"Bakıda bir az da qalsam, gözdən düşəcəkdim" - Röya türk mətbuatına müsahibə verdi

"Bakıda bir az da qalsam, gözdən düşəcəkdim" - <span style="color:red;">Röya türk mətbuatına müsahibə verdi
27 iyun 2018
# 11:30

Azərbaycanlı estrada ulduzu Röya Türkiyənin "Milliyyət" qəzetinə müsahibə verib.

Müsahibəsində müğənni Türkiyənin musiqi bazarına qoşulmaq qərarından danışıb. “Yıldız Tilbənin yıldızlı şarkıları” albomunda “Ummadığım anda” mahnısını səsləndirən Röya bir xəyalının gerçəkləşdiyini söyləyib.

Kulis.az həmin müsahibəni təqdim edir.

- “Ummadığım anda”nı səsləndirərkən nələr hiss etdiniz?

- Yıldız Tilbə pərəstiş etdiyim sənətkarlardandır. Çox sevdiyim, mahnılarını səhnədə oxuduğum bir ismin albomunda yer almaq çox xoşdur. Tilbedən mahnı almaq istəyirdim, özümü bu layihənin içində gördüm. Bu günə qismət imiş. Ümid edirəm, hər kəs bir gün arzularına çatar. "Ummadığım anda” Bakıda da çox sevildi.

- Azərbaycanda çox sevilən müğənnilərdən birisiniz. Burada da özünüzü tanıtmağa davam edirsiniz...

- Türk xalqı tərəfindən seviləcəyimi düşünürəm. Azərbaycanda elə bilirlər ki, Yıldız Tilbedən yeni bir mahnı almışam. Buradakı insanların münasibəti, fikirləri mənə çox maraqlıdır.

- Türkiyənin musiqi bazarına girmək qərarınız necə yarandı?

- İşini peşəkarlıqla görə bilən adam özünü başqa ölkələrdə də göstərmək və ölkəsini tanıtmaq istəyir. Mən də özümü Türklyəyə tanıtmaq istəyirəm. Biz buna ölkəmiz üçün görülən iş kimi baxırıq. Bakıda daha irəliləyə biləcəyim bir nöqtə qalmadı. Hətta bir az da qalsa gözdən düşəcəkdim. Çox sevdiyim bir dostumun məsləhəti ilə bu qərarı verdim. Türkiyə mənə hər anlamda yaxın və doğmadır. Ailəm 20 ildir Türkiyədə yaşayır. Qarşıma da həmişə yaxşı insanlar çıxır. “Ummadığım anda” mahnısına inanıram və çox ümidlərim var.

- Türkiyədə albom çıxaracaqsınızmı?

- İndi hamı “single” çıxarır. Nə edəcəyimə zamanla qərar verəcəyəm. Albom üçün tezdir, məncə.

- Dinlədiyiniz türk müğənniləri kimdir?

- Sezen Aksu, Yıldız Tilbe və Ebru Gündeş kimi adları bəyənərək dinləyirəm. Həm sevərək dinlədiyim, həm də dostluq etdiyim önəmli adlar var. Türkiyə sənətkar cənnətidir...

- Səhnə işlərinizə davam edirsinizmi?

- Son sürətlə. Konsertlərim də yaxşı keçir...

- Deyin görək, komandanızı necə seçirsiniz?

- Ümumiyyətlə, mən duyğularımla hərəkət edən adamam. İndiyə qədər çox böyük zəhmət bahasına başa gələn musiqi işimi inkişaf etdirmək və qorumaq istəyirəm. Keyfiyyətsiz iş görməyə haqqım yoxdur. Bu üzdən mənimlə eyni fikri bölüşən insanlarla işləmək istəyirəm.

# 2135 dəfə oxunub

Oxşar xəbərlər

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

Orxanın hekayəsini kim danışır? - Mətanət Vahid

14:38 5 avqust 2025
"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər