news-inner
clock09:00 calendar-gray 20 Avqust 2015 view-gray161 dəfə oxunub
view-gray161 dəfə oxunub

Amerika prezidentinin QİÇS-dən ölən işçisi

İrland rejissoru Piter Mallanın 2002-ci ildə lentə aldığı “Maqdalı Məryəmin bacıları” İrlandiya katolik kilsə tarixinin utancverici səhifələrindən birini təsvir edən sərt, tamaşaçını gərginlikdə saxlayan filmdir.

Venesiyada əsas mükafata layiq görülən filmin nümayişinə Vatikan etiraz etmişdi.

Film XX əsrin 60-cı illərin İrlandiyasından danışır.

Ailələri üç gənc qızı zorla “əxlaqsız qadınları” tərbiyə edən “Maqdalı Məryəm sığınacağı”na yerləşdirir: Marqareti qohumu zorladığı, Bernadetta flirt etdiyi, Roza isə nikahdan kənar uşaq doğduğu üçün.

Ailələri daha onları tanımaq, qəbul etmək istəmir.

Rahibələr sığınacaqdakı qadınlara təlqin edir ki, Maqdalı Məryəm də sizin kimi günah yiyəsi, əxlaqsız idi. Amma o, əzab çəkərək günahını yuyub, təmizlənib. Siz də günahınızı yumaq üçün əzab çəkməli, işgəncələrə məruz qalmalısız.

Rahibələr qadınları fiziki və mənəvi təzyiqə məruz qoyur, yarıac saxlayır, qaçmaq istəyənləri keçəl edir, döyürlər.

Səhnələrdən birində iki rahibə qadınları çılpaq halda sıraya düzərək onlardan hansının sinəsinin daha böyük, hansısının daha tüklü olması ilə bağlı müsabiqə keçirir, psixoloji həqarət edirlər. Rejissor rahibələrin zahiri görkəmini, davanışını iblislə, qul kimi rəftar edilən qadınları isə Müqəddəs Məryəmlə eyniləşdirir.

Məsələnin maraqlı tərəfi odur ki, İrlandiyada sonuncu belə sığınacaq 1996-cı ildə qapadılıb.

Filmi Mallan bu sığınacaqlarda qadınların vəziyyətini əks etdirən “Soyuq havada seks” sənədli lentini görəndən sonra çəkib.

Monastır tipli bu sığınacaqlar XVIII əsrin sonlarında yaradılıb. Daha çox İrlandiyada geniş yayılıb, həmçinin, Kanadada, Fransada, Böyük Britaniyada fəaliyyət göstərib.

Sığınacaqların ilkin missiyası “əxlaqsız qadınlar”a cəmiyyətdə yerlərini tapmaqda kömək etmək idi. Sonralar sığınacaqlar cəza institutuna və məcburi əməyə çevrilir. Qadınlar ağır fiziki iş görür, gün uzunu paltar yuyur, tikişlə məşğul olurdular. Bundan başqa onlar sərt qayda-qanunlara tabe olmalı idilər. Sərt qaydalara uzun-uzadı dualar, susmaq da daxil idi.

Bu müəssisələr XIX əsrdə “Xilas hərəkatı” dalğasında daha geniş yayıldı. Məhz İrlandiyada bu cür sığınacaqlar Maqdalı Məryəmin şərəfinə adlandırılmışdı. Qərb kilsələrinin inancına görə, əxlaqsız qadınlar Maqdalı Məryəm kimi, öz əvvəlki həyat tərzlərindən peşmanlıq keçirərək İsa Məsihin davamçıları olacaq.

İlk vaxtlarda “qısamüddətli sığınacaq” kimi nəzərdə tutulsa da, sonradan qadınların uzunmüddətli qaldığı müəssisəyə çevrilən “Məryəm sığınacağı” katolik kilsəsinin dəstəyini də aldı. Katolik kilsələri müəssisələrə pul ayırmadığı üçün, onlar özləri özlərini maliyyələşdirməyə məcbur idi. Ona görə də əhalinin kirli camaşırlarını qadınlara yudurdaraq pul qazanırdılar. Bu səbəbdən İrlandiyada əhali sığınacaqları “Məryəmin camaşırxanası” adlandırırdı.

Sonralar sığınacaqlar həbsxana xarakteri almağa başladı. Qadınlara nəzarət edən rahibələr amansız davranırdılar ki, onlar tövbə eləsin və oranı tərk eləməyə cəsarətləri çatmasın.

Halbuki, ilk dövrlərdə qadınlar öz şəxsi istəkləri ilə buranı tərk edə bilərdi.

Zaman keçdikcə “Maqdalı Məryəm sığınacağı”na təkcə fahişələr yox, nikahdan kənar uşaq doğan, əqli qüsurlu, uşaqlıqda seksual zorakılığa məruz qalan, hətta görkəminə görə çox seksual hesab edilən, eyni zamanda ədalı, işvəli qadınlar cəlb olunurdu. Onlar bura qohumlarının və həkimlərin təkidi ilə göndərilirdi.

İrlandiyada sığınacaqların sayı cəmiyyətdə qadın haqlarının bərqərar olmasına görə yox, paltar yuyan maşınların meydana çıxmasından sonra azalmağa başladı.

Ölkədə bu müəssisələrin fəaliyyəti ictimaiyyətin diqqətini 1993-cü ildə çəkdi. Həmin il Dublində müəssisələrdən birinin binası satışa çıxarıldı. Ərazidəki 155 adsız qəbir, kremasiya edilmiş meyitlər ictimai qalmaqala səbəb oldu. Çünki katoliklikdə kremasiya bütpərəstlik hesab olunur və qadağandır.

1997-ci ildə isə Channel kanalında “Soyuq havada seks” sənədli filmi nümayiş olundu. Filmdə “Maqdalı Məryəm sığınacağı”nda yaşamış qadınlar seksual, psixoloji, fiziki zorakılığa məruz qalmaları, ətraf dünyadan təcrid olunmaları, qul kimi yaşamalarından danışırlar.

1999-cu ildə sığınacaqda yaşamış Meri Norris, Cozefina Makkarti və Meri Co Mak Dona adlı qadınlar rahibələrin burda onlarla necə davranması barədə şahid ifadəsi verdilər.

Əsrimizin əvvəlində isə sığınacaqlardan birinin ərazisində adsız uşaq qəbirləri tapılmışdı.

2009-cu ildə uşaq cinayətlərini araşdıran komissiya 2000 səhifəlik hesabat hazırladı. Hesabatda İrlandiyanın yüzlərlə sakinin 1930-90-cı illər arasında kasıb və yetim uşaqlar üçün dövlət, kilsə sığınacaqlarında zorakılığa məruz qalmaları haqda ifadələr yer almışdı. Günahkarlar isə rahiblər, keşişlər, işçi heyəti, müəssisələri maliyyələşdirənlər idi. İttihamda bir sıra katolik məktəblərinin, həmçinin “Maqdalı Məryəm sığınacaqları”nın adı hallanırdı.

“Maqdalı Məryəmin bacıları” bu mövzuda çəkilən yeganə film deyil. Məşhur ingilis rejissoru Stiv Frirz 2013-cü ildə kino mütəxəssislərinin yüksək qiymətini alan “Filomena” dramını çəkdi.

Film jurnalist Martin Siksmitin “Filomena Linin itirilmiş övladı” sənədli kitabı əsasında ekranlaşdırılıb.

1951-ci ildə nikahdankənar hamilə qalan gənc irland qadın Filomenadan atası imtina edir və onu monastırlardan birinin sığınacağına göndərir. Oğlunun doğulmasından sonra Filomena camaşırxanada dörd il işləyir. Rahibələr onun oğlunu varlı ailələrdən birinə övladlığa verir. Filomena illər ərzində oğlunu axtarır, monastırda dəfələrlə olsa da, ona həqiqəti demirlər.

Martin Siksmit araşdırır ki, rahibələr uşaqları 1000 funta zəngin amerikalılara satırmış. Sonralar isə sənədləri bilərəkdən yandırıblar. Filomena jurnalistlə birlikdə Amerikaya gedir. Məlum olur ki, Maykl adlandırılan uşağa əla təhsil verilib. Onun uğurlu siyasi karyerası olub. Maykl Reyqan və Buş administrasiyasının əməkdaşı olub. Amma gənc ikən QİÇS-dən ölüb.

Maykl ölümündən əvvəl İrlandiyaya gələrək anasını axtarsa da, monastırda ona kömək etməyiblər. Və Mayklın vəsiyyətinə əsasən o, İrlandiyada monastırın məzarlığında dəfn olunub.

Oxşar xəbərlər

Xəbər lenti

Bizim üçün qızılgül – Cavanşir Yusifli yazır...
17:30 07 İyul 2020
Bred Pitt yeni filmə çəkilir
16:48 07 İyul 2020
Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi
16:06 07 İyul 2020
Seymur Baycanın yazısı məşhur türk saytında yayımlandı
15:24 07 İyul 2020
"İmkanlı adamların milli qeyrəti olmalıdır" - Yazıçılar ermənilərin festivala gedən filmindən danışdı
14:45 07 İyul 2020
Tbilisidə Azərbaycan muzeyləri açıldı
14:02 07 İyul 2020
“Qəhrəmanım sənsən” - Natiq Məmmədlinin yeni kitabı çap olundu
13:19 07 İyul 2020
Bakıya yayılan üfunət nəyin mesajıdır?
12:28 07 İyul 2020
Atasını vuranı bağışladı, ölümünə dostu bais oldu, öləcəyini internetdən öyrəndi - Ələkbər əminin kədərli həyatı
11:42 07 İyul 2020
Kür çayını kim xilas edəcək?
11:06 07 İyul 2020
Dindarlar bu şeirə görə gənc şairi hədələyirlər
10:30 07 İyul 2020
Amerikalı aktyor koronavirusdan öldü
10:04 07 İyul 2020
Müslüm Maqomayev adına müsabiqə gələn ilə qaldı
09:51 07 İyul 2020
Pararlel dünyaya səyahət edən xərçəng ata – Etqar Keretdən yeni hekayə
08:58 07 İyul 2020
Tanrının İtaliyaya bəxş etdiyi böyük sərvət: Ennio Morrikone
21:01 06 İyul 2020
Xalq artisti oğlundan yazanları hədələdi
20:40 06 İyul 2020
Kukla Teatrında uşaqlar üçün onlayn tamaşa
18:39 06 İyul 2020
Cənubi Koreya musiqi qrupu dünya rekordu qırdı
18:00 06 İyul 2020
Azərbaycanda pandemiyadan film çəkildi – Video
17:15 06 İyul 2020
Yaşından otuz il qoca görünən, qurultayda bircə səs qazanan, AYB-nin qarşısında dünyasını dəyişən məşhur şairimiz – Maraqlı faktlar
16:33 06 İyul 2020