"Sevilməkdənsə, sevəndə daha xoşbəxt oluram..."- "Magik realizmin latın kraliçası"ndan sitatlar

"Sevilməkdənsə, sevəndə daha xoşbəxt oluram..."- "Magik realizmin latın kraliçası"ndan  sitatlar
2 avqust 2026
# 10:30

Bu gün Çili yazıçısı, "Magik realizmin latın kraliçası" adlandırılan İzabel Alyendenin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Həyatda ən çox istədiyimiz şeyləri — məqsəd hissini, xoşbəxtliyi və ümidi əldə etməyin ən asan yolu onları başqalarına verməkdir. Bu, möcüzəvi bir həqiqətdir.

Həqiqi dostluq zamana, məsafəyə və sükuta tab gətirir.

Siz öz həyatınızın nağılçısısınız; öz əfsanənizi yarada da bilərsiniz, yaratmaya da...

Hər birimizin içində həyat bizi sınağa çəkəndə ortaya çıxan, gözlənilməz bir güc ehtiyatı var.

Qorxu qaçılmazdır, bunu qəbul etməliyəm, lakin onun məni iflic etməsinə izin verə bilmərəm.

Sizə söz verə bilərəm ki, bir-biri ilə əlaqədə olan, məlumatlı və təhsilli qadınların birgə əməyi bu tərk edilmiş planetə sülh və rifah gətirə bilər.

Köklər mənzərədə, ölkədə və ya xalqın içində deyil, sizin daxilinizdədir.

Siz yalnız verdiyiniz şeylərə sahibsiniz. İnsan yalnız özünü fəda edərək zənginləşir.

Ölüm yoxdur, qızım. İnsanlar yalnız biz onları unudanda ölürlər, - deyə anam məni tərk etməzdən bir qədər əvvəl izah etmişdi. "Əgər məni xatırlaya bilsən, həmişə səninlə olacağam.

Qadınlar üçün ən yaxşı afrodizyak sözlərdir. G-nöqtəsi qulaqlardadır. Onu aşağıda axtaran vaxtını hədər yerə xərcləyir.

Kölgəsiz işıq olmadığı kimi, ağrısız da xoşbəxtlik yoxdur.

Tapılmaq istəməyən birini tapa bilməzsən.

Baş verən hər şey üçün bir izahımız yoxdur. Demək olar ki, heç nəyə nəzarət etmirik. Əgər bu sirrə açıq olmasaq, həyat çox kiçilər.

Həyat çox sirlidir və bilmədiyimiz çox şey var. Sehrli realizm elementləri hər bir mədəniyyətdə, hər yerdə var. Sadəcə hər şeyi bilmədiyimizi və hər şeyin mümkün olduğunu qəbul etmək lazımdır.

Gənclik həyatın bir dövrü deyil, ruhun bir halıdır.

Torpaq heç vaxt satılmamalı olan bir şeydir. Hər şey yox olub gedəndə geridə qalan yeganə şey odur.

Həyatınızın ilk yarısını əşyaları toplamaqla, ikinci yarısını isə onlardan azad olmaqla keçirirsiniz.

Unudulmamalı olanı yazın.

Sevilməkdənsə, sevəndə daha xoşbəxt oluram. Yoldaşımı, oğlumu, nəvələrimi, anamı, itimi çox sevirəm və açığı, onların məni sevdiyini belə bilmirəm. Ama kimin vecinədir? Onları sevmək mənim sevincimdir.

Niyyətləri anlayanda sözlər o qədər də mühüm olmur.

Bizi hərəkətə gətirən və taleyimizi müəyyən edən ürəkdir.

Doğulmazdan əvvəlki sükut, ölümdən sonrakı sükut: həyat iki dərin, dəyərsizləşdirilə bilməz sükut arasındakı hay-küydən başqa bir şey deyildir.

# 113 dəfə oxunub

Oxşar xəbərlər

"Cəhalət qorxunun valideynidir..." - Amerikalı yazıçıdan sitatlar

"Cəhalət qorxunun valideynidir..." - Amerikalı yazıçıdan sitatlar

15:00 1 avqust 2026
"Hələ sevməyi əməlli-başlı bacarmırdım..." - "Balaca şahzadə"dən bir hissə

"Hələ sevməyi əməlli-başlı bacarmırdım..." - "Balaca şahzadə"dən bir hissə

14:30 31 iyul 2026
Nəhəng - Fazil İsgəndərin hekayəsi

Nəhəng - Fazil İsgəndərin hekayəsi

13:30 31 iyul 2026
Bir damcı su - Orxan İsmayılın hekayəsi

Bir damcı su - Orxan İsmayılın hekayəsi

10:00 31 iyul 2026
"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

"Hamımızın taleyini və xarakterini doğulduğumuz yer müəyyən edir..." - Nobel mükafatçısından sitatlar

15:00 30 iyul 2026
İşıq da elə su kimidir - Qabriel Qarsia Markesin hekayəsi

İşıq da elə su kimidir - Qabriel Qarsia Markesin hekayəsi

10:00 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər