Tiktokerə 2000 manat verib alçaldanlar

Tiktokerə 2000 manat verib alçaldanlar
28 yanvar 2026
# 12:00

Kulis.az Aynur Qurbanqızının "Fenomenlər, yoxsa seks xidməti göstərənlər?" yazısını təqdim edir..

Demək, yeni xəbər çıxıb ki, tiktok fenomenini (ad yazmayacam) iş adamı villasında alçaldıb, təhqir edib, sonra qovub.

Və “fenomen” də iş adamı ilə pul qarşılığında görüşüb.

Yəni tanımadığı şəxsdir, görüşmə qarşılığında 2000 AZN pul təklif edib, qız razılaşıb və gedib.

Sonra da bu hadisə yaşanıb.

Hadisə ilə bağlı da müxtəlif insanlar status (mən də facebookda oxudum bildim) açıb ki, bəs, nə olsun ki, pulla görüşmüsən, nə olsun ki, pullu adamsan, qızı alçaltmaq olmaz-filan….

Nə isə, mənim toxunmaq istədiyim mövzu nədir.

Sosial şəbəkədə bəh-bəhlə bu cür qızları “fenomen” deyib təqdim etmələri, ümumiyyətlə, qızın şəkillərini də boy-boy düzüb bu hadisəni xəbər etmələri….

Əvvəl seks xidməti göstərənlər barda-filan olardı, indi sosial şəbəkədə bədənlərini oynadaraq özlərini reklam edib müştəri qazanırlar.

Bunu da anladıq, xidmət növüdür, öz şəxsi işləridir özləri bilər.

Anlamadığım belə xidmət üçün əzilib-büzülən qızları önəmli şəxs kimi fenomen adlandırıb bunu xəbər başlıqlarına çıxartmaq və onların “bazarlarını” daha da möhkəmləndirmək, məşhur edib digər qızların da onların şanlı həyatına baxıb həvəslənmələri…

Tiktok-da yarıçılpaq qız görənlərin kütləvi bəyənmələri, izləyici sayının 10 minlərlə olması o şəxslərin önəmli adam olmaları anlamına gəlmir.

Və hadisəyə gəlincə, əlbəttə, nə iş görməsindən asılı olmayaraq, "qadına şiddətə yox" deyirəm, amma bu “şiddət” 2000 AZN təklifin içində olunubsa, öncədən razılaşdırılıbsa?

Artıq məsuliyyət təklifi qəbul edənin üzərindədir.

Qovulmağa gəlincə, qovulmaqdan öncə elə bu təklifin özünü qəbul etmək utancvericidir.

2000 AZN mənim 3-4 aylıq maaşımdır, bu pulu bir neçə saata əldə etmək istəyən hər bir xanım yaşayacağı təhlükənin fərqində olmalı…

P.S. Ayrıca, kim olursa olsun, onun şəkillərini və adını açıq paylaşıb pulla görüşməsini də ictimai yaymaq heç etik deyil.

# 795 dəfə oxunub

Oxşar xəbərlər

İlhamə Quliyevanın bacısı qızı həbs edildi

İlhamə Quliyevanın bacısı qızı həbs edildi

10:08 11 fevral 2026
Atasının cənazəsinə tələsən övlad

Atasının cənazəsinə tələsən övlad

21:03 10 fevral 2026
“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək

“Vienna Charity Ball Baku” xeyriyyə balının ikinci mövsümü keçiriləcək

17:23 10 fevral 2026
Şagirdin müəllimini güllələməsinin əsl səbəbləri üzə çıxdı - VİDEO

Şagirdin müəllimini güllələməsinin əsl səbəbləri üzə çıxdı - VİDEO

15:54 10 fevral 2026
Sevgilisinə görə Nobeldən imtina etdi - Dahi şairin son günlərindəki dəhşətli etirafları

Sevgilisinə görə Nobeldən imtina etdi - Dahi şairin son günlərindəki dəhşətli etirafları

15:30 10 fevral 2026
İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

İnsanı nə xoşbəxt edir? - Ömər Xəyyamın min il əvvəl söylədikləri

15:00 10 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər