Qadınlara yaltaqlanan şairlər

Qadınlara yaltaqlanan şairlər
10 sentyabr 2011
# 23:10
Çox ciddi şeylərdən danışırıq, yazırıq.
İndi də bir az ədəbi küfrlə məşğul olaq.
Yazı həm də oxucunu əyləndirməlidir, bunu unuduruq bəzən.
Füzuli yazırdı: “Aldanma şair sözü əlbəttə yalandır”.
Böyük şair bunu yazsa da belə idi, yazmasa da.
Amma etiraf edirsə, sağ olsun, məkanı cənnət olsun.
Şairlərin qadına münasibətdə yaltaqlığından yazacağam.
Nə deyir, Salam Sarvan: “ənənəvi sevgi şerimizdə şairlər qadına ancaq sığal çəkməklə məşğul olub.”
Qadınlar haqda ən zərif sözləri yazıblar, onları ağlatmağın cəzasının cəhənnəm olduğunu deyiblər, amma özləri də az aşın duzu olmayıblar.

Yaltaq şairlər

Atilla İlhan bir müsahibəsində xanımının onu “duyğusuz” adlandırdığını deyirdi və əlavə edirdi: “Amma mən Türkiyənin ən duyğulu şairi idim”.
Üç dəfə evlənmişdi Atilla İlhan.
İki dəfə ayrıldı, göz yaşları içində buraxdı iki qadını.
Bəs şairin arxasında qalan dağınıq yataqlar sayılmaqla bitərmi?
Öz qoxusunu buraxdığı qadınlara bir nigah kağızı belə verməmişdi.
Amma duyğulu şeirlər yazırdı.
“Uzak br telefonda ağlayan genc kadın”…
Neçəsini ağlatmışdı kim bilir?
Ya da Camal Süreyya…
Qızlar dərdindən dəli-divanə idilər.
Üç dəfə evləndi, dəli-divanələri də unutmadı, onlara da humanitar yardım göstərirdi.
Əziz Nesin də elə deyildimi?
Avtobioqrafik əsərlərində onlarla qızdan danışır.
Amma “bir kadını ağlatmaq çətindir” şeirini yazırdı.
“Amma bir qadını ürəkdən ağlatmaq çətindir. Bir qadın ürəkdən ağlayırsa, ağladan onun ürəyinə çatıb demək”.
Qısası, gözəl sözlər və əzablı xəyanətlər...

Niyə aldadırlar ki?

Bu sualın cavabı asandır.
Həm də çox asan.
Füzuli şair sözünə aldanmamağa çağırırdı.
Şairlər isə yazmaqla aldadırlar, qadını əldə edirlər, sonra isə yeni bir qadını aldadırlar.
Bu həlqə uzandıqca uzanır.
Şairin ölümü ilə bu həlqənin qapandığını düşünməyin.
Onların şeirləri sonrakı nəsillər üçün də xammaldır.
Özlərindən sonra da bu şeirlər aldatma üçün vasitədir, tovlamaq üçün tələdir.
Yazıq Nitsşe cəmi bir dəfə qadınla olmuşdu, onda da xəstəlik tapdı.
Bu gün isə o yazığın aforizmlərindən qızların diqqətini çəkmək istəyən oğlanlar gen-bol istifadə edirlər.
Uzun sözün kəsəsi: Davam edir 37

Kəsəmənli böyüklüyü

Nüsrət Kəsəmənli şəxsi həyatında adı çəkilən şairlərdən fərqlənmirdi.
Amma o özündə cəsarət tapıb xanımında ithaf etdiyi şeirdə bu misraları yazmışdı:
“Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin....”
Bəli, xəyanətini şeirində etiraf edirdi şair.
Daha biriləri kimi qadınların gözündən sellər axıdıb “bir qadını ağlatmaq” şeirini yazmırdı.
# 2863 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #