Üzeyir bəy və Cəlil Məmmədquluzadənin bozbaş bişirməkliyi

Üzeyir bəy və Cəlil Məmmədquluzadənin bozbaş bişirməkliyi
28 iyul 2011
# 13:54
Yazıçılar haqda maqazin xəbərlərini çox sevirəm.

Müasir dünyada maqazinləşmə sürətlə getdiyindən yazıçılar da bu prosesə cəlb olunur.

Yalnız aktyorlar yox, Orxan Pamuk da sevgilisi ilə paparatsilərə görüntülənir.

Filosof Zizek bir anda bütün dünyada məşhurlaşır, çünki onun sevgilisinin Lady Gaga olduğunu yazıblar.

Selincerin Kulis-də yayınladığımız bir müsahibəsində demişdi ki, özünə hörmət edən yazıçı avtoqraf verməməlidir.

Yazıçı fikrini belə izah edirdi:

“Aktyorların avtoqraf vermələri qəbulolunandır, çünki onların verə biləcəyi yeganə şey sifətləri və adlarıdır. Lakin yazıçılarda vəziyyət tam fərqlidir. Onlar əsərlər yazırlar. Bu səbəbdən də düşünürəm ki, imza əsərlə müqayisədə çox cılız görünür”.

Özü də bu etiqadına sona qədər əməl edən Selincer ömrünün son 50 ilini tənhalıqda keçirtdi.

Selincer fərdi nümunə yaratdı, lakin onun gücü maqazinləşmənin qüdrəti qarşısında bir heçdən ibarət idi.

Onun hətta məktublarını da icazəsiz çap etdilər.

Yazıçı nəşriyyatın əleyhinə məhkəmədə iddia qaldırdı.

Maqazinləşmənin tamamilə mənfi bir təmayül olduğunu iddia etmirəm.

Maqazin də xəbərdir, gələcək araşdırmaçılar üçün fakturadır.

Bu gün də bir maqazin xəbəri yazmaq istəyirəm.

Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyov birgə piknikə gediblər.

Piknik Gürcüstanın Bakuriani meşəsində olub.

Üzeyir bəy qardaşı ilə, Cəlil Məmmədquluzadə öz ailəsi ilə.

Bəstəkarla yazıçı əvvəlcə gedib odun yığırlar.

Sonra üç daş tapıb üstündə bozbaş bişirməyə başlayırlar.

Cəlil Məmmədquluzadə bozbaşın dadına baxıb deyir ki, ömründə bu cür dadlı bozbaş yeməyib.

Hamı acdır, süfrə açılır, göyərti, çörək düzülür.

Birdən kimsə qazanın altındakı daşa toxunur, “ətirli bozbaş qazanı böyrü üstə yıxılır”.

Hadisənin canlı şahidi olan Həmidə xanım Məmmədquluzadənin xatirələrində yer alan bu hadisəni yazmağımın məqsədi nədir?

Bizdə həmişə yazıçıları yazı masasının arxasında təsvir ediblər.

Lakin iki dahinin birgə bozbaş bişirməsi daha gözəl deyilmi?
# 2349 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #