Antalya Oyuncaq Muzeyində “Azərbaycan guşəsi” yaradıldı

Antalya Oyuncaq Muzeyində “Azərbaycan guşəsi”  yaradıldı
20 fevral 2026
# 13:30

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Antalya Oyuncaq Muzeyində “Azərbaycan guşəsi” yaradılıb.

Kulis.az xəbər verir ki, Türkiyənin Antalya şəhərinin Kaleiçi yaxta limanı ərazisində yerləşən əyləncəli və nostalji muzeydə ziyarətçilərə həm ənənəvi oyuncaqlar, həm də müxtəlif mədəniyyətlərə aid artefaktlar ilə xoş və unikal bir təcrübə təqdim edilir.

Sərgilər cizgi filmləri və populyar nağıl qəhrəmanları personajlarının maketləri, heykəlləri, fiqurları ilə zənginləşdirilib.

Antalya Oyuncaq Muzeyində “Azərbaycan guşəsi”ndə ölkəmizin “Tık-tık xanım”, “Göyçək Fatma”, “Cırtdan”, “Qarı nənə”, “Məlikməmməd” kimi nağıl qəhrəmanlarının maket kuklaları, eləcə də uçan xalça, xalça toxuyan Azərbaycan xanımı və başqa maraqlı oyuncaqlar, maketlər yerləşdirilib.

Açılış tədbirində çıxış edən Antalya şəhər Mədəniyyət və Turizm idarəsinin müdir müavini Serap Deryalı oyuncağın sadəcə uşaqların əyləncə vasitəsi deyil, mədəniyyət, yaddaş daşıyıcısı, tərbiyə vasitəsi olduğunu qeyd edərək, gələcək nəsillər olan uşaqların ilk dəfə dünyanı oyuncaqlar və nağıl qəhrəmanları vasitəsilə tanıdıqlarını bildirib. O, muzeydə qardaş ölkə olan Azərbaycana aid guşənin yaradılmasının uşaqlarla yanaşı böyüklərə də Azərbaycan xalqının mənəvi dünyasına açılan bir pəncərə olduğunu söyləyib.

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Antalya Oyuncaq Muzeyində Azərbaycan guşəsinin yaradılmasının əhəmiyyətini vurğulayıb, uşaqların mədəniyyətləri ən tez və ən səmimi şəkildə məhz obrazlar, nağıllar və oyuncaqlar vasitəsilə tanıdıqlarını qeyd edib.

O, guşədə Azərbaycan nağıllarının sevilən və nəsillər boyu yaddaşlarda yaşayan qəhrəmanlarının obrazları əsasında yaradılan maket kuklaların yer aldığını bildirib.

Mərasimdə çıxış edən Antalya Böyükşəhər Bələdiyyəsi şəhər Tarixi Tanıtım və Turizm müdiri İsmail Oskay, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik dərnəyinin rəhbəri Azər İsmayıl bu təşəbbüsün Azərbaycanın zəngin mədəniyyətinin Türkiyədə tanıdılması, mədəniyyətimizi bu cür layihələr vasitəsilə daha geniş auditoriyaya çatdırılması və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan nağıl qəhrəmanlarını görən bir uşaq sabah Azərbaycan adını sevgi və maraqla xatırlayacaq. Onlar “Azərbaycan guşəsi”nin məhz Oyuncaq Muzeyində yaradılmasının xüsusi rəmzi məna daşıdığını vurğulayaraq, mədəniyyətlər arasında ən səmimi və ən davamlı dialoqun uşaqlar üzərindən qurulduğunu qeyd ediblər.

# 318 dəfə oxunub

Oxşar xəbərlər

"Riyakarın iflası"  kitabının təqdimatı keçirilsi

"Riyakarın iflası" kitabının təqdimatı keçirilsi

11:09 13 mart 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:43 13 mart 2026
Milli Qəhrəman Raquf Orucov qəzadan qorxdu? - Şəhriyar del Gerani

Milli Qəhrəman Raquf Orucov qəzadan qorxdu? - Şəhriyar del Gerani

10:14 13 mart 2026
"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." -  Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

"Yazdıqlarım bir dostumuzun boğazından keçmir..." - Gənc yazıçılar niyə yaxşı yaza bilmirlər?

10:00 13 mart 2026
Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

Osman Həmdi Bəyin məşhur əsəri 131 ildən sonra ilk dəfə satışa çıxarıldı

18:24 12 mart 2026
Xəlil Köçərli vəfat etdi

Xəlil Köçərli vəfat etdi

17:51 12 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər