Ermənilərdən üzr istəyənlərə

Ermənilərdən üzr istəyənlərə
9 aprel 2014
# 13:30

Fərid Mirzəyev yazır...

“Füzuli rayonunun işğalından 20 il ötür”, “Ağdam rayonunun işğalından 20 il ötür”, “Kəlbəcər rayonunun işğalından 21 il ötür” kimi qulağa gəlişi o qədər də xoş olmayan bu cümlələrin solunda, sağında, üstündə, altında nədənsə bir “Unutmaq olmaz” nidası da qoyuruq. Üzərindən qan damlayan “Unutmaq olmaz” nidası…

Əsir şəhərlərimizin unudulmamağı yolunda yol nişanlarında “Şuşa 404 km” yazmağa özümüzdə cəsarət tapdıq. Gec də olsa “Şuşa 404 km” yaza bildik, həm də ümidlə yazdıq, axı ümid ən son ölür. Bəlkə də evinin həsrətində olan bir şuşalı gecənin bir yarısı ailəsindən gizlin həmin yol nişanlarına baxa – baxa gedib cəbhədə dayanır, dayanır və başını rola söykəyib, uşaq kimi hönkürür. Gözünün suyu ağzının suyuna qarışır.

Lent.Az – da Vüsalə Məmmədovanın hazırladığı "Ananın son sözü, əsirlikdə bacı ilə görüş, 12 yaşlı qardaş son nəfəsdə..." yazısını oxuyan 16 min 132 nəfərin də gözünün suyu ağzının suyuna qarışıb bəlkə də…

II hissəli “Əsir düşərgəsi” mənə tərs şapalaq təsiri bağışladı desəm, yəqin ifrata varmış olmaram.

Müşfiq Əliyevin timsalında erməni əsirliyində başına olmazın işlər gətirilən soydaşlarımızın taleyini düşündüm. Düşündüm, bir xeyli düşündüm, həm də xatırladım. Sən demə Müşfiq Əliyev Ağdamı ev – ev, kərpic – kərpic sökən zaman mən ilk dəfə orta məktəbə gedib “Azərbaycan” şeirini söyləmişəm. Daha xatırlamaq istəmirəm. Bu qədəri yetər.

Erix Mariya Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanında Paul Boymer səngərdə öldürdüyü fransız əsgərinin başında oturub onun ailəsini düşünməyə başlayır, həmin əsgərin ailəsini tapıb onlardan üzr istəmək istəyir. Görəsən Müşfiqə işgəncə verən ermənilərdən heç olmasa bir nəfəri Müşfiqin ailəsini, yaxınlarını düşünmüşdümü? Nəsə elə üzrü biz istəyirik...

Necə də rahat imiş, ermənilərlə birlikdə yaşamağı təklif etmək, necə də rahat imiş ermənilərdən üzr istəmək. Müşfiq isə bu təklifləri edənləri heç vaxt bağışlamayacağını deyir. Nə deməlidir ki?

# 4268 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #