“Əli və Nino” ilə “Nizaminin aforizmləri” rumınca

“Əli və Nino” ilə “Nizaminin aforizmləri” rumınca
6 mart 2013
# 23:43

Martın 6-da Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə Buxarest Universitetinin filologiya fakültəsinin rus və slavyan dilləri kafedrasının müdiri, professor Antonneta Olteanu tərəfindən rumın dilinə tərcümə edilmiş, Rumıniyanın “All” nəşriyyatının nəşr etdiyi “Əli və Nino” kitabının, habelə Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə hazırlanmış, Moldovanın tanınmış yazıçısı cənab İon Xadırkenin tərcümə etdiyi və “Prut” nəşriyyatının 4 dildə nəşr etdiyi “Nizaminin aforizmləri” miniatür kitabının təqdimat mərasimi keçirilib. Bu barədə APA Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinə istinadən məlumat verir.

Tədbirdə Rumıniya parlamentinin deputat, senatorları, dövlət strukturlarının nümayəndələri, ictimai təşkilat və fondlarının üzvləri, tanınmış ədəbiyyat, tarixçi, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri, Buxarest şəhərində akkreditə olunan xarici ölkələrin diplomatları, Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyi, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, İran azərbaycanlıları, azərbaycansevər rumınlar, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.

İlk növbədə tədbiri giriş sözü ilə açan AR-in Rumıniyadakı səfiri Eldar Həsənov ölkələrimiz arasındakı əməkdaşlığın bütün sahələrdə sürətlə inkişaf edərək, ənənəvi dostluq və tərəfdaşlıq səviyyəsindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldiyini qeyd edib. O, burada siyasi, iqtisadi, humanitar əlaqələr olduğu kimi xalqlarımızın mədəni sahədə əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Səfir Eldar Həsənov vurğulayıb ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində Heydər Əliyevin, Azərbaycan paytaxtının mərkəzi parklarının birində Rumıniyanın görkəmli alimi, musiqiçi Corc Eneskunun heykəli ucaldılıb, həmçinin Azərbaycan ədəbiyyatının klassik əsərləri rumın dilinə, rumın ədəbiyyatının əvəzsiz nümunələri isə Azərbaycan dilinə tərcümə olunub.

AR-in Rumıniyadakı səfiri ölkəmizin tarixi, mədəniyyətindən bəhs edən “Əli və Nino” əsərinin 1937-ci ildən başlayaraq dünyanın 33 dilində nəşr olunduğunu qeyd edib. O, həmçinin bildirib ki, əsər həm də ümumiyyətlə, Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin təzahürü ilə yanaşı, dünyada hazırda müşahidə edilən ziddiyyətli tendensiyalar fonunda xalqların gələcəyi və rifahı üçün bəşəriyyətin sivilizasiyalararası dialoqa böyük ehtiyacı olduğunu və iki dövlətin mehriban qonşuluq əlaqələrinin digər ölkələr üçün nümunəvi təcrübə kimi istifadə olunması zərurətini bir daha təsdiqləyir.

Daha sonra təqdimatı keçirilən “Nizaminin Aforizmləri” miniatür kitabında dahi şairin əsərlərindən seçilmiş tərbiyəvi, vətənpərvər və milli ruhda olan ifadələrin öz əksini tapdığı, həmçinin Nizami lirikasının yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçildiyi diqqətə çatdırılıb. Nizami Gəncəvinin ilkin Şərq Renessansın zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi ideyaları parlaq bədii əksini tapdığı qeyd edilib.

Səfir Eldar Həsənov Xocalı soyqırımının, eləcədə işğal olunmuş Azərbaycan torpaqlarında törədilmiş erməni vəhşiliklərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində AR prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin davamı kimi bu il Rumıniya parlamentində Xocalının insanlıq əleyhinə cinayət kimi qiymətləndirilməsinin vacib hadisə olduğunu diqqətə çatdırıb.

Azərbaycanlı diplomat eyni zamanda, Rumıniyanın Avropa İttifaqı və NATO üzv ölkələri arasında Xocalı qırğınına qarşı Parlament səviyyəsində dürüst mövqe nümayiş etdirən ilk ölkə olduğunu vurğulayıb. Bildirilib ki, ölkənin ali qanunvericilik orqanı olan parlamentdə etnik ayrı-seçkilik zəminində erməni silahlı qüvvələrinin Xocalıda törətdikləri amansız qətlin nəticələri açıqlanıb, münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı və suverenliyi birmənalı dəstəklənib.

Tədbirdə çıxış edən “Əli və Nino” əsərinin tərcüməsi işini məmnuniyyətlə öz üzərinə götürüb və məharətlə başa çatdıran Buxarest Universitetinin filologiya fakültəsinin rus və slavyan dilləri kafedrasının müdiri, professor xanım Antonneta Olteanuya və kitabı nəşr etmiş All nəşriyyatının direktoru Viorel Zlayku kitab vasitəsi ilə ölkəmizin tarixi, mədəniyyəti, adət ənənələri barədə geniş məlumatların rumın oxucuları tərəfindən öz dillərində əldə etmək imkanının yarandığını, Rumıniya ictimaiyyətinin Azərbaycan tarixini bundan sonra daha da yaxşı biləcəklərini və öz xalqının Azərbaycan xalqına hər zaman rəğbətlə yanaşdığını bildiriblər.

Tədbir Azərbaycanın milli mətbəxinin nümunələrindən təşkil edilmiş ziyafətlə başa çatıb və Rumıniya KİV-ində geniş işıqlandırılıb.

# 1623 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #