Gülzar Şərifovanın “Şeirlər toplusu” nəşr olundu

Gülzar Şərifovanın “Şeirlər toplusu”  nəşr olundu
20 fevral 2026
# 14:40

Şair Gülzar Şərifovanın “Şeirlər toplusu” adlı şeirlər kitabı işıq üzü görüb.


Kulis.az xəbər verir ki, sözügedən nəşr Gürcüstan ədəbi mühitində formalaşan azərbaycandilli ədəbiyyatın Azərbaycan ədəbiyyatına inteqrasiya etməsini, onun tərkib hissəsi olmasını təsdiq edən kitabdır.
Gülzar Şərifova yaradıcılığa 1960-cı illərdə başlayıb, onun şeirləri “Sovet Gürcüstanı” qəzetində, Azərbaycan və Türkiyədə, həmçinin elm.info.az, zim.az, turan.info.az, dergizan.com və s. müxtəlif dövri mətbu orqanlarıında nəşr edilib.

Şeirlər toplusunda şeirlər “Vətən və xalq haqqında duyğular”, “Sosial-siyasi lirikanın bədii panoramı”, “Fəlsəfi lirikanın düşüncə qatları”, “Ailə və nəsil yaddaşı”, “Ruhun daraldıqca təbiətə çıx”, “Bayatılar”, “Ağılar və ya edilər” başlıqları altında təqdim edilir.
Bədii yaradıcılığa orta məktəb illərindən başlayan Gülzar Şərifovanın şeirləri ədəbi dairələrin diqqətini cəlb edib.

Azərbaycanın Xalq yazıçısı, dramaturq, ictimai xadim, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Mirzə İbrahimovun Gülzar Şərifovanın bədii yaradıcılığına maraq göstərməsi isə tarixi bir reallıqdır. “Sovet Gürcüstanı” qəzetinin 8 oktyabr 1966-cı il tarixli 121 (4689) saylı qəzetinin səhifələrində Mirzə İbrahimov, Əli Vəliyev, Süleyman Rüstəm, Osman Sarıvəlli və digər Azərbaycanın tanınmış şair və yazıçılarının Tbilisi şəhərində iştirak etdikləri tədbirdə Xalq yazıçısı Mirzə İbrahimovun Gülzar Şərifovanın “İnsana sualım var” şeirinin surətini götürməsi xəbəri qəzetin səhifələrində yer alıb.

Gülzar Şərifovanın “Şeirlər toplusu” kitabının redaktoru və ön sözünün müəllifi filologiya elmləri doktoru, Rusiya Təbiət Elmlər Akademiyasının həqiqi üzvü Salidə Şərifovadır.
Salidə Şərifova Gülzar Şərifovanın bədii yaradıcılığını “Xruşov mülayimləşməsi” dövrünun tərkib hissəsi kimi təqdim edir. Gülzar Şərifovanın poeziyasının Gürcüstanda yaşayan azərbaycanlıların bədii ənənələrini və həmin dövrdə Azərbaycanın bədii mühitində baş verən prosesləri əks etdirməsinə toxunur.

Qeyd edək ki, özünəməxsus yaradıcılıq yolu olan Gülzar Şərifovanın janr xüsusiyyəti, bədii dili və problematikası zənginliyi ilə diqqəti cəlb edən poetik nümunələrinin ədəbiyyatşünaslığın diqqətindən kənarda qalmasını təəssüf hissi ilə vurğulayaraq şairin poetik nümunələrini Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi dəyərləndirməsi reallığı təcəssüm etdirir.

# 76 dəfə oxunub

Oxşar xəbərlər

Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi yenidən quruldu

Pakistanda Azərbaycan Dili və Mədəniyyət Mərkəzi yenidən quruldu

15:30 20 fevral 2026
Belçika "Avroviziya"nı boykot etdi

Belçika "Avroviziya"nı boykot etdi

14:53 20 fevral 2026
Brilliant Dadaşova:  "Xalq Cəbhəsi dövründə məni heç nə demədən işdən çıxardılar" - Müsahibə

Brilliant Dadaşova: "Xalq Cəbhəsi dövründə məni heç nə demədən işdən çıxardılar" - Müsahibə

14:11 20 fevral 2026
Ramiz Quliyevin xatirə gecəsi keçirildi

Ramiz Quliyevin xatirə gecəsi keçirildi

14:00 20 fevral 2026
Müğənni Fərəh Samirəqızı saxlanıldı

Müğənni Fərəh Samirəqızı saxlanıldı

13:33 20 fevral 2026
Antalya Oyuncaq Muzeyində “Azərbaycan guşəsi”  yaradıldı

Antalya Oyuncaq Muzeyində “Azərbaycan guşəsi” yaradıldı

13:30 20 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər