İki minə it balası - FOTO-REPORTAJ

İki minə it balası - FOTO-REPORTAJ
11 iyul 2011
# 15:59
İnsanların evdə heyvan saxlaması, vəhşi heyvanlardan bəzilərini əhliləşdirməsi qədim dövrlərə qədər uzanır. Çünki insan hələ o çağlarda belə ətindən, müxtəlif məhsullarından ya da gücündən faydalandığı müxtəlif heyvanlardan asanca alışan bəzi növlərə qarşı xüsusi bir yaxınlıq duyub. Beləcə, insan bəzi heyvanları heç bir mənfəət güdmədən, yalnız xoşlandığı üçün evində bəsləməyə başlamışdır.

Bəzi insanlar şir, pələng, yaquar kimi yırtıcı heyvanları bala ikən evlərində bəsləsələr belə, bu heyvanlar təbiətlərində olan yırtıcılıq özəlliyini itirmədikləri üçün heç bir zaman əhilləşmirlər.

Bu gün ev heyvanlarının bəslənilməsi üçün lazım olan bir neçə təməl qayda var. Bunlardan birincisi heyvanları lazımlı və normal yeməklərə, amma qədərində və nizamlı olaraq bəsləməkdir. İkincisi, təmiz sularını heç bir zaman əskik etməmək, üçüncüsü də yaşadıqları yerlərin kifayət qədər geniş, təmiz havalı və səliqəli olmasına diqqət göstərməkdir. Dördüncü qayda, heyvanların gəzmək, qaçmaq ya da uçmaq kimi təbii hərəkət qabiliyyətlərini itirməmələri üçün lazımlı şərtləri təmin etməkdir. Baxıcıların ən əhəmiyyətli vəzifələrindən biri də lazım olduqda heyvanlara peyvəndlərini etdirmək və xəstələndikdə bir baytara aparmaqdır.


İtlər


Küçüklər bərk yeməklərə tədricən alışdırılmalıdır. Bir neçə aylıq olduğunda anasından ayrılaraq evdə saxlanılan balalar gündə üç pay süd içməli və isladılmış biskvit ya da yulaf unu sıyığı kimi duru yeməklərlə bəslənməlidir. İki aylıq bir küçüyə qıyma ya da, xırda-xırda doğranmış ət də verilə bilər. Böyük itlər üçün gündə iki pay yemək kifayətdir: səhərlər quru it biskvitləri, axşamları da bişirilmiş təzə ətli biskvit, çörək, makaron, ya da plovla qarışdırılaraq hazırlanan əsl ət yeməyi və ya da bir qutu hazır it yalı. Hərdənbir ət yerinə qaynadılmış təzə balıq vermək lap yaxşı olar. Hətta itlərin əksəri müxtəlif tərəvəzlər qatılaraq bişirilmiş yeməkləri də sevərək yeyirlər. İtlərə, xüsusilə balalara, gəmirmələri üçün iri bir sümük vermək çox faydalıdır.


Pişiklər


Pişiklər də itlər kimi gündə iki dəfə və müxtəlif yeməklərlə bəslənməlidirlər. Ən yaxşı pişik yeməyi yağsız çiy qıyma, çiy ya da bişmiş ağciyər ilə qaraciyər və bişmiş balıqdır. Pişiklər ümumiyyətlə itlərdən daha çox yemək seçirlər; amma bala pişiklər müxtəlif yeməkləri sevərək yeməyə alışdırıla bilərlər. Xüsusilə yeməklərinə hərdən bir müxtəlif yaşıl tərəvəzlər qatmaq faydalı olar. Kartof kimi nişastalı qidalar pişiklər üçün yaxşı deyil; toyuq və balıq sümükləri da heyvanın boğazına bata biləcəyi üçün təhlükəlidir.


Dovşanlar


Evdə saxlanılan sevimli dovşanlar, əslində təbiətdə yaşayarkən əkinlərə və meşələrə böyük zərər verən vəhşi dovşanların əhilləşdirilmiş növüdür. Dovşanların sağlam böyüməsi üçün bişmiş kartof, yonca, çörək qırıqları, gül kələm yarpaqları, kahı, təzə otlar, cəfəri, kərəviz budaqları və kök kimi müxtəlif yeməklərdən gündə iki pay yemək vermək lazımdır. Bu tərəvəzlər yaxşıca əzilmiş, haradasa qatı bir sıyıq halında olmalıdır. Dovşanlarınıza əsla soğan, çiy kartof, yüksükotu, ətirşah, çobanyastığı və həmişəyaşıl bitkilərin yarpaqlarını verməyin.


Heyvanlar və heyvan yemlərinin qiyməti


Heyvanlar və onların bəslənilməsinin neçəyə başa gəldiyi də maraqlı mövzudur. Bu barədə daha ətraflı məlumat əldə etmək məqsədi ilə kiçik bir araşdırma apardıq. Şəhərin mərkəzində yerləşən “Cat and Dog” heyvan dükanında öyrəndik ki, Azərbaycanda çox baha qiymətə heyvan satılmır. Buna səbəb heyvanlara o qədər də çox pulun verilməməsidir. Sən demə, bir heyvanın qiyməti onun sənədlərindən və ana-atasından asılı olaraq dəyişir. Yəni heyvanın sənədi (buna “pasport” da deyilir) çox önəmlidir. Bu sənəddə onun doğum tarixi, ana-atası və başqa keyfiyyətləri barədə məlumatlar olur. Əgər bir itin ana və atası dəfələrlə dünya çempionu olubsa, deməli, bu küçüyün qiyməti çox baha olacaq. Amma əgər itin üzərində müxtəlif xal və ya xallar varsa, onda deməli, qiyməti çox az olmalıdır.

İtin və ya pişiyin qiymətinin həm də onun yaşından asılıdır. Əgər heyvan körpədirsə, qiyməti də baha olur. Çünki körpə heyvan daha sevimli olur.

Azərbaycanda 20-30 min $ arasında satılan itlər olub, amma bu xüsusi dükanlarda deyil, əldə satılıb. Dükanda ən bahalı it 5 min manata qədər ola bilər. Çünki satılmır, qaldıqca da qiyməti düşür. Amma 1.5-2 min manat arasında it və pişik balaları normal satılır.

Əlbəttə, heyvanlara sahib çıxmaq, onların dəcəlliyinə dözmək hər insanın təbiətinə xas deyil. Amma bu fədakarlığa hazır olanlar, həm də heyvanlarının yemlənməsinə və müxtəlif aksessuarlarına da pul xərcləməlidirlər. Açığı, mən heyvan yemlərinin çox baha olduğunu düşünürdüm. Amma həmin dükanda öyrəndim ki, ən ucuz it və pişik yemi 2 mat, ən bahalısı isə 8 manatdır. Normal köpək bir ayda 20-25 manatlıq yemək yeyir. Rotfeller və onun kimi böyük itlər isə 80 manata qədər yeyə bilirlər.

Bir başqa maraqlı məqam isə aksessuarlarla bağlıdır. Sən demə, aksessuarlara diqqət daha çox imiş. Hətta Svarovski qaşlarla bəzənmiş xaltalar daha çox alınır. Xatırladaq ki, ən bahalı xalta 120, ən ucuzu isə 3 manatdır.

Bütün bu qiymətlər quşlar və balıqlar üçün də təxminən eynidir. Yəni heyvan bəsləmək maddi cəhətdən o qədər də baha başa gəlmir.


Vüqar QURDQANLI
# 3053 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #