Ölüm tarixini hesablayan alim – Hansı gündə öləcəyimizi necə hesablaya bilərik?

Abraham de Moivre, riyaziyyatçı

Abraham de Moivre, riyaziyyatçı

11 avqust 2022
# 17:00

Öləcəyi günü dəqiqliklə hesablayan, ehtimal və statistika üzərində işləyən və 27 noyabr 1754-cü ildə vəfat edən fransız riyaziyyatçı Abraham de Moivre haqqında danışacağıq.

Abraham de Moivre Fransada protestant ailəsində anadan olub və uşaqlıq illərində o dövrün yeganə ehtimal kitabı olan “De ratiociniis in ludo aleae” (hərfi tərcüməsi: “Bəxt oyunundakı məntiq”) kitabını oxuyaraq riyaziyyatla tanış olub.

Bu kitabdan təsirlənən Moivre həyatını riyaziyyatçı kimi keçirməyə qərar verir və başqa sahələrdə işləməyə davam etsə də, bu sahəyə – ehtimala xüsusi maraq göstərir.

Moivre, kral XIV Lüdovikin protestantlara qarşı çox da dözümlü olmayan siyasəti səbəbindən Fransanı tərk edərək İngiltərədə məskunlaşır və dolanışığını təmin etmək üçün varlıların uşaqlarına fərdi riyaziyyat dərsləri verməli olur.

File:England, 18th century - General View of London - 1925.605 - Cleveland  Museum of Art.jpg - Wikimedia Commons

İşləmək üçün az vaxtı olsa da, zamanla riyaziyyatda irəliləyiş əldə edir və hətta Nyutonun ən yaxın dostu, dövrün böyük adamlarından biri olan Edmond Halley ilə, daha sonra Nyutonla dostluq edir.

O, həmin dövrdə Nyuton və Halley ilə işləyir. Bütün bunlara baxmayaraq, fransız əsilli olduğu üçün Britaniya Akademiyasında rahat şəraitdə işləməyə imkan verəcək vəzifə tuta bilmir. Bu səbəbdən də bədbəxt riyaziyyatçı bütün işinə, qətiyyətinə, nüfuzuna baxmayaraq, varlı uşaqlarına dərs deyərək ora-bura qaçır, yoxsulluqdan əziyyət çəkir, hətta pul qazanmaq üçün şahmat oynayır.

O, “letargiya” kimi tanınan ağır yorğunluq – yuxu pozğunluğundan – əziyyət çəkirdi və yuxu vaxtının hər gün təxminən 15 dəqiqə artdığını görürdü. Artıq ehtimal və statistika ilə maraqlandığı üçün bu cür xəstəliklərin orta ölüm vaxtlarını öyrənir və öz xəstəliyinin ehtimalını hesablayaraq ölüm gününün 27 noyabr, 1754-cü ilə təsadüf edəcəyinə qərar verir. Bu hesablamaya görə, 15 dəqiqə artan yuxu ehtiyacı 24 saata çatdıqda, onun bədəni vəziyyətin öhdəsindən gələ bilməyəcək və öləcək. Moivre dediyi gündə, dediyi səbəbdən və dediyi kimi ölür.

Bu mövzuda məşhur fikirlərdən biri də budur ki, Moivre, əslində, ölüm tarixini hesablamayıb, sadəcə hər hansı bir tarixdə öləcəyini şərtləndirib. Alim Plasebo effektinin zərərli versiyası olan “nosebo” effektindən vəfat edir.

# 9251 dəfə oxunub

Oxşar xəbərlər

Möminə Xatun türbəsindəki gizli kosmik sirlər - Memar  abidənin üzərinə niyə məhz "Yasin" surəsini seçib?

Möminə Xatun türbəsindəki gizli kosmik sirlər - Memar abidənin üzərinə niyə məhz "Yasin" surəsini seçib?

14:30 23 avqust 2025
2500 il buzda saxlanan  xalı -  Maral türk mədəniyyətində nəyin simvolu idi?

2500 il buzda saxlanan xalı - Maral türk mədəniyyətində nəyin simvolu idi?

09:00 15 avqust 2025
Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

Qarabağda Ayvazovskinin heykəli niyə söküldü?

15:57 4 avqust 2025
Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

Çərkəz soyqırımı: Rusiya üzərində daha bir ləkə -ARAŞDIRMA

18:04 25 iyul 2025
İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

15:00 22 iyul 2025
"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

"20 dəqiqəlik son görüş, 18 dollar və soyuqdan donan qızlar..." - Rəsulzadə son nəfəsində nə demişdi?

12:00 20 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər