Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi

Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi
10 fevral 2026
# 10:42

Beynəlxalq Muğam Mərkəzində özbək mütəfəkkiri Zəməxşərinin “Müqəddimətül-ədəb” əsərinin Azərbaycan dilinə tərcüməsinin təqdimatı və özbək xalqının dahi mütəfəkkiri Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə, Milli Məclisin deputatı, Azərbaycan–Özbəkistan Dostluq qrupunun sədri Eldar İbrahimov, akademiklər Nizami Cəfərov və Teymur Kərimli çıxış edərək kitabın Azərbaycan dilinə tərcüməsini türkdilli xalqların ədəbi irsinin təbliği baxımından təqdirəlayiq hadisə kimi dəyərləndiriblər.

Qeyd edək ki, özbək xalqının böyük alimi Zəməxşərinin (Əbdülqasım Mahmud bin Ömər bin Məhəmməd əl Xarəzmi əz- Zəməxşəri) tərcümə olunan “Müqəddimətül-ədəb” əsəri Beynəlxalq Muğam Mərkəzinin qardaş Özbəkistanla qarşılıqlı əlaqələrinə bir töhfədir. Kitab filologiya elmləri doktoru, professor Tərlan Quliyev tərəfindən əski əlifbadan müasir əlifbaya çevrilərək hazırlanıb. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda nəşrə hazırlanan əsərin elmi redaktoru akademik Teymur Kərimlidir.

Zəməxşərinin (1074–1144) “Müqəddimətül-ədəb” əsəri türkoloji aləmdə Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərindən sonra mühüm yer tutur. Əsər, ilk növbədə, ərəbcə–farsca–türkcə (Xarəzm türkcəsi) lüğət kimi tanınsa da, burada yüzlərlə türk söz və söz birləşmələri öz əksini tapıb.

Təqdimat mərasimi Əlişir Nəvainin 585 illiyinə həsr olunmuş ədəbi-bədii gecə ilə davam edib. Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçirilən gecədə Əlişir Nəvainin qəzəlləri əsasında təşkil olunan muğam proqramında xanəndələr Sərxan Bünyadzadə, Elgiz Əliyev, Nisbət Sədrayeva, Aytac Bəybalayeva və Rəvan Qaçayev çıxış ediblər. Bədii qiraətçilər Hüseynağa Aslanov və Səmray Əliyeva isə şairin ədəbi nümunələrindən parçalar səsləndiriblər.

# 1163 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxanadan rejissorluğa:  “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

Həbsxanadan rejissorluğa: “Adolescence” ulduzu həyatı əsasında film çəkdi

18:00 26 oktyabr 2026
“Zaman səyyahının arvadı”  romanının müəllifinin yeni əsəri çap olundu

“Zaman səyyahının arvadı” romanının müəllifinin yeni əsəri çap olundu

17:30 26 oktyabr 2026
75 min dollarlıq  mükafatın qalibi açıqlandı

75 min dollarlıq mükafatın qalibi açıqlandı

17:00 26 oktyabr 2026
BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

BTS-in lideri muzeyi fəth etdi - Sərgiyə 66 mindən çox bilet satıldı

16:30 26 oktyabr 2026
Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər