news-inner
clock20:00 calendar-gray 23 Fevral 2015 view-gray243 dəfə oxunub
view-gray243 dəfə oxunub

Gözəl qadını dəvəyə oxşatmaq... - LAYİHƏ

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dəstəyi və iştirakı iləKulis.azsaytı “Tərcümə problemlərinin aktuallaşdırılması” adlı layihəyə start verib. Layihənin məqsədi tərcümə sənətinin problemlərini gündəmə gətirmək, bu sahəyə diqqəti artırmaq, mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır.

Müzakirələr bir neçə paneldə keçiriləcək. Hər panelin müstəqil mövzusu və məruzəçiləri olacaq. “Türk dilindən tərcümə lazımdırmı?”, “Tərcümə sənətinin hazırkı problemləri”, “Tərcümə mətnlərinin müqayisəli təhlili”, “Fəlsəfi mətnlərin tərcümə problemləri”, “Poetik tərcümənin çətinlikləri” “İkinci dildən tərcümə problemi” kimi mövzular 6 panelin məruzəçiləri tərəfindən müzakirə ediləcək. Artıq “Türk dilindən tərcümə lazımdırmı?”, “İkinci dildən tərcümə problemi”, “Tərcümə mətinlərinin müqayisəli təhlili”, “Poetik tərcümənin çətinlikləri”, “Fəlsəfi mətnlərin tərcümə problemi” mövzularının müzakirəsi ilə tanış olmusuz.

Budəfəki müzakirə “Tərcümə sənətinin mövcud problemləri”dir. Etimad Başkeçidin məruzəsini təqdim edirik.

Öncə qeyd edək ki, tərcümənin müasir problemləri haqqında söhbət o qədər geniş mövzudur ki, onu bir yazıda, hətta bir dəyirmi masa və ya konfrans çərçivəsində əhatə etmək mümkün deyil.

Alimlərin də etiraf etdiyi kimi, “tərcümə təlimlərinin tarixi, çoxəsrlik tərcümə praktikasının kritik təhlili və dəyərləndirmələri “əbədi” tərcümə problemlərinin, tərcümədə dəqiqliyin, dürüstlüyün, tam adekvatlığın və s. permanent müzakirələri ilə doludur”. Üstəlik, tərcümə sənətinin ümumi problemlərindən savayı, ayrı-ayrı ölkə tərcüməçilərinin üzləşdiyi spesifik, həlli vacib məsələlər də vardır və mən fikri məhz bu problemlərin üzərinə gətirmək istərdim.

Zəruri qeyd: biz “Tərcümə – qadın kimidir: dürüstdürsə gözəl deyil, gözəldirsə dürüst deyil” klişesindən çıxış etsək, heç bir məsələ ətrafında ortaq məxrəcə gələ bilməyəcəyik. Çünki bu iddia sonrakı bütün müzakirələri lazımsız edir. Bu müzakirələr olmadan isə, hər şey hələ uzun illər olduğu kimi qalmağa məhkumdur.

Əvvəla, mətləbə o qədər dəxli olmasa da, tərcümə sənətinin tədris olunduğu universitetlərdə təhsilin səviyyəsini günün tələblərinə uyğunlaşdırmaq lazımdır. Çünki, işlər bu şəkildə davam etsə, diplomlu, tərcümə nəzəriyyəsindən bəlli ölçülərdə xəbərdar olan, amma tərcümə eləyə bilməyən bütöv bir “tərcüməçi”lər nəsli yetişəcək. Universitetlərdə praktiki tərcümə ön plana çıxarılmalıdır.

Tərcümə sənətinin praktiki problemlərinə gəlincə… Bizdə yarıtmaz tərcüməni çox zaman problemli məsələlər ətrafında ümumi qənaətlərin olmaması ilə izah etmək cəhdləri baş alıb gedir. Halbuki, tərcümə mətninin dəyərləndirilməsi, keyfiyyətinin yoxlanılması ilə bağlı kifayət qədər konkret kriteriyalar mövcuddur və bunları gözardı etmək mümkün deyil. Birincisi, tərcümə mətni orijinala adekvat olmalıdır. Yəni, orijinalın cümləsindəki informasiya tərcümə mətnində bütünlüklə öz əksini tapmalıdır. Baxmayaraq ki, dini, spesifik mədəni qavramlar və frazeoloji birləşmələr xüsusilə çətin tərcümə olunur. Məsələn, ərəblərin gözəl qadını dəvəyə oxşatmasını Azərbaycanlı oxucu yalnız ironiyayla qarşılaya bilər. İkincisi, tərcümədə şəffaflıq məsələlərinə xüsusi diqqət yetirilməlidir.

Tərcüməşünaslıqda “şəffaflıq” deyərkən, tərcümə mətninin sanki bu dildə yazılıbmış kimi təəssürat oyatması nəzərdə tutulur. Bundan başqa, tərcüməçi müəllifin üslubunun, yazı manerasının saxlanılmasının qeydinə qalmalıdır. Heç kəsə sirr deyil ki, bir tərcüməçinin bir neçə müxtəlif yazıçıdan elədiyi tərcümələrin hamısı eyni adamın qələmindən çıxmış kimi görünür. Bu azmış kimi əsərlərdəki bütün personajlar robot kimi eyni ahəngdə, eyni leksikadan istifadə etməklə danışırlar, halbuki belə şeyləri heç bir yazıçı özünə rəva görməz. İndiki halda bəzən elə tərcümə mətnlərinə rast gəlirsən ki, orijinalın formal strukturunun bir başqa dildə verilməsindən başqa bir şey deyil. Nəticədə sözlər və cümlələr arasında məntiqi bağların qurulmasına belə kifayət qədər diqqət yetirilmir. Odur ki, belə mətnləri, olsa-olsa, hərfi və ya sözbəsöz tərcümə, yaxud linqvistik tərcümə kimi qəbul etmək olar. İstənilən halda bədii tərcümənin kriteriyalarına cavab verən tərcümə mətni başqa prinsiplər əsasında qurulur.

Azərbaycan tərcüməçiliyinin qarşısında duran ən böyük problemlərdən biri də vasitəçi dildən istifadə, yəni ikinci dildən edilən tərcümələrlə bağlıdır. Artıq dünyada qəbul olunmuş qaydalara görə vasitəçi dildən edilən tərcümələrin qüsurlarını sadalamaqla qurtarmaz. Buradakı təbəddülatları rus tərcüməçilərinin aşağıdakı fikri çox yaxşı ifadə edir: Şekspiri müasir ingiliscədən rus dilinə tərcümə etdikdə, orijinaldan yalnız “ş” hərfi qalır. Hələ bu, Şekspirin əsərlərinin, əski ingilis dilindən müasir dilə uyğunlaşdırıldıqdan sonra, ruscaya tərcüməsinin doğurduğu effektdir. İndi ayrı-ayrı dil qruplarına aid əsərlərin ikili tərcüməsindən sonra meydana çıxan mənzərəni özünüz düşünün. Başqa bir problem də dilimizdə olmayan sözlərin tərcüməsi ilə bağlıdır. Məsələn, podnojka, vklyuçatel, krılo və s. kimi. Belə sözləri, adətən, hərə öz bildiyi kimi tərcümə edir və ya ümumiyyətlə tərcümə etmir. Belə sözlərin unifikasiya edilmiş tərcümə formaları haqqında dilçilik institutu və tərcümə cameəsi birgə iş aparmalıdır.

Orijinaldakı realiyaların və bu realiyaları ifadə edən vahidlərin adekvat sözlərlə tərcüməsi üzərində baş sındırmaq istəməyən tərcüməçilərimiz bəzən bir cümləni beş cümləylə tərcümə edirlər ki, bu da tərcümə mətninin orijinaldan fərqli həcmdə meydana çıxmasına gətirib çıxarır. Normalda isə, orijinalla tərcümə mətninin həcmi arasındakı fərq çox cüzi olmalıdır – təxminən bir-iki faiz civarında.

news-inner-user

17097 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

"Yetim qızsan, qıvrıl, yat!" - Seymur Baycandan Aqşin Yeniseyə sərt tənqid
15:20 25 Noyabr 2020
Kəlbəcərli şair Sücaətin qardaşı: “Onun baş daşına ölüm tarixi yazılmayıb” – Müsahibə
14:40 25 Noyabr 2020
Məşhur aktrisa vəfat etdi
13:57 25 Noyabr 2020
“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək
13:15 25 Noyabr 2020
“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür
12:34 25 Noyabr 2020
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
12:08 25 Noyabr 2020
Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020