Biri “dur” desin
4 oktyabr 2012
05:00
Göz həkiminə getmişdik. Bir otaqda üç həkim çalışırdı. Bura bir oğlan gəldi. Sürücülük vəsiqəsi alması üçün göz müayinəsinə gəldiyi məlum oldu. İşarələr olan jurnalı açıq masanın üzərinə qoydular və oğlandan bir-bir işarələri soruşdular. Tam ciddi deyirəm, oğlan jurnaldakı heç bir işarəni görə bilmədi. İşarələrin hansı rəng olduğunu soruşdular. Sadəcə bir rəngi seçə bildi, “qırmızıdır”,- dedi. Onu da həkim bəyənmədi və dedi: “Yox e, kök rəngidir də, çəhrayı”. Həkim oğlandan soruşdu: “Yaxını görmürsən axı, sən”. Oğlandan qabaq atası soyuqqanlılıqla dedi: “Maşın sürür e, sadəcə sürücülük vəsiqəsi yoxdur. İndi də sürücülük vəsiqəsi üçün göz müayinəsinə gəlmişik”.
***
Evdən çıxanda sevdiklərinizlə sağollaşın, onlara nə demək istəyirsinizsə deyin, sonra evdən çıxın. Mindiyiniz avtobus aşa, maşınınızla təyyarə toqquşa, başınıza zibil torbası düşə, mindiyiniz avtobus qatarla da toqquşa bilər. Qəzəbli bir dönər satanın bıçağı ilə sizi dönərlik ətə çevirməsi də mümkündür. Sehrli papaqdan göyərçin çıxacağını gözlədiyiniz vaxt, dovşan çıxa bilər yəni.
Avtobusun bir tərəfi yerə dəyənə kimi sərnişin götürən, avtobusun dolu olduğunu gördüyü halda avtobus pilləkənində gedərəm deyə düşünüb güclə avtobusa minən insanlar olduqca...
Həmin avtobusu saxlayıb sürücünü cəzalandıracaq, nə etdiyini soruşacaq bir nəfər olmadıqca, həmin sürücüyə irad bildirən sərnişin olmadıqca...
Sərnişinlərin o avtobusdakı tək dərdi oturacaq davasıdırsa, avtobusun bir tərəfinin əyilməyinə “İndi aşacaq e!” deməkdən başqa heç nə etməyən sərnişinlər varsa,
Hər istəyənə sürücülük vəsiqəsi verənlər, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlərə göz yumanlar, insanların psixoloji durumunu yoxlamadan onları işə götürənlər olduqca...
Çətin ki ruhunuz bədəninizdən çıxmaq üçün orqanlarınızın istifadə tarixinin bitməyini gözləsin. Bu qorxuya, bu əsəb, bu stressə dözməz, varını-yoxunu alıb tərk edər adamı elə oradaca.
Avtobusda addım atmağa yer saxlamayan sürücülər və insan həyatına dəyər verməyənlər varsa, ölümün hər növünü dada bilərik, bircə normal ölümdən başqa.
Avtobus sürücülərdən öyrəndim; həyatımızı evdən çıxandan sonra özümüz idarə etmirik, ömrümüz bizim deyil. Bizdə olan, amma bizim olmayan tək şey bəlkə də həyatımızdır. Nəinki evdən çıxandan sonra, evdə belə həyatımız tam bizə aid deyil-hər an qonşuda qaz partlayar, gülüşümüzün bitməyini gözləmədən zəlzələ ola bilər və ölərik. Çölə çıxanda ictimai nəqliyyatdan istifadə edirik, şəxsi maşınımızla harasa gedirik, ancaq kim deyə bilər ki, atası “Maşın sürür e, sadəcə sürücülük vəsiqəsi yoxdur” deyən bir oğulun maşının altında ayaqqabımız, yerdə izimiz qalmayacaq?
Həyatımız sürücüdən asılıdır artıq, maşını istədiyi kimi sürər, sərxoş halda sükana əyləşər, özü bilər, qazanacağı puldan, tələsdiyi görüşdən daha vacibdir həyatımız? Düz deyiblər, bir gerçək var, o da ölümdür. Qaça-qaça getsən də, uzaqlaşmaq istəsən də tək yaxınlaşdığın odur. Biri bunlara dur desin!

1167 dəfə oxunub
Oxşar xəbərlər
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı
13:20
7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?
17:00
15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub
11:30
23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi
12:00
19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?
13:14
14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə
15:00
26 avqust 2024