news-inner
clock19:00 calendar-gray 15 Aprel 2017 view-gray509 dəfə oxunub
view-gray509 dəfə oxunub

Əsl “Mona Liza” hardadır? - ARAŞDIRMA

Kulis Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin ““Mona Liza” sirli qalmaqda davam edir...” məqaləsini təqdim edir.

Dünya təsviri sənət tarixində haqqında ən çox yazılan və zaman-zaman münasibət bildirilən əsərlərdən biri, bəlkə də birincisi Leonardo da Vinçinin (1452-1519) “Mona Liza” tablosudur, desək, yanılmarıq. Müxtəlif peşə adamları tərəfindən səsləndirilən bu münasibətlərdə zaman-zaman kifayət qədər yeni və təzadlı fikirlərə rast gəlmək mümkündür.

Hansısa bir əsərdə tamaşaçının bir-birindən fərqli, hətta gizli məna-məzmun, ifadə sənətkarlığı nümunəsi aşkarlaması, əslində mütəxəssislər tərəfindən təbii qəbul olunur. Belə ki, çox vaxt böyük sənətkarların ərsəyə gətirdikləri yaradıcılıq nümunələri çoxqatlı olur və adi seyrçiyə müəmmalı görünür. Əslində seyrçilərin əsərdə yeni-yeni məna və bədii-estetik məziyyətlər görə bilməsi haradasa müəllif üçün də müsbət keyfiyyət hesab olunur. Bununla belə yeni fikirlər yalnız oxucunu inandıra biləndə yaşamaq hüququ qazanır. Bəs söylənilən bu fərziyyələrdə inandırıcı görünməyən, çox vaxt hətta təəccüb - gülüş doğura biləcək fikirlərə rast gəlinirsə, necə?

Qənaətimizcə, “Mona Liza” haqqında müxtəlif peşə adamlarının söylədiklərində məhz belə fikirlər çoxluq təşkil edir. Təbii ki, Mona Lizanın simasında rəssamın “Avtoportret”ini və yaxud tələbəsi Salaini, eləcə də anası Katerinanı görmək, onun hamilə olduğunu dilə gətirmək, əzalarında kodlar axtarmaq, təbəssümünü müxtəlif cür yozmaq hər bir müəllifin fikir söyləmək hüququnun görüntüsüdür. Bu yerdə deyək ki, fikir söyləmək müstəqilliyindən Azərbaycanda yaşayanlar da yerigəldikcə istifadə ediblər. Amma bunu təsviri sənətə bağlı olmayan şəxslər söyləyirlər. Bir vaxtlar azərbaycanlı telepat Tofiq Dadaşov mətbuatda Mona Lizanın hamiləlik dövrü keçirdiyini söyləmişdi. 2014-cü ildə isə tanınmış şair-oftomoloq Paşa Qəlbinur “525-ci qəzet”inin 14 iyun 2015-ci il tarixli sayında çap etdirdiyi “Cakondanın sirri və ya da Vinçi kodu” məqaləsində portreti həkim gözü ilə çox “ciddi” təftiş edərək bu vaxta qədər eşitmədiyimiz, lakin inandırıcılıqdan uzaq fikirlər dilə gətirmişdir.

P.Qəlbinurun haqqında adını çəkdiyimiz məqaləsindən az sonra “525-ci qəzet”də onun dostu, ədəbiyyatşünas-alim Nizaməddin Şəmsizadənin “Cokondanın sirri Azərbaycanda açıldı!” yazısı çap olunmuşdur. Kifayət qədər əhatəli olan bu yazıda müəllif “ünvanı səhv düşən” həkim qeydlərini hətta “dahiyanə esse” adlandırmışdır. İndiki halda həmin yazıları şərh etmək fikrindən uzağıq və başlıca məqsədimiz də “Mona Liza” haqqında əsl həqiqətləri oxuculara çatdırmaqdır. Əgər ehtiyac olarsa, biz gələcəkdə onların fikirlərinə daha ətraflı münasibət bildirə bilərik. İndiki halda, bizim şərhimizdən sonra şair-həkim də, ədəbiyyatşünas-alim də dilə gətirdiklərinin nə qədər acı olsa da dünyaca məşhur “Mona Liza” ilə əlaqəsi olmadığına əmin olacaqlar.

İndi isə gəlin əsər barəsində çoxlarının bilmədiyi həqiqətlərdən söz açaq. Öncə deyək ki, bu əsər məşhur rəssamın bizim dövrə gəlib çatmış on beş rəngkarlıq əsərinin ən məşhuru və ən müəmmalısıdır.

Öncədən deyək ki, haqqında söz açılan, barəsində bəlağətli fikirlər söylənilən portretdə (Luvr muzeyində göstərilən əsər nəzərdə tutulur) əksəriyyətin iddia etdiyi kimi florensiyalı tacir və siyasi xadim Françesko del Bartelomeo del Cokondanın xanımı Mona Liza təsvir olunmayıb!!! Bəli, bəli! Bu barədə bir çox tədqiqatçılarda inandırıcı məlumatlar vardır və bu səbəbdən də vaxtaşırı onlar İntibah dövrünün sənət tarixçisi C.Vazarinin (1511-1574) səhvə yol verdiyini qeyd edirlər. Doğrudan da Leonardo da Vinçi (1452-1519) dünyasını dəyişəndə cəmisi 8 yaşı olan Vazari “Mona Liza” barəsində hansı daha səhih informasiyaya malik ola bilərdi? Vazarinin opponentlərinin fikrincə əsərdə mantuanlı Markiza İzabella dEste təsvir olunub. Elə Leonardonun “Mona Liza” adı ilə Luvrda nümayiş olunan əsərində də məhz bu qadın təsvir olunub. Doğrudan da hər iki qadının üz cizgiləri arasında müəyyən oxşarlıq vardır. Yəqin ki, ortaya çıxan səhv qənaətlər də buradan qaynaqlanır.

Xarici sənətşünasların fikrincə, “Cokonda” bir yox, bir-neçə variantda mövcuddur. Onlar öz fikirlərini belə əsaslandırırlar.

Bəzən rəssamlar öz əsərlərini iki nüsxədə işləyirlər. Belə hesab edirlər ki, Leonardo da özü üçün portretin ikinci nüsxəsini işləmiş, birincini isə sifarişçiyə vermişdir. Mübahisələrin yaranmasını şərtləndirən başlıca səbəb isə rəssamın başqa bir qadının portretini işləyərkən onun Mona Lizaya oxşarlığından istifadə etməsi, əvvəlki əsərinin kompozisiya elementlərini sonrakı əsərində tətbiq etməsidir...

Bu məsələyə bir qədər də aydınlıq gətirməli olsaq, onda deməliyik ki, Leonardo da Vinçi ömrünün sonlarında - 1514-cü ildə Fransaya getməzdən bir qədər əvvəl məşhur florensiyalı Culiano Mediçinin xahişi ilə onun məşuqəsinin portretini çəkibmiş. Təsadüf elə gətirib ki, Konstansanın nəinki xarici görünüşü Mona Lizaya oxşayıb, o həm də “Lya Cokonda”, yəni “təbəssümlü” ləqəbini daşıyıb. Ola bilsin ki, bu oxşarlığı hiss edən rəssam Mona Lizanın portretindən nümunə kimi istifadə etməyi qərara alıb və nəticədə demək olar ki, əvvəlki əsəri təkrar edib. O, təkcə Konstansa ilə oxşarlığı əldə etməyə səy göstərib. Rəssam portreti tamamlayarkən məlum olur ki, Mediçi öz istəklisindən ayrılıb, odur ki, o, əsəri Leonardodan almır. 1517-ci ildə Leonardo da Vinçi Fransaya köçərkən bütün satılmayan əsərlərini də özü ilə aparır, o cümlədən də “Təbəssümlü qadın” portretini... Sonra isə əsər Fransa kralının ixtiyarına keçir. Bir vaxtlar hətta Napoleonun kolleksiyasında olur, onun yataq otağını bəzəyir. Son nəticədə portret muzeyə düşür və məhz bu əsər uzun illərdir ki, Luvrda “Mona Liza” adı ilə nümayiş olunur...

Əslində isə yuxarıda da qeyd etdiyimiz kimi Leonardo Françesko del Bartelomeo del Cokondanın xanımı təsvir olunan “Mona Liza”nı iki variantda işləyib. Birinci nüsxə İngiltərəyə aparılmazdan və sənət bilicisi Henri Pulitserin şəxsi kolleksiyasına düşməzdən əvvəl uzun illər Florensiyada olub. Əsər indi də onun Londondakı mənzilində asılıb. Onun şəklinin geniş kütlələrə tanış olmamasının səbəbi Henrinin portretin fotosunun çəkilməsinə icazə verməməsidir. Məlumdur ki, Leonardo solaxay olub, əsərlərini fırçanı sol əlində tutaraq işləmişdir. Bəzən də o, iş zamanı sağ əli ilə tablonun üzərindəki rəngləri barmaqları ilə hamarlayıb. Beləliklə, çox vaxt rəssamın çəkdiyi əsərlərin üzərində bütün aydınlığı ilə barmaqlarının izi qalıb. Londondakı portretin Leonardoya məxsus olmasını daktiloskopik ekspertiza da təsdiq etmişdir.

“Cokonda”nın ikinci nüsxəsi indi ABŞ-ın Nyu-Cersi şəhərindədir. Sənət tarixçilərinin fikrincə ora Fransa inqilabı vaxtı aparılıb. 1787-ci ildə Uilyam Henri Vernon adlı bir tacir Amerikadan Fransaya mal gətirir və onun gəlişi inqilabi hadisələrin kəskinləşdiyi bir vaxta düşür. Vətənə qayıdarkən özü ilə bu portreti gətirir, özünün dediyinə görə əsəri ona Fransa kraliçası Mariya Antuanetta veribmiş. O, əsəri öz əmlakının siyahısına “Rahibə - Leonardo da Vinçinin tamamlanmış əsəri” adı ilə daxil edib. Əsərdə əlini əlinin üzərinə qoymuş, iki sütunla əhatələnən qadın təsvir olunub. Arxada isə əfsanəvi bir mənzərə əks olunub. İngilis sənətşünası Seymur Reytin fikrincə rəssamın 1505-ci ildə yaratdığı iki əsl “Mona Liza”dan biri də budur. Çünki, o vaxtlar Rafaelin bu əsərə baxıb çəkdiyi qısamüddətli eskizdə də kənarlardakı sütunlar aydın görünür. Luvrdakı portretdə isə demək olar ki, onlar yoxdur.

Yuxarıda yazılanların kimlərdəsə şübhə doğuracağı da istisna deyil. Amma yazılanlar bu məşhur əsər barəsində əsl həqiqəti əks etdirir. Amma bu yerdə haqlı bir sual ortaya çıxa bilər: Nə üçün Luvr muzeyinin əməkdaşları bu vaxta qədər hamının görməyə can atdığı əsərin əsl “Mona Liza” olmadığını etiraf etməyiblər? Sizcə, onlar bunu edə bilərdilərmi? Elə sizin hər biriniz bunu edərdinizmi? “Hə!” cavabı verməzdən əvvəl yadınıza salın ki, təkcə bu əsər Luvra milyonlarla tamaşaçı, bütünlükdə isə Fransaya saysız-hesabsız turist axınına səbəb olur...Odur ki, bu məsələnin gündəliyə gətirilməsi Fransada heç kimin marağında deyil!

Yeri gəlmişkən deyək ki, dünya şöhrətli Rembrandtın dünya muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanan əsərlərinin 60 faizi orijinal deyil, amma muzey və şəxsi kolleksiyalara onlar çox baha qiymətə özü də orijinal adı ilə satılıb. Bunu müstəqil ekspertlər yaxşı bilirlər, sadəcə dilə gətirmirlər. Əks halda orijinal olmayan əsərlərə külli miqdarda pul verənlərin sağlamlığı sual altına alına bilərdi...

Sonda deyək ki, dünyada “Cokonda”nın 60-a yaxın surəti mövcuddur. Onların bir qismini Leonardonun şagirdləri işləyib, yeddisini isə Marseldən olan istedadlı bərpaçı-rəssam İve Şadron alver məqsədilə çəkib və 1911-ci ildə “Mona Liza” Luvrdan oğurlanarkən orijinal adı ilə satıb. Luvr muzeyinin bəzəyi olan “Mona Liza”ya ötən əsrin 80-ci illərində 500 milyon frank qiymət qoyulmuşdu. Əsər bir-neçə dəfə öz daimi yerini tərk edib, o cümlədən ABŞ-da, Yaponiyada və keçmiş SSRİ-də göstərilib...

Oxşar xəbərlər

Xəbər lenti

Rusiyanın tanınmış aktrisası vəfat etdi
13:01 20 Oktyabr 2020
“Qəbiristanlığa qaçacam, atama salam verməyə...” – Kəndləri alınan yazıçılar ora necə qayıdacaqlar? - Sorğu
12:20 20 Oktyabr 2020
Balasının meyitini qucaqlayan ata – Allaha suallar
11:41 20 Oktyabr 2020
Qadını yırtıcıya çevrilən xalq – Elçin yazır…
11:01 20 Oktyabr 2020
Seymur Baycan Füzulinin azad olunmasından danışdı
10:33 20 Oktyabr 2020
“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020
Niyə inşa edilmişdi, üstündən kimlər keçdi? - Xudafərin körpüsü
17:28 19 Oktyabr 2020
Azərbaycanlı yazıçı koronavirusa yoluxdu
16:52 19 Oktyabr 2020
Az qalıbdır, Qarabağı qucmağa - Ordumuz haqda şeirlər
16:07 19 Oktyabr 2020
Məşhur meyxanaçılar Qarabağa klip çəkdi - Video
15:28 19 Oktyabr 2020
Atalığı onu zorla diləndirdi, əri ona görə dinini dəyişdi, səhnədə dirijoru söydü – Xalq artistinin film kimi həyatı
14:51 19 Oktyabr 2020
Zamin Hacı Füzulinin azad edilməsindən danışdı: “Sürpriz oldu”
14:10 19 Oktyabr 2020
Şərif Ağayarın romanı Fransada çap olundu
13:30 19 Oktyabr 2020
Cəbhəyə şəkil çəkdirməyə gedən məşhurlar
12:44 19 Oktyabr 2020
Türk ulduzlardan Azərbaycana qardaş dəstəyi: “Hər zaman yanınızdayıq”
12:10 19 Oktyabr 2020
Qadınlar ağlaya-ağlaya bizdən imdad diləyir - Tolstoyun qızı erməni vəhşiliyindən yazır
11:20 19 Oktyabr 2020
Məşhur rus yazıçısı vəfat edib
10:45 19 Oktyabr 2020