Bədbəxtliyimiz tanrı payı

Bədbəxtliyimiz tanrı payı
9 fevral 2013
# 08:15

Quşların dağılmayan yuvası

Esse

Yılmaz Erdoğan üçün

Ev dağılmasını Allah heç kəsə göstərməsin. Ev dağılmasının nə olduğunu yaxşı bilirəm. Qalın özüllü, iki qat divarlı evim “dağılıb”. O evdən mən də, mənə aid olan insanlar da perik düşmüşük. Bamayaraq ki, evimin özülü “möhkəm” idi, divarlar da təkqat deyildi. Dünya belə dünyadı, dağıdanda, zəlzələsiz-vəlvələsiz dağıda da bilir.

...Hərdən dağılmış evimin həyətinə gəlir və uzun-uzadı evimə baxır, bütün olanlara başımı bulayıram. Bütün bu acı mənzərəni seyr edə-edə yadıma həyətimizdə qəfil əsən küləkdən sonra dağılan sərçə yuvaları düşür. O vaxt yerdən çöpləri yığır və quşların yuvalarını yenidən qururdum.

Quşların da qəribə adətləri var: yuvalarından balaları düşməsə yuvaya qayıtmırlar. Qayıtsalar belə balalarını götürüb uçurlar. Balasını dimdiyinə götürüb uçan quşun səmada necə şəstlə uçmasına və yuvasının dağılmasını vecinə də almamasına həmişə heyrət eləmişəm.

Düşünürəm ki, quşun quş, insanın da insan ömrü var, amma sonradan quşun yuvasının dağılmasının “quş ailəsi”nə niyə təsir etməməsini özümçün dəqiqləşdirdim. Çünki quşlar öz yuvalarını təbiətə, təbiət qanunlarına qurban verə bilirlər, quşlar təbiətdən gələni Tanrıdan gələn hesab edirlər, ona görə də onların yuvası heç vaxt dağılmır, dağılsa da yenidən qura bilirlər.

Amma biz insanlar başımıza gələni, gətiriləni daim insandan bilirik, tale və Tanrı payı kimi qəbul edə bilmirik, nəticədə də düşmən oluruq. Ona görə də bizim evimiz, yuvamız dağılır, sonradan da heç vaxt qura bilmirik.

# 5367 dəfə oxunub

Oxşar xəbərlər

Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

İndiki yazıların çoxunu o qəzet-jurnalların qapısından buraxmazdılar - Fəxri Uğurlu

10:00 26 aprel 2025
Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
# # #