writer1

Cəlalə Nəzəroğlu

Məqalə sayı

22
clock10:44 calendar-gray 20 Fevral 2015 view-gray169 dəfə oxunub
view-gray169 dəfə oxunub

Bu bankda baş verənlərə inanmayacaqsız

Bank işçisi deyəndə insanın təsəvvüründə ilk olaraq səliqəli geyimli, sadə və gözəl görünüşlü, mədəni davranışlı gənc qız və ya oğlan canlanır. Adətən banklarda ciddi rejim olur və müştəri məmnuniyyəti maksimum qorunur. Bu, rayonlarda fəaliyyət göstərən bank filiallarına da aiddir. Amma ötən gün Nizami metrosu yaxınlığında yerləşən elə bir banka getdim ki, hələ də şəhərin mərkəzində, kifayət qədər tanınmış bir bankın belə ofisinin və belə işçilərinin olmasına inanmağım gəlmir.

Başqa banklarda olduğu kimi burada terminala yaxınlaşıb növbə qəbzi götürmürsən-çünki, terminal-filan yoxdur. Əmanətlərlə bağlı olan şöbə “Mühasibatlıq” adlanan otaqda yerləşirdi. Darısqal otaqda 4 işçi masası və gözləyən müştərilər üçün cəmi 3 oturacaq var idi.

Mənə gözləməli olduğumu dedilər. Həyata keçirmək istədiyim prosedur başqa banklarda adətən 15 dəqiqə çəkir. Məndən əvvəlki müştərini gözləmək düz 55 dəqiqə vaxtımı aldı. Bu müddət ərzində əsəblərimi tarıma çəkən bank işçilərini məcburən müşahidə etməli oldum.

Bankın işçiləri hansısa müştərinin ötən gün əmanət yerləşdirməsi və elə həmin gün də götürməsi səbəbindən yaranan problemi bir saniyə dayanmadan, bir ağızdan müzakirə edirdilər.

Sağ tərəfimdəki işçi qızlardan biri isə özünü deyəsən, bekarçılıqdan bulaq başında oturub qeybət edirmiş kimi hiss edirdi. Nəfəs almadan müştərinin qarasınca danışır, məsələ ilə bağlı gələn telefon zənglərinə deyinə-deyinə cavab verirdi. Telefonla danışarkən “baş-beynimi apardı e, bu” deyirmiş kimi mimik hərəkətlər edib üz-gözünü turşudurdu. Və əlbəttə ki, bir çox insanda eşidərkən qıcıqlandığım “ç” və “c” səslərini elə deyirdi ki, ətim ürpəşirdi.

Bu hələ harasıdır? Qızların “müəllim” deyə müraciət etdiyi, zənn eləyirəm departament rəhbəri olan şəxs durmadan qeybət edən qızın söhbətinə qoşulur, həm müştərini, həm də onunla bank əməliyyatını həyata keçirən baş ofisin qarasınca deyinirdi. İşçi-müdir arasında subordinasiya qaydaları! Onlar sistemlərində boşluğun olmasını eləcə ortalıqda-digər müştərilərin yanında deyirdilər! Müdir olan oğlan kəskin Gəncəbasar tərəfin ləhcəsilə danışırdı.

Saat 5-ə 10 dəqiqə qalmış dözməyib soruşdum ki, nə qədər gözləməliyəm? Nə desələr yaxşıdır? “Sizə nə lazım idi ki?” 55 dəqiqə əvvəl bunu izah etmişdim və gözləməyimi demişdilər. İndi isə saat 5-dən sonra müştəri qəbul etmədiklərini bildirirdilər. Əlbəttə ki, bunu dediklərinə peşman oldular və sözümü deyib getməyə hazırlaşırdım ki, birtəhər saxladılar.

Həmin qeybət edən qız otağa yenicə girmiş işçilərdən birinin yanına gedib bayaqdan min dəfə etdiyi söhbəti ona da danışmağa başladı. Özünü çoxbilən kimi göstərib müştərinin harda səhv etdiyini, öz banklarındakı bəzi müdirlərin ittihamlarının mənasız olduğunu deyirdi. Ən gülməlisi isə budur ki, onu müştəri gözləyirdi! Axırda digər iş yoldaşı ona iş başına keçməsini söylədi.

Əsəbdən dodağımı çeynəyirdim ki, içəri kök bir qadın girdi. Geyimindən hiss olunurdu ki, burda təmizlik işlərinə baxır. Düz ortalıqda dayanıb “başın batsın, ay oğlan, sənən demədim bu yeşikləri qapının dalına yığ?”- dedi.

Həmin qız onun bu sözünü də müzakirə eləməyə başladı. Arvad deyinə-deyinə kağız qutularını səliqəyə saldı. Otaqdan çıxmaq istəyəndə bizim bu qız neyləsə yaxşıdır? Müştərilərin gözü qabağında ayağa durub o arvada toy dəvətnaməsini verdi. Xala xeyir-duaya başladı, nə başladı!

Sonra o qıza yenə zəng gəldi, qız telefonu “müəllim” dedikləri oğlana verdi. Oğlan hansısa həmkarı ilə hay-küylə danışdı. Telefonu qoyub onun qeybətini elədi və kulminasiya: Bizim bu qız qulaq asıb kiminsə haqqında “aaa, səydi ee” dedi!

Ən sonda şok olduğum bir məsələ: “Müəllim” deyilən oğlan müştərilərin yanında işçilərə tapşırdı ki, filan şirkətlə əlaqələri kəsirik, heç bir kredit verməyin!

Daha sözüm yoxdur...

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020