Cümhuriyyət dövründə baş vermiş 10 mədəni hadisə  - SİYAHI

<b>Cümhuriyyət dövründə baş vermiş 10 mədəni hadisə  - <span style="color:red;">SİYAHI </b>
28 may 2018
# 13:20

Azərbaycan Kulis.az Azərbaycan Cümhuriyyəti dövründə baş vermiş 10 mədəni hadisəni təqdim edir.

1. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi.

2. Dövlət Teatrının pərdələri ilk dəfə 1918 il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açıldı. Dövlət teatrının direktoru Zülfüqar Hacıbəyov idi.

3. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 1918-ci ildə Qazaxa köçürüldü.

4. Mətbuat haqqında qanunun yaradılması da Cümhuriyyət dövrünün ən yadda qalan hadisələrindən biri oldu. Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi.

5. 1919-cu ilin mart ayında Hüseyn Ərəblinskinin öldürülməsi.

6. 1919-cu ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin 1-ci ildönümü gününün təntənə ilə bayram edilməsi lentə alınaraq “Azərbaycan müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı sənədli filmi çəkildi. Film iyunun 13-də Bakının “Ekspress” və “Rekord”, bir qədər sonra “Forum” kinoteatrında nümayiş etdirildi.

7. 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamenti Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul etdi və həmin ayın 29-da Bakı Dövlət Universitetinin nizamnaməsi qəbul edildi.

8. Azərbaycanda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması da Cümhuriyyət dövrünə təsadüf edir.

9. "Leyli və Məcnun" operasının tamaşaya qoyulduğu 1908 il, yanvarın 12-i tarixi Azərbaycan musiqisi tarixində milli Azərbaycan operasının yarandığı gün kimi ədəbiləşdirildi.

10. 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi. 1992-ci il mayın 27-də "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanununa əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.

# 3060 dəfə oxunub

Oxşar xəbərlər

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

10:00 23 dekabr 2025
"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

12:00 22 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

12:00 18 dekabr 2025
İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

12:00 17 dekabr 2025
Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər