Musiqili Teatrın dörd aylıq repertuarı

Musiqili Teatrın dörd aylıq repertuarı
17 sentyabr 2024
# 17:32

Kulis.az Azərbaycan Dövlət Akademik Musiqili Teatrının bədii şurası 115-ci mövsümün ilk dörd ayı üçün nəzərdə tutulan repertuarı təqdim edir.

Mövsüm 18 Sentyabr – Milli Musiqi Günündə “Üzeyir Hacıbəyli Həftəsi” çərçivəsində göstəriləcək “O olmasın, bu olsun” tamaşası ilə açılacaq. Beş gün davam edəcək layihədə bir-birinin ardınca dahi bəstəkarın ölməz əsərləri – “Leyli və Məcnun”, “Arşın mal alan”, “Ər və arvad” oynanılacaq. Dörd ay ərzində tamaşaçılar teatrın sevilən aktyorlarının ifasında “Adamın adamı”, “Qadınım”, “Paris Notr-Dama ithaf”, “Bəxtiyar”, “Sevənlərindir dünya”, "Toya bir gün qalmış”, "Qızıl toy”, "Kimdir müqəssir?”, “Beş manatlıq gəlin”, “Molla Nəsrəddinin beş arvadı”, “Bir nəfəs qədər”, “Mən dəyərəm min cavana”, “Baladadaşın toy hamamı”, “Amerikalı kürəkən”, “Utancaq qız” və digər tamaşalara baxa biləcəklər. Bundan əlavə, teatrsevərlərə rus dilində “Lara Martin’s Jazz Club”, “Aysedora”, “Nəğməmə inan”, “Qafqazlı qardaşqızı”, “Fransız sayağı qarnir”, “Silva”, ingilis dilində isə “Anamın kitabı” tamaşaları təqdim olunacaq. Yaradıcı kollektiv, həmçinin balaca tamaşaçıların görüşünə ana dilimizdə “Meşə çaqqalsız olmaz”, "Dəcəl çəpişlər”, “Düyməcik”, rus dilində “Qoğalın macərası”, “Yağış göbələyinin macərası”, “Bir dayan, canavar!”, eləcə də hər iki dildə hazırlanan “Qırmızı papaq” və “İki küpəgirən qarı” nağıl-tamaşaları ilə gələcək.

Teatrın yaradıcı heyəti il boyu həm ölkədaxili, həm də xarici ölkələrə qastrol səfərlərinə getməyi, müxtəlif beynəlxalq festivallarda iştirak etməyi planlaşdırıb. Belə ki, sentyabrın 21-də vokal ifaçısı Rauf Babayev Qazaxıstanın Qaraqanda şəhərində keçiriləcək “DosStar” XIII Acıq Operetta və Müzıkl Festivalında həm məşhur macar bəstəkarı Emre Kalmanın “Sirk Şahzadəsi” operettasında Toni obrazını canlandıracaq, həm də festivalın qala konsertində iştirak edəcək.

Qeyd edək ki, Yeni il bayramı münasibətilə azyaşlı tamaşaçıları maraqlı şənlik-tamaşalar gözləyir.

# 1973 dəfə oxunub

Oxşar xəbərlər

Heydər Əliyev Sarayında “Qu gölü"

Heydər Əliyev Sarayında “Qu gölü"

17:03 24 dekabr 2025
“Büllur başmaq”  tamaşasının premyerası keçirildi

“Büllur başmaq” tamaşasının premyerası keçirildi

12:26 22 dekabr 2025
"Qaraca qız"ın  premyerası olub

"Qaraca qız"ın premyerası olub

11:41 22 dekabr 2025
Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

Azərbaycan və Çin teatrları əməkdaşlığa başlayır

13:00 18 dekabr 2025
Sumqayıt Teatrı  “Varlı ev”i təqdim etdi

Sumqayıt Teatrı “Varlı ev”i təqdim etdi

13:20 16 dekabr 2025
“Eynək” İncəsənət Studiyası  ilk tamaşasını təqdim etdi

“Eynək” İncəsənət Studiyası ilk tamaşasını təqdim etdi

17:02 11 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər