Əli Əkbərin nəsr qaydalarını zorlaması

Əli Əkbərin nəsr qaydalarını zorlaması
16 iyun 2015
# 07:30

Nə qədər qəribə də olsa, “Amneziya”nı oxuyandan sonra özümə söz vermişdim ki, Əli Əkbəri bir də oxumayacağam.

Əsəri ancaq ona görə yarıda saxlamamışdım ki, patetik çıxmasın, ortalıqda bir həmkar təəssübkeşliyi, ədəbiyyat xətir-hörməti var. Roman səriştəsiz aşpaz əlindən çıxan ala-çiy, yağlı yemək kimi ürəyimi vurmuşdu. Düşüncə, yanaşma, nəsr qaydalarının zorlanması və bu kimi neçə-neçə səbəb...

Səhv etmirəmsə, Əli Əkbər “Amneziya”dan sonra iki roman çap etdirdi. Kitablar haqqında ucundan-qulağından eşitdiklərim qəti marağımı çəkmədi və zövqümü korlamaq istəmədim. Qurmaq, nəsr texnologiyalarını mənimsəyib pis-yaxşı tətbiq etmək zənnimcə hələ ədəbiyyat deyil. Bu mənada nə qədər mübahisəli də olsa, Seymur Baycanın hər cür qurğulardan uzaq nəsri mənə daha maraqlıdır, nəinki Əli Əkbərin qəzəbli, narazı, söyüşcül qəhrəmanları səpələnən səhifələri.

“Gilə” povestini ancaq ona görə oxumağa maraq göstərdim ki, zövqünə inandığım dostlardan bir neçəsi bu əsərin Əli Əkbər nəsri, Əli Əkbər düşüncəsi üçün yeni başlanğıc olduğunu dedi, yazdı.

Oxudum və məni də sevindirən məhz bu düşüncə və nəsr başlanğıcının yeniliyi oldu. Səhv edə bilərəm, hər halda mənə belə gəlir: beş-altı il qabaq Əli Əkbər “Gilə”nin qəhrəmanlarına da, o əhvalata da yəqin ki, gülüb keçərdi. O beş altı il əvvəl ki, qələm yoldaşımızın hər səhifəsindən kimsə var gücü ilə qışqırırdı.

Ədəbiyyata yenilməyi münasibəti ilə iki daşın arasında yazıçını təbrik etmək olar. Ki, ənənəvi və çox işlənmiş olsa belə, əl bulaşdırılmalı mövzunun hər cür inkarçılıqdan daha vacib olduğunu özünə yaxın buraxıb.

Daha doğrusu, bu həqiqətlə barışıb.

Gilə müharibədən sonra İsveçrəyə sığınan Əşrəf (Martin Müller) adlı ahıl birinin həyatından bəhs edir. Əşrəf bacısı Gilənin itkin düşməsində özünü günahkar bilir və əsirlikdən azad olunandan sonra Avropa ölkəsindən vətənə qayıtmır. Səbəb: anası onu qarğayıb.

“Gilə” müharibəyə görə həyatının nizamı pozulan azərbaycanlı qızının, qadınının, kişisinin

Avropaya çıxması və bu toplumun psixoloji rənginin tanıdılması baxımından maraqlıdır. Xüsusən, erməni işğalının bir azərbaycanlının həyatına vurduğu zərbəni göstərmək

baxımından.

Əsər həm də təfəkkürün dərin qatlarında olan hər cür yersiz anlayış və inamların insan həyatını necə cəhənnəmə döndərdiyini bizə pıçıldayır. Qəhrəman öz-özünə uydurduğu qarğış kabusunun zülmünü-zillətini ömrünün axırına qədər çəkir!

Povestin mövzusunun qürbət və vətən qütblərində dayanması əsərin orta-statistik oxucuya təsir gücünü artırır. Məncə, “Belə dəhşətli əhvalat oxumamışdım” yazan orta-statistik oxucunu cəlb edən məhz bu faciəvi əhvalatdır. Əsərin nüvəsində dayanan hadisə gerçəkdən maraqlıdır. Babalı ədəbiyyatşünasların boynuna: əgər kövrəlmək ciddi ədəbiyyat üçün ölçü meyarıdırsa, povest hətta bir neçə məqamda insanı doluxsundura biləcək dərəcədə maraqlıdır.

İnsan hisslərinə təsir şəksiz ki, ədəbi əsərin siqlət göstəricisidir.

Məsələ gəldi nədən yox, necə yazmağa. Məhz bu məqamda Əli Əkbər ədəbiyyata da, mövzusuna da uduzur. Arzu edirəm, “çox aydın, axıcı dillə yazılıb” oxucu rəyi yazıçını aldatmasın. Zənnimcə, bu əhvalat başqa təhkiyə tələb edirdi. Məsələn, o təhkiyəni oxşar mövzulu (qürbət və vətən anlayışı mənasında) İsi Məlikzadənin “Şehli çəmənlərin işığı” hekayəsində görmək olar ki, məhz mövzunun tələb etdiyi koloriti dil qatının köməyi ilə oxucuda daha dərin təəssürat yaradır.

Təəssüf ki, müəllif qeyri-dəqiq bənzətmələri, çaparaq-tələskən üslubu, naşı dialoqları ilə “çox az əhvalatdan, hadisədən sonra “bunu mütləq yazacam” dediyi “sarsıdıcı-məhvedici” mövzuya kölgə salıb.

Xüsusən əsərin bir neçə səhnəsinin (məhz yazıçı “ehtirası” tələb olunan səhnələrinin) tezbazarlığı oxucuda təəssüf doğurur.

“Gilə”ni dəyərli edən göndərdiyi mesajlar və paralelləridir. O mesajlar və paralellər ki, onu hər bir oxucu ancaq povestlə baş-başa qalanda intim olaraq dərk edə bilər.

Bu qədər sadə.

# 2752 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər