Amerikanı ifşa etdiyinə görə “acından ölən” DAHİ

Amerikanı ifşa etdiyinə görə “acından ölən” <span style="color:red;">DAHİ
17 noyabr 2014
# 16:13

Amerika yazıçısı Teodor Drayzeri sovet vaxtında çox nəşr ediblər. Hətta tənqidçilər yazırdılar ki, Drayzer Rusiyadakı Oktyabr inqilabının təsiri altında "Ernita", "Amerika faciəsi" və "Amerikanı xilas etmək" kimi əsərlərində sosializm reallığına yaxınlaşıb. İndi artıq heç kəs Drayzerin sosrealizmlə əlaqəsini yada salmır hər şeydən əvvəl o XX əsrin ən görkəmli realist yazıçısıdı.

Teodor Orta Qərbdə, İndiana ştatının Terra Xota şəhərciyində doğulub. Ailə, necə ki əvvəl deyirdilər, beynəlmiləl ailə idi, atası alman, anası isə slavyan mənşəli...

Ailə kasıb idi, buna görə gələcək yazıçı erkən yaşda sərbəst həyata başlamalı oldu. Teodor evi tərk etdr və qazanc dalıyca Çikaqoda gedir. Restoranda təmizlik işcisi, qabyuyan, dükanda fəhlə işləyir.

O, yaxşı təhsil almağı arzu edir, hətta İndiana Universitetinə daxil olur, fəlsəfəylə və ədəbiyyatla maraqlanır - amma pulun çatışmazlığına görə universiteti yarımçıq buraxır. Drayzer Çikaqoda qəzetə müxbir işinə düzəldi.

Romanlar yazmağa başlamazdan əvvəl o Çikaqo, Sent-Luis, Toledo, Klivlend, Buffalo, Pitsburq, Nyu-Yorka və sair şəhərlərə köçərək yazıçı müdhiş jurnalist məktəbi keçir ... Və bu şəhərlərdəki sosial parçalanmasını şəxsən müşahidə edir.

Fəlsəfəylə maraqlanan yazıçı Herbert Spenserin yazdıqlarına xüsusi diqqət yönəldir.

"Qaçışda qələbə ən sürətlinindi, mübarizədə - ən güclünündü".

Spenser biologizminin bu fəlsəfəsi uzun müddət yazıçını öz cazibə sahəsində saxladı.

Drayzerin birinci kitabı, 1900-cü ildə nəşr edilən - çox uğurlu debüt olan - "Kerri bacı" romanı oldu. Bu, kasıb fermerlər ailəsindən çıxan, Çikaqoya teatr ulduzu olmağı arzusu ilə gələn və arzusuna çatan, sadə amerikan qızı Karolina Miberin hekayəsidi. Amma yazıçı göstərir ki, bu uğur, patriarxal əxlaqdan, elementar insan təmizliyindən imtina etmək bahasına qazanılır. Bəli, o müvəffəqiyyətə çatır, amma bu müvəffəqiyyət bütün müqəddəs dəyərlər, Qersvudun ölümü bahasına ödənmişdir. Artıq Kerri uğura görə cəsədlərin üstündə yeriməyə hazırdır. Onun maddi firavanlığı var, amma Kerri şəxsiyyət kimi məğlub olur.

Yazıçının birinci romanını tənqidçi burjuaziya "əxlaqsız", müəllifi isə "gəncləri yoldan çıxaran" adlandırır. Hərçənd "Kerri bacı" romanında, pornoqrafik, hətta sərbəst, ədəbsiz heç bir şey yoxdu. Qəhrəmanın ilk günahı, onun bacısının simvolik yuxusu vasitəsilə təsvir edilmişdir. Minni yuxusunda quyuya yıxılan bacını xilas etməyə çalışır, amma bacarmır. Bacısını səsləyir, amma faydasız. "Ehtiyacın səsi onun əvəzinə cavab verir". Drayzer bu romanında göstərir ki, nə bahasına olursa-olsun məşhurluq arxasınca qaçmaq istedadı məhv edir. Burjuaziya tənqidi, əlbəttə, "müqəddəslərə" qarşı sui-qəsdlərə dözə bilmirdi, və "diskreditasiyaları" yazıçıya bağışlamadı. "Kerri bacı" romanı qadağan edildi, bütün tiraj nəşriyyatın zirzəmisində qaldı.

Amma Drayzer sınmadı. O çətin vəziyyətdə yaşayırdı - təsadüfi qazanclar qazanırdı, əşyalarını lombarda verirdi, aclıq çəkirdi, amma o özünün ətrafında gördüyü Amerika həyatı haqqında həqiqəti yazmağa davam edirdi.

"Kerri Bacı" romanı 1904-cü ildə Londonda dərc edildi və böyük müvəffəqiyyət qazandı. Artıq bundan sonra 1907-ci ildə ABŞ-da kitab Amerika oxucusuna yol tapdı.

Drayzerin növbəti əsəri "Djenni Qerhardt" romanı oldu. Əsərin süjeti sadədir – milyonçu oğlunun qulluqçuya sevgisi, iki ailənin - fəhlə Qerhardtın və milyonçu Keynin həyatı. Lester Keyn Djennini sevdi, amma ailə başçısı Arçibald Keyn qeyri bərabər nikaha qarşı çıxdı. Sonda ata mirasından məhrum edilmə təhdidi altında Lester Djennini tərk edir və milyonçunun dul qadınıyla evlənir. Yazıçı, adi mühitdən çıxan qızın "cəmiyyətin qaymaqları"ndan fərqli olaraq nə qədər əxlaqlı olduğunu göstərdi. Drayzerin yaradıcılığının növbəti mərhələsi, "Maliyyəçi", "Titan" və "Stoik" romanlarından ibarət "Arzunun trilogiyası" oldu.

XIX əsrin 60-80-cı illəri... O vaxt ki monopoliya və sindikatlar yaranmağa başladı... O vaxt ki Amerikanın əsl hökmdarları olmuş milyarderlər- Morqam, Rokfeller öz kapitallarının əsaslarını qoydular.

Vətəndaş müharibəsi gedir, sadə insanlar cəbhəyə yollanırlar, amma romanın qəhrəmanı Kaupervud həyasızcasına düşünür: "Qoy başqaları vuruşsun, dünyada güllə qarşısına atılmağa hazır kasıblar, sadəlövhlər və ağıldan kəmlər kifayətdir..."

Yazıcının növbəti əsərləri - burjuaziya cəmiyyətində incəsənətin deqradasiyası haqqında olan "Dahi" (1915) və Amerika varlığının "cəhənnəm və məhşəri" haqqında olan "Amerika faciəsi" (1925) oldu. Son roman haqlı olaraq şah əsər hesab edilir. Burda bütün tənqidçilər, hətta Drayzerin yaradıcılığının anti-burjuaziya istiqamətini qəbul etməyən tənqidçilər belə razılığa gəlir.

"Amerika faciəsi", küçə vaizlərinin oğulu olan, sıravi amerikalı Klayd Qriffitsin taleyindən danışır. Müəllif göstərir ki, saxta idealların dünyasında "ruhu xilas etmək" mümkün deyil. Və vaizlərin oğulu fani dünyanın, nəfs yolu ilə gedir, əxlaqı pozulur, namuslu həyat sürən Robertanı başdan çıxardır və sonda özünü və onu məhv edir. Amerikanın sosial quruluşunun eybəcər və dəhşətli üzü görünür.

Drayzerin romanlarını oxuyurkən, istəmədən indiki vəziyyəti düşünürsən - həyatın kapitallaşmasının həmənki dövrü, istənilən iyrənc üsulla qazanma cəhdi. Bəzi müasir yazıçılar bu haqda deməyə çalışırlar, amma hələlik Drayzerə bərabər istedad yoxdur.

Gülnaz

# 5547 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #