Tərsa balası - Məhəmmədhüseyn Şəhriyar

Tərsa balası - Məhəmmədhüseyn Şəhriyar
28 aprel 2026
# 11:23

Kulis.az Məhəmmədhüseyn Şəhriyarın "Tərsa balası" şeirini təqdim edir.

Getmə, tərsa balası, mən də sənə dayə gəlim,
Damənindən yapışım, mən də kəlisaya gəlim.

Ya sən İslamı qəbul eylə mənim dinimə gəl,
Ya da təlim elə mən Məzhəbi-İsayə gəlim.

İzn ver toy gecəsi mən də sənə dayə gəlim,
El qatanda sənə məşşatə təmaşayə gəlim.

Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol,
İzn ver, mən də dalınca sürünüb sayə gəlim.

Mənə də baxdın o şəhla gözlə, mən qaragün
Cürətim olmadı bir kəlmə təmənnayə gəlim.

Mən cəhənnəmdə də baş yastığa qoysam sənlə,
Heç ayılmam ki, durub cənnəti-məvayə gəlim.

Nənə qarnında sənlə əkiz olsaydım mən,
İstəməzdim doğulub birdə bu dünyayə gəlim.

Sən yatıb cənnəti röyadə görəndə gecələr
Mən də cənnətdə quş ollam ki, o röyayə gəlim.

Qıtlıq illər yağışıtək quruyub göz yaşımız,
Kuye-eşqində gərək birdə müsəllayə gəlim.

Sən də səhrayə marallar kimi bir çıx, nə olur ki.
Mən də bir seyrə çıxanlar kimi səhrayə gəlim.

Allahından sən əgər qorxmayıb olsan tərsa,
Gorxaram mən də dönüb dini məsihayə gəlim.

Şeyx Sənan kimi donquz otarıb illərcə
Səni bir görmək üçün məbəde-tərsayə gəlim.

Yox sənəm! anlamadım, anlamadım, haşa mən,
Buraxım məscidimi, sənlə kelisayə gəlim?!

Gəl çıxaq Ture-təcəllayə, sən ol celveye-tur,
Mən də Musa kimi, o turə təcəllayə gəlim.

Şirdir Şəhriyar-ın şeri, əlində şəmşir,
Kim deyir mən belə sir ilə dəvayə gəlim?

# 1478 dəfə oxunub

Oxşar xəbərlər

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

15:00 9 oktyabr 2026
Bizə "ölümün adamları" deyirlər...  - Məşhur seneqallı şairdən şeir

Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir

14:00 9 oktyabr 2026
"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

"Necə gedir həyat, çabalayırsız?"- Marina Svetayeva

12:00 8 oktyabr 2026
“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

“Mənə o dibçəyi ver, bir də akvariumu...” - Mətləb Ağanın yeni şeirləri

11:00 8 oktyabr 2026
“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

“Torpağın ayaq altdan qaçdığı o yerdəyəm” - Qönçəgül Kamalqızının şeirləri

10:30 7 oktyabr 2026
"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

"Sözlərə bürünəcəyəm ala-bəzək otlar kimi..." - Alfred Tennison

15:30 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər