Ürəyi xalqı ilə döyünən alim

Ürəyi xalqı ilə döyünən alim
23 aprel 2018
# 17:43

Böyük alim və tənqidçi, görkəmli ictimai-siyasi xadim, Turan Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri, filologiya elmləri doktoru, professor Əjdər İsmayılovun 80 illik yubileyi tamam olur. Öz geniş tədqiqat əsərləri ilə erməni yalanlarını dünya ictimaiyyətinə çatdıran və ermənilərin tarixi saxlataşdırmaq cəhdlərinə qarşı zəngin əsərlərin müəllifi Əjdər İsmayılov elm fədaisi olan alimlərimizdəndir.

Ömrünün böyük hissəsini elm yolunda qurban verən alim Azərbaycanımızın dilbər güşəsi olan Naxçıvanın sayılıb seçilən, zəngin soy-kökünə sahib bir nəslin nümayənsidir. O, tanınmış ictimai xadim  Məşədi Mahmud İsmayılovun nəvəsi, istiqlalçı, partizan, "Qırmızı tabor"un komandirlərindən olan Tağı İsmayılovun oğlu, pedaqoq, hidro meliorator mühəndis Həsən İsmayılovun qardaşıdır.

Əjdər İsmayılov ömrü boyu vətənə, xalqa ləyaqətlə xidmət etməyi özünün ilk növbədə vətəndaşlıq borcu hesab edir. Buna baxmayaraq özü şəxsən heç vaxt yüksək vəzifələrə yiyələnmək arzusunda olmayıb. O, elm və maarif yolunu seçdi. Bu, yəqin ki onun üçün ən doğru seçim oldu. Çünki atalar sözü var: “Qələm qılıncdan itidir”. “Atalar” isə heç vaxt yanılmır. Ələlxüsus söhbət Əjdər müəllimin qələmindən gedirsə.

Əbəs deyil ki, bu gün Azərbaycan tarix və ədəbiyyatşünaslığında erməni yalanlarını ifşa edən, erməni tarixşünaslığının yalanlar üzərində qurulmasını və sadə bir mif olmasını beynəlxalq aləmə bəyan edən mötəbər əsərlər onun qələmindən çıxıb. Əjdər İsmayılovun müəllifi olduğu "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kitablar müasir dövrdə erməni yalanlarına, onların tarixi Azərbaycan torpaqlarına köçürülməsini tarixi sənədlərlə sübut edən qarşı ən tutarlı mənbələrdəndir.

Azərbaycan ədəbiyyatına dəyərli töhfələr bəxş edən professor Əjdər İsmayılov eyni zamanda Azərbaycan ədəbiyyatında Hüseyn Cavidin ədəbi irsini mükəmməl araşdıran bir alim kimi tanınır. Onun "Dünya romantizm ənənəsı və Hüseyn Cavid", "Azərbaycan sovet Ədəbiyyatında Hüseyn Cavid ənənələri", "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" kitabları oxucular, o cümlədən cavidşünaslar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Əjdər İsmayılov ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən ağır ictimai-siyasi mübarizədə ümummilli lider Heydər Əliyevin daima yanında olmuş və xalqın azadlığı uğrunda mübarizə aparmışdır. O, eyni zamanda məşhur "91-lər"dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarından sayılır. Professorun elmi və ictimai-siyasi fəaliyyəti həmişə yüksək qiymətləndirilib və bu fəaliyyətlərinə görə cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Tərəqqi” medalına da layiq görülüb.

Ömrünün bu çağında professor özünə yalnız Allahdan pay olan ömür-gün arzu edir. Çünki görüləcək işlər, yazılacaq kitablar, deyiləcək sözlər hələ çoxdur. Biz də sizə uzun ömür və can sağlığı arzu edirik Əjdər müəllim. 80 nədi? Hələ bunun 90-ı var 100-ü var! Yaşınız mübarək böyük alimimiz.

# 2331 dəfə oxunub

Oxşar xəbərlər

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

"Sovet rejimi yəhudi beyni, çin süngüsü və rus axmaqlığı ilə qorunur" - Nağı bəy Şeyxzamanlı

12:33 7 iyul 2026
Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

Nəriman Nərimanovun evində böyüyən, Bağırovun repressiyadan xilas etdiyi əfsanə - İlk qadın təyyarəçimizin ən böyük sirri

14:00 4 iyul 2026
Repressiya qurbanı,  yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

Repressiya qurbanı, yoxsa repressiya iştirakçısı? – Ayna Sultanovanın müəmmalı taleyi

12:00 3 iyul 2026
Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

Xiyabaninin davamçısı, Təbrizin son ümidi - Pişəvəri necə milyonların qəhrəmanına çevrildi?

10:00 11 iyun 2026
Erməni  müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

Erməni müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

14:00 1 iyun 2026
"Artıq meydanda heç bir bəhanə qalmadı..."  - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

"Artıq meydanda heç bir bəhanə qalmadı..." - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

12:00 31 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər