news-inner
clock17:38 calendar-gray 27 Oktyabr 2014 view-gray707 dəfə oxunub
view-gray707 dəfə oxunub

Ruslar “Məhəbbət əfsanəsi” haqqında nələr dedi?

Azərbaycanın xalq artisti, məşhur bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti yenidən Rusiyanın Bolşoy Teatrının repertuarına daxil edilib.

Oktyabrın 23-də əsər yeni redaktədə tamaşaçılara təqdim edib. Baletin quruluşçu xoreoqrafı Yuri Qriqoroviçdir. Səhnələr mərhum teatr rəssamı Simon Virsaladzenin eskizləri əsasında qurulub. Yeni quruluşda Fərhad rolunu Bolşoy Teatrın aparıcı solisti Denis Redkin, Şirin rolunu Rusiyanın əməkdar artisti Nina Kaptsova, Mehmanə Banu nu Svetlana Zaxarova ifa ediblər...

Kulis.az Rusiya mətbuatının balet haqqında yazdıqlarından seçmələri təqdim edir.

Gazeta.ru

Anna Qordeeva “Köhnə hisslərin premyerası”

...“Baletin musiqisi Bəstəkar Arif Məlikova aiddir. Arif Məlikov neçə-neçə maraqlı simfonik əsərlərin müəllifi olsa da, dünya miqyasında “Məhəbbət əfsanəsi” ilə şöhrət tapıb.

Xoreoqraf Yuriy Qriqoriyeviçdir. O Yuriy Qriqoriyeviç ki, Bolşoy teatrı 30 ildən artıq idarə etdi, istedadını itiləyə-itiləyə öz artistlərinə qarşı daha qəddar oldu, lap axırda Bolşoy teatrın başçısını Balaca Stalin də adlandırdılar.

Bu tamaşa dostluq və xoşbəxtlik içində yaradıldı, onun bu qədər yaxşı olmasının bir izahı da budur. Ilk dəfə “Məhəbbət əfsanə”sini tamaşaçılar 1961-ci ildə Marinski teatrında görmüşdülər, 4 il sonra onu Bolşoy teatra köçürdülər, o zamandan o afişadan düşmədi. Köhnə binanın bərpası zamanı belə tez-tez Kremldə göstərildi.

İndi, tarixi səhnənin repertuarı bərpa olunanda isə növbə “Məhəbbət əfsanəsi”nə də gəlib çıxdı. Bərpanı premyera adlandırsalar da xoreoqrafiyada demək olar ki, heç nə dəyişməyib.

Xoşbəxtlikdən dəyişməyib, ona görə xoşbəxtlikdən ki, bundan əvvəl redaktə etdiyi tamaşaları Yuriy Qreqoryeviç pisliyə doğru dəyişmişdi, quruluşda əməlli-başlı yamaqlar var idi.

“Məhəbbət əfsanəsi”nin redaksiyası”nda isə praktiki olaraq hər şey əvvəlki kimidir: Litavrların 5 zərbəsindən tutmuş (bu beş zərbə baletin 1961-ci ildəki quruluşunda iştirak etmiş 5 əsas insanı simvolizə edirdi: rejissor özü, Nazim Hikmət, Arif Məlikov, dirijor Niyazi və rəssam Simon Virsaladze) saray xidmətçilərinin marşına, məhəbbət monoloqlarına, suyun və odun rəqsinə kimi.

İştirakçılar dəyişib: Svetlana Zaxarova Məhmənə Banu rolunda səhnəyə çıxır. Klassik balerina istənilən baletdə istənilən melodramatik kolliziyanı azca soyuqlaşdıraraq Zaxarova “Əfsanə”ni “buzun çatlaması” əhvalatına çevirir. Qəhrəmanı ölkənin idarə edərkən, cadu olunarkən öz hisslərini saxlasa da rəssam Fərhadın onun bacısına vurulduğunu biləndə balerina- Mehmanə ağlagəlməz bir ifa təqdim edir. Ayaqlar yuxarı tuşlanır, sanki başının üstündəki nəyisə sındırmalıdır, bədənsə balerina Zaxarovanın harmonik aləti kimi məkanı “dağıdır”...

Vitbrussia.ru

“Risk sərhəddində balet”

Məhəbbət əfsanəsi” baletinin əsas partiyalarından birinin - Mehmanə Banunun ifaçısı Svetlana Zaxarova ilə müsahibədən:

...” -Svetlana, “Məhəbbət əfsanəsi” XX əsrin klassikası, Yuriy Qriqoriyeviçin titul baletlərindən biridir. Tamaşaya hazırlaşarkən hansı hissləri keçirirdiniz?

- Böyük xoşbəxtlik hissini. Bizim maestromuz Yuriy Nikolayeviç baleti özü bərpa edir. Onunla ünsiyyətdə olanda özünü tarixlə üz-üzə hiss edirsən. Baxmayaraq ki, “Məhəbbət əfsanəsi”ni yarım əsr qabaq hazırlamışdı, indi o, əsl sənətkar kimi öz “övladının qayğısına qalır”, işi davam etdirir. Müxtəlif dövrlərdəki quruluşlara baxsaq görərik ki, balet xeyli dəyişib. Bugünkü balet isə təkrar deyil, yeni redaktədən sonrakı quruluşdur. Tamaşa daha yığcam olub, dövrün tələbinə uyğun olaraq. Axı indi publikanın 4-5 saat çəkən opera və baleti dinləyəcək halı yoxdur. Amma bununla belə yeni versiyada əsas və tanış olan məqamlar saxlanılıb.

- “Məhəbbət əfsanəsi” öz zamanı üçün görünməmiş hissiyyat ötürürdü, xoreoqrafik dili, qeyri-adi tullanışıları, şpaqatları var idi...

- Orada həm də xüsusi əl plastikaları və pozalar var. Bunlar məhəbbət səhnələrinə böyük hissiyyat qazandırır. “Məhəbbət əfsanəsi” böyük məhəbbət, arzu, cazibə və nisgil barədə bir əhvalatdır. Biz qəhrəmanlarımızın keçirdiyi insani hisslər barədə bədən dili ilə danışırıq.

- Sizin qəhrəmanınız Məhmanə Banu necə bir insandır- əzab çəkən, qəddar?

- O, bədbəxtdir. Bütün əhvalat boyu o, bircə dəfə də gülümsəmir, çünki o, əvvəldən axıradək bədbəxtdir. Onun –yəni dolayısı ilə mənə insan gücünün tablamayacağı qədər gərginlik yaşamaq düşüb. Əvvəlcə onun acığı və qəzəbi bacısı Şirinin ölümcül xəstəliyinə dərman tapa bilməyən xidmətçilərinədir, sonra əzablı seçim və qurbanvermə gəlir - o, öz gözəlliyini sevimli bacısının həyatı üçün qurban verir. Amma daha sonra hər iki bacının vurulduğu gənc oğlan, gözəl olan bacını, yəni, Şirini seçir və Mehmənəyə ağrı, əzab və iztirab çəkmək qalır. Onun üzünü örtmək üçün maska geyindiyi anında keçirdiyi dəhşəti və kədəri ifadə etmək asan deyil. Bunu, mən də, tamaşaçılarda da hiss edirik...”

news-inner-user
Aliyə

997 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir? – Mütəxəssis rəyi
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020
Pula görə təhsilini yarımçıq qoydu, repressiyadan təsadüfən xilas oldu, xanımı başqa qadınla evlənməsini istədi – Üzeyir bəydən maraqlı faktlar
12:08 18 Sentyabr 2020
Müəlliməni intihara aparan səbəb
11:36 18 Sentyabr 2020
Musiqi Günü ilə bağlı elektron baza hazırlanıb - Link
11:02 18 Sentyabr 2020
Tanınmış yazıçı vəfat etdi
10:33 18 Sentyabr 2020
27 yaşda intihar edən müəlliməyə gecikmiş təsəlli
10:04 18 Sentyabr 2020