news-inner
clock12:08 calendar-gray 21 Noyabr 2014 view-gray615 dəfə oxunub
view-gray615 dəfə oxunub

Bestseller söyüş kimi səslənə bilərmi?-ARAŞDIRMA

Stiven Kinqin bestsellerləri dünyada sevilsə də, populyar olsa da, ədəbi dairələrdə bu müəllifə nədənsə böyük sayğı göstərmirlər. BBC Culture-nin müxbiri Ceyn Çiabattari bunun ədalətli olub-olmamağını araşdırıb.

Hələ karyerasının əvvəlində Kinq fövqəladə bir bacarıqla publikanın tələbatının nələr olduğunu anlamışdı. Onun ilk romanı “Kerri” çıxandan bəri qırx il ərzində 50-dən çox kitabı nəşr edilib və onların hamısı dünyada böyük kommersiya uğuru qazanıb. “Kerri” romanının çapından sonra məşhur Amerika rejissoru Brayn de Palma əsər əsasında eyni adlı dəhşət filmi çəkdi.

1977-ci ildə Kinqin “Parıltı” romanı çap edildi; hadisələr xizəksürmə kurortunda baş verir, baş qəhrəmanlar - xüsusi istedada malik oğlan və onun yarı-dəli atasıdır. Bu əsər yazıçının psixoloji triller janrında istedadının növbəti təsdiqi oldu.

1980-cı ildə Stenli Kubrik “Parıltı”nı ekranlaşdırandan sonra Kinqin əsl sənayesi yarandı. Onun yaradıcılığı əsasında onlarla film çəkildi, teleproqram hazırlandı. Və yazıçı bununla kifayətlənmək istəmir, çünki milyonlarla oxucusu ondan yeni əsər gözləyir.

Amma ədəbiyyatçılar Kinqi xüsusi olaraq heç vaxt tərifləməyiblər.

İllərlə verilən “o, ciddi yazıçıdırmı” sualına qəti şəkildə “yox” cavabı verilib. Və bu “yox” qənaəti kitab satışının, mədaxilin həcminin, iş tempinin yüksək olması və romanlarına çoxlu filmlərin çəkilməsi ilə möhkəmlənib.

Ədəbi dairələrdə hesab edilir ki, kommersiya uğuru ədəbi məhsulun bədii dəyər ölçüsü deyil və “bestseller” sözü az qala söyüş kimi səslənir. Maraqlıdır ki, bu suala təkcə nüfuzlu ədəbi mükafatlar alan yox, həm də oxucuların ürəyini fəth edən XXI əsrin Çimamanda Adiçi, Riçard Flenaqan, Donna Tartt kimi yazıçıları nə deyərdi.

***

Kinq mütəmadi yeni kitablar nəşr etdirir və oxuculara imza günü keçirir.

Lap əvvəldən Kinqi bəlli janrın yazıçısı hesab edirlər, əslində isə onun yaradıcılığı çox şaxəlidir. Triller, elmi fantastika və fentezidən başqa o, eyni zamanda tarixi fantastik romanlar (Yaxınlarda "11/22/63" romanını yazıb, burda Amerika prezidenti Con Kennedinin qətlinin qarşısını almaq məqsədilə zamana səyahət edir. Kitab nüfuzlu Amerika qəzeti “Los Angeles Times”in mükafatına layiq görülüb və “New York Times” versiyasına görə ilin on ən yaxşı kitab siyahısına daxil olub), vesternlər və qısa hekayələr yazır. Kinqin özünün dediyinə görə, o, janr müxtəlifliyi ilə heç olmasa özünə yazıçı kimi tükənmədiyini sübut edə bilir.

***

Kinq həmişə etiraf edib ki, nüfuzlu, əhəmiyyətli ədiblərin əsərlərindən ilhamlanır. Məsələn, onun “New Yorker” jurnalında çıxan və O. Henri mükafatı alan “Qara kostyumlu adam” hekayəsi XIX əsr Amerika yazıçısı Nataniel Gotorna sayğıdır. Söhbət Gotornun sıx meşəlikdə gənc adamın iblislə görüşü haqda novellasından gedir. Kinqin Edqar Allan Po ilə ruhi yaxınlığı ilk dəfə onun “Qocanın ürəyi” hekayəsində təzahür edib. O, hekayəni Ponun "Döyən ürək” hekayəsinin motivləri əsasında yazıb. Yazıçının 1987-ci ilə çapdan çıxan "Tomminokerlər” elmi-fantastik romanı isə həmvətəni Hovard Filipps Lavkraftın əsərlərinin təəssüratı altında yazılıb.

Bundan başqa Kinqin yaradıcılığına Corc Sonders, Karen Rassel, Karen Coy Fauler, Maykl Şeybo kimi orijinal yazıçılar da təsir edib. Adıçəkilən yazıçılar janrların sərhədlərini aşır, fentezidən çimçəşmədən horror ədəbiyyatının kanonlarını qəbul etsələr də, özünəxas məziyyətləri itirmirlər.

***

Bütün bunlar onu deməyə əsas verirmi ki, Kinqi ciddi qəbul etməyə dəyər?

Yəqin ki, bu sual noyabrda kitab mağazalarında onun yeni romanı “Canlanma” görünəndə yenidən gündəmə gələcək. Əsər iblislə saziş mövzusunu açır. Əsərin qəhrəmanları roker-narkoman və keşik simasında olan cəhənnəm bədheybətidir.

Beləliklə ciddi qəbul edək ya yox? Mən şərti olaraq bu suala müsbət cavab verərdim. Kinqə, texnologiyanın kitab qiraəti ənənələrini qeyri müəyyən şəkildə dəyişdiyi, kitab üçün mürəkkəb dövrdə milyonlara oxucunu cəlb etmək nəsib olur. O, ilk yazıçılardan biridir ki, yeni texnologiya ilə eksperimentə cəsarət edərək, internetdə roman felyetonlarını və ilk elektron kitabını yerləşdirdi.

***

Kinqin ən parlaq cəhəti əla təhkiyəçi olmağındadır. O, həqiqətin və yalanın, şərin və xeyrin qarşıdurması üzərində bütöv dünyalar yarada bilir. Yazıçı hamıya tanış ailə problemlərindən, gözlənilməzlik qarşısında qorxudan və doğma ruh tapmaq cəhdlərindən yazır.

Edamlar, ebola virusu, seriyalı qətllər, avtoqəzalar, ağlını itirmiş polislərin dinc əhaliyə güllə atması, kütləvi ölümlər, insanları elektron əlaqə vasitələri ilə qorxutmaq kimi dəhşətli xəbərlərin burulğanına düşdüyümüz vaxtda Kinqin müdhiş romanları ruhu təmizləyir və hətta nəsə bir düzən hissinə nail olmağa kömək edir.

Bəzən o, bəsit, dayaz olur, bəzən isə pərəstişkarlarını möhtəşəm qotik üslubla sevindirir.

***

Mən Kinqin ədəbi xidmətləri barədə Amerikanın Yel Universitetinin professoru, əfsanəvi tənqidçi və “Qərb kanonu” əsərinin müəllifi Harold Bluma sual verirəm. 2003-cü ildə Kinq, Amerika ədəbiyyatında əhəmiyyətli xidmətinə görə Milli Kitab Fondunun mükafatını alanda Blum yazıçının ünvanına sərt tənqidlər səsləndirdi. Blumun fikrincə, mükafatın Kinqə verilməsi bu iyrənc prosesdə mədəni həyatımızın çox satılan mallar səviyyəsinə kimi hörmətdən salınmasına doğru növbəti addımdır.

Keçmişdə Kinqi “bayağı dəhşət əsərləri müəllifi” adlandırmışdım, amma düşünürəm ki, bu, kifayət qədər yumşaq təyindir. Onun Edgar Allan Po ilə heç bir bağlantısı yoxdur. O, sadəcə, pis yazıçıdır, onun hər cümləsi, hər abzası və hər kitabı bu haqda deyir”.

***

Ötən ildən bəri Blumun fikrinin dəyişməsi mümkündürmü? Görünür, yox. “ Kinqin romanları-Folknerin, Prustun, Coysun, Henri Ceymsin və digər roman ustaları ilə tanış olan ciddi oxucunun diqqətinə layiq deyil”.

Eyni sualı əks janr düşərgəsinin nümayəndəsi, dəhşət romanları yazan məhsuldar amerikalı yazıçı Piter Strauba ünvanladım. Straubun artıq bu janrda xüsusi nailiyyətlərini qeyd edən bır yığın Brem Stoker mükafatı var, o, eyni zamanda bir neçə antologiyanın, həmçinin, Edgar Ponun uşaq hekayələrinin və Hovard Filipps Laverfaftın hekayə toplusunun redaktoru olub. Bu nəşrlər qeyri-kommersiya “Library of America” nəşriyyatında yayımlanıb.

Straub Kinqlə birlikdə “Talisman” (1984) və onun davamı olan “Qara ev” (2001) romanlarını yazıb.

"Kinqi Dikkens, Uilki Kollinz, Reymond Çandler, Brem Stoker, Konan Doyllə bir cərgəyə qoymaq olarmı” sualı qəribədir. Hərçənd, hansısa mənada Kinq əsər yazmağa başlayandan bəri bu sual verilir. 1970-ci illərin sonundan bu sual daha çox ritorik idi - öz özlüyündə güman etmək olar ki, cavab mənfidir.

Keyfiyyətli ədəbiyyata alışmayan geniş oxucu auditoriyasının təsəvvürlərinə hakim olan yazıçı ciddiliyə iddia edə bilməz. İndi Kinqin auditoriyası daha çox rəngarəngləşib. Kinqin pərəstişkarları həmişə onunla Dikkens arasındakı oxşarlığı seziblər. Getdikcə bu oxşarlıq daha qabarıq gözə çarpır. Hər iki romançının böyük populyarlığı və geniş biblioqrafiyası, kədərə, qroteskə zəifliyi, cəmiyyətin aşağı təbəqələrinə dərin marağı var və hər ikisini publika sevir.

***

Öz dövründə Dikkensi də tənqid edirdilər. Dikkens Corc Eliotun (bu təxəllüs altında ingilis yazıçısı Meri Enn Evans yazırdı) “hədsiz məşhurluğuna və əməyinə görə həm pul çox qazanmasına görə hücumuna məruz qalmışdı.”

Onun verdiyi sual Kinqi bu gün təqib edir:“İcazənizlə soruşum, kim cənab Dikkensi ciddi qəbul edir? Məgər onun mahiyyətcə melodramatik və sentimental fəndlərini qiymətləndirmək səfehlik deyil?”. Dikkens zamanın sınağından çıxdı. Bu gün heç kəs onun məziyyətlərinə etiraz eləmir. Və Kinqin yaxşı əsərləri də bizim mədəniyyətə o qədər daxil olub ki, görünür, onu da belə tale gözləyir.

Tərcümə etdi: Sevda Sultanova

news-inner-user

17094 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür
12:34 25 Noyabr 2020
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
12:08 25 Noyabr 2020
Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020
Azərbaycandakı dini rəhbərlər dağıdılan abidələrimizlə bağlı bəyanat verib
17:33 24 Noyabr 2020
Ermənilərin "əl gəzdirdiyi" Əsgəran qalası
17:05 24 Noyabr 2020
48-ci Beynəlxalq "Emmi" mükafatının qalibləri açıqlandı
16:23 24 Noyabr 2020
İbrahim İlyaslının yeni kitabı nəşr edildi - Foto
15:57 24 Noyabr 2020
Rəssamlar İttifaqı beynəlxalq müsabiqə elan etdi
15:21 24 Noyabr 2020
Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı– Kinomuzun Əhmədinin faciəvi həyatı
14:42 24 Noyabr 2020
Ağam şəhərim! Adam şəhərim! - Qulu Ağsəsdən Ağdam şeiri
14:01 24 Noyabr 2020
Məsciddə çəkilən fotoda ən incə məqam
13:16 24 Noyabr 2020
Sosial media mütəxəssisi: “Laykdan asılı vəziyyətə düşmək xəstəlikdir” – Müsahibə
12:40 24 Noyabr 2020