür,

Otuzluq lampa da deyiləm hələ.

Rəhmətliyin oğlu, 42 yaş az deyil ha, hələ bir hazır edəm ya etməyəm. Əlbəttə, hazır hesab edirəm.

Yadımdadı, 2-ci, 3-cü sinifdə oxuyurduq. Dərsdən sonra məşğələ olardı 3 saat. 2 dərs saatı sabahkı tapşırıqları hazırlayırdıq, 3-cü dərs saatı idmana aid idi. Qış aylarında biz tərəfdə qar çox olduğundan müəllim 3-cü saatı nağıl saatı elan eləmişdi. Mən daim özümdən nağıl uydururdum. Müəllim də heyrət eləyirdi – guya belə nağıl vardı. Onda hələ heç barmaqla heca tutan vaxtım da deyildi.

- Əyalətdə yaşamağın çətinlikləri aydındır. Orda ədəbi prosesləri izləyə bilirsənmi? Mütaliə etməyə vaxtın olurmu?

- Belə də, gözümə dəyəndə izləyirəm. O ədəbi proses mənim nəyimə lazım. İstedadsızı təriflənən görəcəmsə, istedadlını orda görməyəcəmsə, neynirəm izləyib. Amma sənə deyim, burda kitab sarıdan bolluqdu. Nə kitab istəsən “Dəniz kitab evi” hazır edər səninçün. Elə Bakı qiymətinəcə. Vaxt tapanda oxuyuruq da.

news-inner-user
Ayxan Ayvaz

498 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021
O, ölümə qaçdığının fərqində deyildi – Cavanşir Yusifli yazır…
18:11 04 Mart 2021
İsa peyğəmbər öldürülməyib: Bunu Quran da təsdiq edir
17:34 04 Mart 2021
Xalça Muzeyi fəaliyyətini dayandırır
16:47 04 Mart 2021
Milli Dram Teatrının mart repertuarı
16:08 04 Mart 2021
Tağıyevin gənc arvadının soyadını götürdü, Nağıyev evini əlindən aldı, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?
15:02 04 Mart 2021
Cavanşir Məmmədovun çırtması, pampersli quzu
13:10 04 Mart 2021
"Neftlix"dən yenilik - Smartfonlar üçün əlavə
12:17 04 Mart 2021
Məşhur verilişin dəhşətli yalanı: Müxbirimiz aparıcı qıza necə vuruldu? – Studiyadan Reportaj
11:33 04 Mart 2021
"Şair ağacın altında durub..." - İmtahan mərkəzinə bizdən sual
10:49 04 Mart 2021
Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı – Sabahdan Kulisdə
10:18 04 Mart 2021
Ssenari müsabiqəsinin siyahısı açıqlandı
09:45 04 Mart 2021
Aristotelin ayaqqabısını geyinən İsa - Aqşin Yenisey yazır...
09:01 04 Mart 2021
Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə
21:03 03 Mart 2021
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
18:40 03 Mart 2021
“Azərbaycan” jurnalının yeni sayı çap olundu
18:01 03 Mart 2021
Amerikalıları heyrətləndirən şuşalı qadın - Vilayət Quliyev yazır...
17:14 03 Mart 2021
Zibillik oyuncağı – Hekayə
16:15 03 Mart 2021
Gənc Tamaşaçılar Teatrının mart repertuarı
15:24 03 Mart 2021
Bakı bulvarını tikdirdi, bolşeviklərə qoşularaq cümhuriyyətə xəyanət etdi, həbsxanada özünü mələfə ilə asdı - Nazirimizin dəhşətli həyatı
14:30 03 Mart 2021