writer1

Zaur Xudiyev

Məqalə sayı

3
clock16:02 calendar-gray 21 Yanvar 2015 view-gray588 dəfə oxunub
view-gray588 dəfə oxunub

Ağsaqqal

Şərif Ağayarın Zəlimxan Yaqub haqqında yazısını gördüm, o qədər səmimi, o qədər içdən yazmışdı ki...

Şairlə bağlı xatirələr düşdü yadıma. 65 yaşı olur xalq şairinin. Hərə bir cür xarakterizə edir onu. Mənim isə yadımda səmimi, sadə, uşaqla uşaq, böyüklə böyük ola bilən adam kimi qalıb, həmişə də elə qalacaq.

Tələbə idim. Səhv etmirəmsə, üçüncü kursda oxuyurdum. Bir gün Knyaz müəllim (Knyaz Aslan) gəldi, dərsdən çıxartdı məni. Dedi, Xudiyev, sənə bir dəvətnamə verəcəm, bunu apar, Zəlimxan Yaqub Elmlər Akademiyasının qabağında olacaq, ona ver.

Bunu qoyub, ona gedəcəm, biz tərəflərdə - Borçalıda Zəlimxan Yaqubla görüşmək, onunla şəxsən tanış olmaq böyük prestij hesab olunur. Hər gəncin istəyidir belə bir şey.

Nəysə, aldım dəvətnaməni sevinə-sevinə üz tutdum akademiyaya tərəf. O qədər sürətli gəlmişdim ki, mən ora çatanda hələ şair çatmamışdı. Bir az gözlədim, gəldi. Onu da qeyd edim ki, şair onda həm də millət vəkili idi. Qara maşın dayandı, mən yaxınlaşana kimi özü endi maşından. Əl tutdu, görüşdü. Həyəcandan birtəhər olmuşdum. Hal-əhvalımı soruşdu, mən də diqqət çəkmək üçün qəsdən başladım ləhcə ilə danışmağa.

Diqqət çəkə bilmişdim. Borçalının hansı kəndindənsən dedi, Faxralıdanam - dedim.

Bizim kəndin bütün Borçalıda məşhur olan bir el şairi olub - Şair Nəbi.

Ərklə, “Şair Nəbidən bir şeir de” - dedi. Həmin an yadıma düşən şeirdən iki bənd dedim, qucaqladı, alnımdan öpdü. Sürücüsünü çağırdı, iki kitabını gətirməsini istədi. İmzaladı mənim üçün. “Sən yadımda qaldın, a Faxralı balası” - dedi və getdi.

Ondan sonra uzun müddət görüşə bilmədim şairlə, bəlkə də bir 7-8 il.

...Aşıqlar Birliyinin bir tədbiri var idi, Rəşid Behbudov adına Mahnı Teatrında. Atam üçün də dəvətnamə götürmüşdüm. Tədbirin sonunda foyedə rastlaşdıq. Yaxınlaşdım, salam verdim, tanıdı məni. Eyni müraciət, eyni səmimiyyət : “Nətərsən, a Faxralı balası?”

Sözün düzü tanıyacağını düşünməmişdim, atamla da tanış elədim. Ondan sonra dədəm toyda da, yasda da qohumlara mənim Zəlimxan Yaqubla tanışlığımdan danışır.

...Bir-iki il bundan qabaq idi. Xəstəliyinin təzəcə şiddətlənən vaxtı idi şairin. Şadlıq evlərinin birində işdən sonra toyda şəkil çəkirdim. Təsadüfən bir toyda rastlaşdıq. Sözün düzü bu dəfə də tanıyacağına inanmırdım. Ancaq o, yenə də tanıdı məni, çağırdı yanına, kefimi, işimi soruşdu.

Bilmirəm, bir də nə vaxtsa qarşılaşsaq, yenə tanıyarmı məni? Bəlkə də tanıyar, zarafat deyil, adam fenomenal yaddaş sahibidir. Bəlkə də tanımaz, yaş ötür...

Ancaq o, hər bir halda onu şəxsən, yaxından tanıyan hər kəsin yadında belə sadə, səmimi və dəmir yaddaşı ilə qalacaq.

Şair özü bir şeirində deyir ki:

Otuz beş yaşında el ağsaqqalı,

Altımış yaşında uşaq görmüşəm.

O, özü hər yaşında Ağsaqqal olub. Otuzunda da, altımışında da, altımış beşində də.

Altımış beşin mübarək, şair! Canın sağ, ömrün uzun, sözün kəsərli, zehnin iti olsun!

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Məşhur Amerika filmi yenidən çəkiləcək
18:51 16 Sentyabr 2021
Azərbaycanlı professor vəfat etdi
18:15 16 Sentyabr 2021
Azərbaycanlı şair: “Hər ay ABŞ-dan mənə pul gəlir” – Müsahibə
17:31 16 Sentyabr 2021
Mədəniyyət Nazirliyi məlumat yaydı - Mətn
17:05 16 Sentyabr 2021
Çingiz Abdullayev şeir oxudu – Fotolar
16:15 16 Sentyabr 2021
Əri qorxusundan onu boşadı, çadrasını Cəfər Cabbarlı açdı, anası qızına görə dinə qarşı üsyan elədi - İlk kinoaktrisamızın ağlagəlməz həyatı
15:28 16 Sentyabr 2021
Millət vəkili Salam Sarvanı təbrik etdi - Foto
14:56 16 Sentyabr 2021
Özbəkistanla müştərək film çəkəcəyik
14:00 16 Sentyabr 2021
Benzinin bahalaşmasına haqq qazandıran millət vəkilləri – Sərdar yazır...
13:15 16 Sentyabr 2021
Səyavuş Aslanın küçədə qalan oğlu ilə bağlı rəsmi açıqlama - Foto
12:24 16 Sentyabr 2021
Acun azərbaycanlı olduğunu açıqladı – Video
12:18 16 Sentyabr 2021
Mübariz İbrahimovun yaxın dostu olmuş taksi sürücüsü: “Hər gün bizim idman zalına gəlirdi” - Maşından reportaj
12:06 16 Sentyabr 2021
Bukerin qısa siyahısına düşən əsərlər nədən bəhs edir?
11:35 16 Sentyabr 2021
Ölkəmizdə yeni layihə: Uşaqlar nağıl yazacaq
11:01 16 Sentyabr 2021
Səyyad Əlizadənin vəziyyəti daha da ağırlaşdı - Açıqlama
10:25 16 Sentyabr 2021
Əməkdar artistimiz dünyasını dəyişdi
10:15 16 Sentyabr 2021
Xarkovda Nizami Gəncəvinin abidəsinin açılış olub - Foto
09:57 16 Sentyabr 2021
Üzü örtülü qadınla necə evlənməli? – Zamin Hacı yazır
09:00 16 Sentyabr 2021
Nuru Paşa Cəfər Cabbarlıya nə hədiyyə etdi? - Tarixi fakt
21:00 15 Sentyabr 2021
"Amerika" adlı qızıl unitazı oğurlayan şəxs tapılmır - Foto
18:43 15 Sentyabr 2021