Lesbi münasibətlərin yer aldığı film – QALMAQALLI FİLMLƏR

Lesbi münasibətlərin yer aldığı film – <span style="color:red;">QALMAQALLI FİLMLƏR
11 iyul 2015
# 07:30

Kulis.az “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Filip Kaufmanın “Henri və Cun” filmini təqdim edir.

1936-cı ildə doğulan Kaufman daha çox ədəbi əsərlərinin ekranizasiyaları ilə tanınır. O, Milan Kunderanın “Varoluşun dözülməz yüngüllüyü”, amerikalı fantast yazıçı Maykl Kraytonun “Doğan günəş”, Daq Raytın “Markiz de Sadın qələmi” əsərlərini ekranlaşdırıb.

Yeri gəlmişkən, Markiz de Sad haqda ən maraqlı filmin müəllifi də məhz Kaufmandır.

1990-cı ildə lentə alınan “Henri və Cun” filmi real hadisələr, amerika və fransız yazıçısı Anais Ninin eyni adlı memuarları əsasında çəkilib.

Süjet: 1930-cu illərin Parisi. Gənc yazıçı Anais Nin ingilis yazıçısı Devid Lourens haqda kitab yazır. Qeyd edək ki, Lourens ingilis ədəbiyyatının əhəmiyyətli nümayəndələrindən sayılır, onun 1928-ci ildə yazdığı “Ledi Çatterleyin məşuqu” romanı əxlaqsızlıq damğası vurularaq, intim səhnələrin detallı təsvirinə, acıq-saçıq ifadələrə, əhvalatın məğzinə görə bəzi ölkələrdə uzun müddət qadağan olunub.

Nin eyni zamanda özünün seksual təcrübəsini, erotik fantaziyalarını gündəliyində qələmə alır. O, daima yeni sevgililər, ona həyəcan gətirən erotik münasibətlər axtarışındadır.

Günlərin birində Parisə amerikalı yazıçı Henri Miller gəlir. Bank işi ilə məşğul olan ərindən sıxılan Anaisi Miller, onun düşüncələri cəlb edir. Aristokrat Anais zəngin həyat tərzi keçirir. O, romantik, bəzən isə sentimentaldır. Miller isə onun əksidir, sinik və vulqardır.

Eyni zamanda istedadlı yazıçı olan Miller Parisdə özünün ilk əsərini “Xərçəng tropiki” romanını yazır. Daha çox avtobioqrafik olan bu roman seksi açıq və ifadəli təsvirinə görə müəllifə şöhrət gətirdi. Dünya ədəbiyyatının ən qalmaqallı əsərlərindən birinə çevrilən əsər Anaisin sayəsində 1934-cü ildə Fransada çap olunur. Roman Amerika və İngiltərədə qadağan olunur. Amerikada yalnız 1960-cı ildə məhkəmə prosesindən sonra romanın nəşrinə icazə verilir. Hazırda “Tropik xərçəngi” 100 ən yaxşı romandan biri sayılır.

Sonradan Anaislə Millerin münasibətinə Millerin son dərəcə seksual, gözəl arvadı Cun da daxil olur. Və beləlilkə, ikili münasibət məhəbbət üçbucağına keçir.

Rejissor daha çox seksual məsələlərə xüsusi diqqət çəkir. Anaislə münasibət Millerə yaradıcı çıxılmazlıqdan qurtulmağa kömək edir. Lesbi münasibətlərin də yer aldığı ekran əsərində açıq səhnələr yüksək estetika ilə lentə alnıb. Təsadüfi deyil ki, “Henri və Cun” filmi məhz operator işinə görə Oskar mükafatına nominant olub.

Filmi çəkərkən Kaifman mümkün qədər əsərin energetikasını saxlaya və Parisin şeytani cazibəsini verə bilib.

Film həm Millerin, həm Anais Ninin yaradıcılığına maraq oyadır.

“Henri və Cun” ekranlara çıxandan sonra ona yaş həddi qoyularaq pornoqrafik əsər kimi qiymətləndirdilər. Bu isə filmin məhdud prokatına səbəb oldu.

1990-cı illərdə bu cür çox açıq səhnələr cəsarətli hesab edildiyindən "Time Out New York" qəzeti filmi bütün illərin “50 qalmaqallı filmi” siyahısına daxil edib.

Filmdə, eyni zamanda maraqlı ədəbi mübahisələr, səssiz filmlərdən sitatlar var. Qəhrəmanlar kinoteatrda Karl Dreyerin “Janna Darkın iztirabları”, Luis Bunuelin “Əndəlus köpəyi” filmlərinə baxırlar.

Luis Bunuelin oğlu Xuan Bunuel filmin əvvəlində naşir rolunu oyanyır.

Kaufman Anais Ninlə hələ 1962-ci ildə tanış olmuşdu. Özünün açıq-saçıq romanları ilə məşhur olan Nin erotik motivli gündəliyini 11 yaşından yazmağa başlayıb. Və ömrünün sonuna kimi onu yazmağa davam edib.

Anais Nin eyni zamanda iki kişi ilə evli olub. Amma onlardan heç biri arvadlarının digər evliliyindən xəbəri olmayıb. Hər ikisi Ninin ölümündən sonra tanış olmuşdular. 1985-ci ildə Ninin birinci əri Hyuqonun öılümündən sonra ikinci əri Rupert Poleun izni ilə Ninin gündəliyi olduğu kimi yayımlanıb. Bir çox tənqidçiyə görə Nin qadın erotik ədəbiyyatının ən yaxşı yazarıdır.

Onun yazıçı sevgililəri arasında Henri Millerdən başqa, fransız yazıçısı, teatr nəzəriyyəçisi, rejissor Antonin Arto, amerikalı yazıçılardan Edmund Uilson, Qor Vidal, Ceyms Eydci və başqaları olub.

1990-cı ildə fransz rejissoru Klod Şabrol da Henri Miller haqda “Klişedə son günlər” adlı film çəkib.

# 1662 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #