news-inner
clock09:45 calendar-gray 01 Noyabr 2014 view-gray2218 dəfə oxunub
view-gray2218 dəfə oxunub

Adamlar niyə faşist olur?

Kulis.az “Baxılası 50 film” layihəsində müasir dünya kinosunun parlaq müəlliflərindən biri, çoxsaylı mükafatlar alan avstriyalı rejissor Mixail Hanekenin (1942) “Ağ lent” dramını təqdim edir.

Haneke Münhendə aktyor ailəsində doğulub. İkinci Dünya Müharibəsi zamanı ailəsi Münheni tərk edərək Avstriyanın Viner Noyştadt şəhərinə köçür. O, Vyana universitetində fəlsəfəni, psixologiyanı, teatr sənətini öyrənir. 1967-70-ci illərdə alman telekanallarından birində redaktor işləyir, televiziya filmlərinə ssenari yazır, 8 telefilm çəkir. Eyni zamanda teatrda işləyir.

1989-cu ildə Haneke özünün ilk tammetrajlı filmini “Yeddinci kontinent”i lentə alır. Lokarno festivalında mükafat alan bu ekran işi gənc avstriyalı ailənin həyatının müxtəlif mərhələlərini təsvir edir. Sonda ailə üzvləri intihar edir. Rejissor səbəbləri açıqlamır, nəticə çıxarmağı tamaşaçının öhdəsinə buraxır.

Bu yanaşma onun üslubunun vacib elementlərindən biridir.

Haneke bu haqda deyir: “Suala cavab özünü interpretasiyaya aparır, filmlərimdə nə demək istədiyim barədə danışmağa həvəsli deyiləm, çünki onda insanlar yalnız mənim nəzər-nöqtəmi görəcəklər. Siz jurnalistlər mənim qaldırdığım suallara cavab istəyirsiz. Amma sualları tamaşaçıya ünvanlamalısız. Tamaşaçı suallarla özü məşğul olsun. Tamaşaçının interpretasiya imkanlarını məhdudlaşdırmaq istəmirəm. Film bir təklifdir və tamaşaçı bunla nəsə etməlidir”.

“Benninin videosu”nda (1992) valideynlərinin az diqqət yetirdiyi qəhrəman təminatlı ailədə yaşayır. O, həvəskar kamera ilə çəkilişlər edir və dəhşət filmlərinə baxır. Onun bu həvəsi real faciəyə gətirib çıxarır. Haneke video məhsullarının yeniyetmələrə təsiri problemini araşdırır.

Kann festivalında “Qızıl Palma budağına” nominant olan “Məzəli oyunlar” (1997) iki gəncin bir ailəyə zorakılığından bəhs edir. Kann festivalında ən çox müzakirə olunan bu filmin nümayişi zamanı etiraz olaraq çox tamaşaçı, o cümlədən, alman rejissoru Vim Venders zalı tək edir.

“Kodu naməlumdur” (2000) bir neçə əhvalatı danışır. Qəhrəmanların hamısı bir epizodda rastlaşır, sonra onların hər birinin öz hekayəti danışılır. Haneke hər səhnədə bir plandan istifadə edərək fraqmental təhkiyəyə üstünlük verib.

Kann festivalında üç mükafat alan “Pianoçu qadın” (2001) Nobel mükafatçısı Elfriede Jelinekin eyni adlı romanı əsasında çəkilib. Rejissor 40-45 yaşlı bakirənin fonunda Avstriya cəmiyyətinin problemlərinə işıq salır.

O, insanın tənhalaşması və yadlaşması probleminə, saxta burjua mühitinin klassik musiqiyə sevgisinin xəstəhal bir düşkünlüyə çevrilməsinə, onun cəmiyyəti az qala total əsarətində saxlamasına toxunur.

Ömrünü musiqiyə həsr edən və bu sənətdə bütün mümkün olan uğurları qazanan qadının son nəticədə başqaları ilə özü arasında dərin uçurum yaranır və o, real, gündəlik həyatın yaşantılarından, qayğılarından uzaq düşür: hər şeydən əvvəl isə normal insanın ehtiyacı olduğu kişi-qadın münasibətlərindən.

Post-apokaliptik elementlərin olduğu “Canavar günü” (2003) ekoloji qəzadan sonrakı Fransanın təsvir edir.

“Məxfi” (2005) ekzistensial kino-pritçasında

televiziyada ədəbi icmalı aparan Jorja, naməlum adam tərəfindən ailəsinin həyatını gizlin lentə almış videolar yollanır. Videolar getdikcə şəxsi xarakter alır.

Film elə qurulub ki, bəzən reallıqla videodakı görüntüsünü ayırmaq çətinləşir. Gərgin, dinamik ritmi olan filmin finalı açıqdır.

Kannda bir neçə mükafat alan “Məxfi” yenə burjua ailəsinin zahiri xoşbəxtliyinin saxta olduğunu göstərir.

Kannda “Qızıl Palma budağı” alan “Sevgi” (2012) isə kamera filmdir. Film iki qocanın həyatını anladır. Ann iflic olur, əri Jorj ona yardım edir. Əri qadını əzablardan qurtarmaq istəyir.

Haneke deyir: “Filmdə sevdiyim insanın iztirabları ilə necə davranmaq məsələsini qoyuram. Çünki oxşar vəziyyəti öz ailəmdə yaşamışam və çox mütəəssir olmuşdum. Beləcə bu haqda ətraflı düşünməyə başladım. Düşündükcə yaddaşımdan və fantaziyamdan bir şeylər ağlıma gəldi, meydana çıxan səhnələr bir anlam daşımağa başladı. Demək olar ki, hər bir ailədə belə vəziyyət olur. Yaşadıqlarım filmin çəkilməsinə təkan verdi”.

“Baxılası 50 film” layihəsində rejissorun 2000-ci illərin ən yaxşı filmləri siyahısına salınan, Kann festivalının baş mükafatını almış “Ağ lent” (2009) filmini təqdim edir.

Süjet: 1913-cü ilin Almaniyası. Sakit bir kənd təsviri. Günlərin birində kənddə naməlum adamların törətdiyi zorakı hadisələr baş verir. Hamı sərt qaydaları ilə fərqlənən yerli pastordan şübhələnir. Pastor uşaqların qoluna təmizliyin simvolu kimi ağ lent bağlayır. Amma uşaqların qəlbində buna etiraz kimi yalana, zorakılığa meyl yaranır. Gənc kənd müəllimi vəziyyəti araşdırmaq qərarına gəlir. Araşdırma zamanı hər kənd sakinin gizlinləri ortaya çıxır. Filmin sonunda Birinci Dünya Müharibəsinin başlanması məlum olur, cinayətkarlar isə tapılmır.

Mütəxəssislərə görə, Haneke zorakılıq mövzusunu daha qlobal Birinci Dünya Müharibəsinin nümunəsində araşdırır. Süjet tədricən inkişaf edir, rejissor gənc nəsil arasında zorakılığın doğuluşuna, bunun nəticəsi olaraq faşist diktaturasının qurulmasına eyham vurur.

Kino tənqidçiləri filmdə daha çox güclü operator işinə, dialoqa önəm versələr də, süjetdəki monotonluğu, müəllifi axıra qədər əhvalatı danışmamaqda tənqid ediblər.

Haneke film barədə deyir: “Mən “Ağ lenti” çəkəndə faşizmin necə doğulmasını göstərmək istəməmişəm. Sadəcə, Almaniyanın şimalında uşaq xorundan çəkmək istəmişəm. Məni uşaqlar maraqlandırır, çünki onlar cəmiyyət ierarxiyasının ən aşağı pilləsində yerləşirlər. Onları öyrətmək, tərbiyələndirmək və istədiyin kimi əsarətdə saxlamaq olar. Bu haqda düşünəndə anladım ki, bizim cəmiyyətin dramı nədədir: “Biz uşaqlara öz prinsiplərimizi öyrədirik, onlar bunu ideallaşdırır və sonda bizi onlara öyrətdiklərimizlə cəzalandırır. “Ağ lent” belə yarandı”.

Filmə burdan baxa bilərsiz.

Oxşar xəbərlər

Xəbər lenti

Eldar Quliyev dəfn olunub - Foto
15:43 18 Aprel 2021
Müharibədən əvvəl fotoqraf işləmiş Milli Qəhrəman: Film kimi həyat və filmin özü
10:30 18 Aprel 2021
Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021
Təzəpirdə sinə vurdu, qızlarına görə Moskvada yaşamaqdan imtina etdi, atası onunla işləmək istəmədi – Tanımadığımız Eldar Quliyev
15:01 16 Aprel 2021
Yazıçıya vəzifə verildi
14:47 16 Aprel 2021
Qarabağda qırılan tut ağaclarına elegiya
14:31 16 Aprel 2021
Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama
13:49 16 Aprel 2021
Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”
13:02 16 Aprel 2021