news-inner
clock09:00 calendar-gray 16 Sentyabr 2015 view-gray409 dəfə oxunub
view-gray409 dəfə oxunub

Şairlərin ağac zarafatı – GİZLİ ƏDƏBİYYAT

Kulis “Gizlin ədəbiyyat” layihəsindən Ülfət Kürçaylının “Boş oturmayanlar” yazısınının ikinci hissəsini təqdim edir.

Birinci hissəni burdan oxuya bilərsiz.

Evdən əlini üzmüş Gəray Fəzli fikrini ötən il basdırdığı saysız-hesabsız şitillərə yönəltmişdi. Bağa gələn kimi kiçik oğlu Elmara hər ağacın dibinə iki vedrə su tökmək tapşırığı verir, özü də kənardan durub baxır, işin gedişinə nəzarət edirdi. Hələ bağlar hasarlanmamışdı və Murtuzayevgilin eyvanından bu mənzərə çox yaxşı görünürdü. Eyvanda oturub kababdan zaddan nuş edən Kürçaylıyla Murtuzayev məzhəkə filminə baxırmışlar kimi qımışır, gözlərini Gəray Fəzlidən çəkmirdilər. Nəhayət hər ağacına iki vedrə su əta eləyən şair ayaq üstə güclə duran oğlu Elmarla gəlib məclisə qoşulurdu. “Gəray, uşağa yazığın gəlsin, bura Abşerondu, buranınkı əncirdi, üzümdü, o da öz-özünə bitir, su versən də, verməsən də. Qalan şey yalandı. Sən isə burda nəbatat bağı yaratmaq istəyirsən...” deyərək dostlar gülüşüb məzələnir, şairi işindən soyutmağa çalışır, onlara qoşulmasını istəyirdilər. Beyninə girdiyindən əl çəkməyən Gəray Fəzli isə adətən fikri və gözü hələ də ağaclarında, heç nə eşitmirmiş kimi xırıltılı, asta səslə öz-özünə söylənirdi:

- Yazıqlar susuzluqdan ölürdülər. Sağ olsun Elmar, hamısını suladı. Bir bağ olacaq ki!... İnşaallah...

Gah şairin yol çəkən gözlərinə, gah da bağında saysız-hesabsız iri çalaların içində güclə boy göstərən çəlimsiz ağaclarına sarı boylanan Murtuzayevlə Kürçaylı daha heç nə demir, bir-birinə baxıb gülümsəyirdilər...

O vaxtlar Abşeron bağlarına münasibət indiki kimi deyildi. Düzdü, yerli camaat o zaman da vaxtı-vaxtında alağını edir, yerini şumlayır, ağacları budayırdı. Əllərinə keçən taxta-tuxtadan külafirəngi düzəldir, isti yay günlərində qalxıb orada gecələyir, ağcaqanadı qovmaq üçün təsək yandırır, balaca daxmalarında oturub dörddaşdan, beşdaşdan oynayırdılar. Yayın sonunda isə doşab hasilatına girişirdilər. Meynə və ağaclardakı üzüm və əncir son dənəsinə qədər yığılır, şirəxək tapılır, axurlar işə düşür, ocaqlar qalanır, iki gün-iki gecə bağın son məhsulu bişirilir, balonlara yığılır və qışa saxlanılırdı.

Şəhərlilər üçün isə bağ tamam başqa bir şey idi. Hələ bugünkü nəhəng mülklər, dövrələmə iri daş hasarlar, ucdantutma yerə döşənmiş plitə və rəngli kərpiclər yox idi. Şəhər adamı üçün üç aylıq bağ mövsümü əyləncədən, yəni qumdan, dənizdən və manqaldan ibarət idi. Əlində hər bir imkanı olan Murtuzayevin belə bağı kürsülü alçaq evdən, on-on beş ağacdan, kiçik dairəvi çarhovuzdan və evdən subaşına aparan naxışla döşənmiş dar kərpic cığırdan ibarət idi. Vəssalam... Və bu, şəhər adamına tamamilə bəs edirdi.

Gəray Fəzlinin isə evinin aqibətindən sonra tamamilə bağbançılığa qapılması və dostlarından yan gəzməsi onları açmırdı.

Murtuzayev hər gün axşamüstü işdən çıxıb bağa gəlirdi. Son dərəcə azad təbiətli, partiya-hökumətlə heç bir alış-verişi olmayan Kürçaylı istədiyi vaxt, istədiyi yerdə könlü istədiyi qədər lövbər sala bilirdi. Gəray Fəzli isə bağa yalnız bazar günləri gələr, işini qurtaran kimi axşam şəhərə qayıdardı.

Bir bazar günü Kürçaylıyla Murtuzayev səhər erkən maşına minib harasa yollandılar. Bir saata qayıdıb iki ağır bazar çantasını maşından düşürdülər. Sadıq müəllimin evinə daşıdılar. Çantalardan daha nə çıxmadı?! Yay mövsüminin bütün meyvələri – seçmə nüsxələrdə, hərəsindən yarım kilo... Saata baxa-baxa tələsik bunları gülə-gülə sapa keçirməyə başladılar. Sonra meyvələri bizə verib dedilər ki, aparın asın bunları Gəray əminin ağaclarının budaqlarından. Soruşduq ki, nəyi hansı ağacdan asaq? Fərqi yoxdu dedilər, bircə tez eləyin.

Gedib işə başladıq. Meyvələrin bəzilərini münasib, uyğun gələn ağacdan asırdıq, bəzilərini hardan gəldi. Hərəsi bir bölgədən gətirilmiş, qəti Abşeron üçün deyilməmiş iri-iri şaftalılar, əriklər, alma, armud, gilas və s. Gəray Fəzlinin bir illik ağaclarının zərif budaqlarından sallanıb aşağı dartılır, lap yolka oyuncaqlarına oxşayırdı. İşi bitirib qayıtdıq. Eyvanda oturub çay içən Murtuzayevlə Kürçaylı Gəray Fəzlinin nə edəcəyini təsəvvürlərində canlandırıb gülüşürdülər. Çox gözləməli olmadıq. Bir az keçmiş aralıq yolda taksi dayandı. Şair arvad-uşaqla düşüb evinə sarı üz tutdu. Yolüstü həmişəki kimi ağaclarına baxıb əlləşdirməyə başladı. Birdən hansısa ağacda nə gördüsə cəld Murtuzayevin eyvanına sarı çöndü:

- Gördüz? İnanmırdınız, hamısı gətirib!... – deyə çığırıb cəld bu ağacdan o biri ağaca, o birindən bu birinə yaxınlaşdı və birdən yerində mıxlandı, üzünü dostlarına çevirib gülə-gülə “əclaflar, sizin işinizdi” dedi. Şair sapları görmüşdü. Bu həm gülməli, həm də kədərli bir zarafat idi. Amma baş tutmuşdu. Beləliklə, bir müddətdən sonra əlini ağaclarından da üzmüş Gəray Fəzli dostlarının əyləncələrinə qoşulmalı oldu.

Murtuzayev və Kürçaylı adətən zarafatlarında tandem təşkil edirdilər, lakin bəzən adam tapmayanda bu silahlarını bir-birinə qarşı da yönəldirdilər.

Murtuzayevin həyətinin arxasında xaraba hamamın qabağında yüzillik, baxımsız bir xar tut ağacı vardı. Kürçaylı xeyli vaxt idi ki, budanmayan, su görməyən bu ağaca nəzər yetirirdi. Bir gün ikisi də axşamüstü bellə, kətmənlə gəlib ağacın dibini boşaltmağa başladılar. İki-üç saatlıq qazıntı işindən sonra ağac yerindən tərpənməyə başladı. İş sona çata-çatda idi ki, birdən Murtuzayev əl saxlayıb Kürçaylıya dedi:

- Əliağa, bunun azı yüz yaşı var. İnammıram bundan ağac ola, nahaq qazdıq.

Kürçaylı da əlini saxlayıb “Bəs bunu əvvəldən niyə demirdin?” soruşdu. “Nə bilim, indi ağlıma gəldi” dedi Murtuzayev. “Fikir eləmə, bundan bir ağac olsun ki...” cavab verdi Kürçaylı.

Nəhayət ağacı itələyib yerə yıxdılar, bütün budaqlarını kəsib atdılar. Sonra çalanı doldurub xar tutu sürüyüb gətirdilər həyətimizə. Düz evin qabağında yeni bir çala qazmağa başladılar. Murtuzayev işin ortasında yenə dayanıb gülə-gülə “Heyf zəhmətimizdən, çox qocadı, tutmayacaq” dedi. Kürçaylı isə “Sadıq, sənin açığına onu ölməyə qoymayacağam” söylədi. Qərəz ağacı əkib torpağını tapdadılar. Kürçaylı gətirib torpağa bir-iki vedrə peyin də tökdü, qarışdırdı və gedib şlanqı gətirib ağacın dibinə tutdu. Bu zaman Murtuzayev bir az kənara çəkildi, gülə-gülə ağaca baxaraq “lap keçi buynuzuna oxşayır, gör ağacı nə hala saldıq” dedi. Kürçaylı da cavabında “Gələn ilə onu tanımayacaqsan, görərsən” söylədi.

O gündən Murtuzayevin adını “keçi buynuzu” qoyduğu ağacın ölüm-dirim mübarizəsi başlandı. Ağac gah özünə gəlirdi, gah qurumaq istəyirdi, gah yarpaqlayıb qol-budaq atırdı, gah inkişafdan qalırdı. Bir gün isə xar tutun şax yarpaqlarının qəfildən nəyə görəsə soluxmağa başladığını gördük. Kürçaylı ağacın orasını-burasını əlləşdirdi, bir şey anlamadı. Sonra əyilib dibini qurdalamağa başladı, get-gedə əlini dərinə apardı və birdən dayanıb gülümsündü.

Sən demə Murtuzayev ağacın get-gedə pərvazlanıb keçi buynuzu şəklindən çıxdığını görüb dibinə hədsiz miqdarda silitradan zaddan tökübmüş. Kürçaylı tez ağacın ətrafını geniş açdı, şlanqı sürüyüb qoydu ora, üç gün, üç gecə suyu kəsmədi. Nəhayət torpaq yuyuldu və xar tut dirçəlməyə başladı. Ağac ikinci il üç-dörd ovuc bar verdi. Kürçaylı tapşırdı ki, tez tutu yığıb mürəbbə bişirək. Mürəbbə yarım kiloluq bankanı güclə doldurdu. Kürçaylı şüşənin üzünə uzunsov kağız da yapışdıraraq, üstünə “XAR TUT. Goradil mürəbbə zavodu” yazıb yaxşı bir samovar çayı dəmlədi.

Axşamüstü Murtuzayev həyat yoldaşıyla bizə gəldi. Pillələri qalxarkən xar tutun yamyaşıl yarpaqlarına nəzər salıb içəri keçdi. Oturub çay içməyə başladılar. Kürçaylı dostunun mürəbbə qabını boş qoymurdu, boşalan kimi doldururdu. Nəhayət Murtuzayev soruşdu ki, “Nə dadlı şeydi, Əliağa, hardan tapmısan bunu?”. Kürçaylı elə bunu gözləyirdi, tez bankanın yazılı üzünü dostuna sarı fırlatdı. Murtuzayev kağızı oxuyub özünə məxsus qırıq-qırıq gülməyə başladı və dedi:

Axır ki, keçi buynuzunu qoymadın ölməyə.

- Uşaqsan?!. Heç qoyardım?! Hələ bu nədi, gələnilki bəhərindən sənə pay verəcəyəm – bir vedrə...

İkisi də güldü. Bu, müddətcə iki il çəkmiş xar tut zarafatının sonu idi.

Oxşar xəbərlər

Xəbər lenti

Acından kirpikləri tökülən, evlənməkdən qorxan, mənzilində yiyəsiz ölən Əməkdar artist
21:00 04 Mart 2021
O, ölümə qaçdığının fərqində deyildi – Cavanşir yusifli yazır…
18:11 04 Mart 2021
İsa peyğəmbər öldürülməyib: Bunu Quran da təsdiq edir
17:34 04 Mart 2021
Xalça Muzeyi fəaliyyətini dayandırır
16:47 04 Mart 2021
Milli Dram Teatrının mart repertuarı
16:08 04 Mart 2021
Tağıyevin gənc arvadının soyadını götürdü, Nağıyev evini əlindən aldı, bığını qırxdığı üçün nəsli ilə düşmən oldu - Ərəblinskini kim güllələyib?
15:02 04 Mart 2021
Cavanşir Məmmədovun çırtması, pampersli quzu
13:10 04 Mart 2021
"Neftlix"dən yenilik - Smartfonlar üçün əlavə
12:17 04 Mart 2021
Məşhur verilişin dəhşətli yalanı: Müxbirimiz aparıcı qıza necə vuruldu? – Studiyadan Reportaj
11:33 04 Mart 2021
"Şair ağacın altında durub..." - İmtahan mərkəzinə bizdən sual
10:49 04 Mart 2021
Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı – Sabahdan Kulisdə
10:18 04 Mart 2021
Ssenari müsabiqəsinin siyahısı açıqlandı
09:45 04 Mart 2021
Aristotelin ayaqqabısını geyinən İsa - Aqşin Yenisey yazır...
09:01 04 Mart 2021
Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə
21:03 03 Mart 2021
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
18:40 03 Mart 2021
“Azərbaycan” jurnalının yeni sayı çap olundu
18:01 03 Mart 2021
Amerikalıları heyrətləndirən şuşalı qadın - Vilayət Quliyev yazır...
17:14 03 Mart 2021
Zibillik oyuncağı – Hekayə
16:15 03 Mart 2021
Gənc Tamaşaçılar Teatrının mart repertuarı
15:24 03 Mart 2021
Bakı bulvarını tikdirdi, bolşeviklərə qoşularaq cümhuriyyətə xəyanət etdi, həbsxanada özünü mələfə ilə asdı - Nazirimizin dəhşətli həyatı
14:30 03 Mart 2021