Bakirəlik yoxlanışından keçən Məryəmlər

Bakirəlik yoxlanışından keçən Məryəmlər
7 yanvar 2015
# 15:55

“Çalıquşu” filmində ucqar kəndə savad öyrətməyə gələn müəllimə Fəridə sinfə girib uşaqlarla tanış olur. Qızlar növbə ilə qalxıb yalnız 2 ad deyirlər: Zəhra, Aişə...

Filmdə bu kadrlar ucqar yerə savad və elmlə gələn qızın qarşısına ilk növbədə dini mövhumatın çıxacağına işarə edirdi. Bu kadrı Ədliyyə Nazirliyinin statistik məlumatı xatırlatdı. Məlumata görə, ötən il uşaqlara ən çox Yusif və Zəhra adları qoyulub. Bu xəbərin üzərindən son 15 ilin statistikasını nəzərdən keçirdik. Məlum olur ki, son illər dini motivli adlar çoxluğuna görə ilk üçlüyü müəyyən edir. Oğlanlarda Əli, Hüseyn, Məhəmməd qızlara isə Zəhra, Fatimə, Xədicə adları daha çox qoyulur. Son 15 ildə oğlanlara ən çox Murad, İsmayıl, Yusif, Kənan Nicat Nihad, qızlara isə Nərmin, Aişə, Aytac, Zeynəb, Nuray adları qoyulub.

90-cı illərdə millətçilik ruhlu adların çox qoyulması faktı da var.

Kolxoz, Sovxoz, Sovet, Mədəni, Konfet, Lapet, Traktor... Bu adları ötən əsrin əvvəllərində - Sovet quruculuq illərində valideynlər uşaqlarına qoyurdular. O uşaqlar böyüyüb kolxoz-sovxozun dağıldığını gördülər. Amma onlarla bir zamanda xeyli adamı Cəfər Cabbarlının qəhrəmanlarının adları ilə çağırırdılar. Yaşar, Aydın, Gündüz, Sevil, Yaxşı bu adlardan idi.

Xalq uşağına ad seçəndə haradan götürsün? Dindənmi? Ədəbiyyatdanmı? İctimai-sosial həyatdanmı? Yoxsa ata-babasının, ana, nənəsinin könlünü, ruhunu şad eləsin?

Görünəni odur ki, adamlar nicat gözlədiyi yerdən adlar seçirlər. Yeri gəlmişkən, Nicat adı da son 15 ilin kişi adları onluğunda tez-tez görünür.

Nə deməli? Müqəddəs kitabda yazılanlardan deyil, kitabın özündən –cildindən, kağızından, Allah sözü yazılmış boyunbağıdan, gümüşü Zülfüqar qılıncı təsvir olunmuş köynəkdən talisman kimi nicat gözləyən bu valideynlər uşaqlarına ad qoyanda o tarixi qəhrəmanlar kimi haqq yoluna “qılınc çəkməyi”, əzablara dözməyi, canından keçəcək qədər əqidəli olmağı arzulayırlarmı? Məryəm adı qoyduqları qızlarını toyda bakirəlik “yoxlanışından” keçirməyəcəklərmi?

Deyəsən yazının sonunda “Ölülər” pyesinə gəlib çıxırıq. Həm də absurd bir sualla: dirilmək bizə sərf edirmi?

# 2634 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #