Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”

Musiqili Teatrda yeni tamaşa: “Balaca şahzadə”
2 iyun 2026
# 12:00

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alona Əliyeva tamaşanı izləyiblər.

Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan səhnə əsəri əyləncəli olmaqla yanaşı, dərin məna kəsb edir.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, səhnələşdirəni yazıçı-publisist İlqar Fəhmi, bəstəkarı Ruslan Ağababayev, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiyanın Əməkdar incəsənət xadimi Sergey Qritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Səhnə əsərində teatrın aktyorları Faiq Mirzəyev (Kral), Əmrah Dadaşov (Pilot), Hüseyn Əlili (Aydın), Rauf Babayev (Kommersant), Ruslan Mürsəlov (Tülkü), Zaur Əliyev (Dərviş), Nuray Məmmədzadə (Qızılgül), Murad Əliyev (Şoumen), həmçinin balet artistləri iştirak ediblər. Balaca şahzadə obrazını isə 44 günlük Vətən müharibəsi şəhidi Telman Kəlbiyevin övladı Elcan Kəlbiyev canlandırıb.

Qeyd edək ki, əsər 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəstəyi ilə səhnəyə qoyulub.

# 1408 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər